09 Dekabr 2025 08:05
638
İQTİSADİYYAT
A- A+
Azərbaycan-Qırğızıstan: ortaq kökdən birgə əməkdaşlığa

Azərbaycan-Qırğızıstan: ortaq kökdən birgə əməkdaşlığa


Azərbaycan digər türkdilli dövlətlərlə olduğu kimi, Qırğızıstanla da ikitərəfli əlaqələrin inkişafında maraqlıdır və bu səbəbdən xüsusən iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi üçün tədbirlər görür. Bu gün Azərbaycan-Qırğızıstan iqtisadi əlaqələri regionda yeni logistik imkanların formalaşması, qarşılıqlı sərmayə layihələri və artan ticarət dövriyyəsi ilə xarakterizə olunur. 

İqtisadi əməkdaşlıq fonunda yüksəksəviyyəli dövlət və hökumət rəsmilərinin qarşılıqlı səfərləri, iki ölkənin iş adamlarını bir araya gətirən biznes-forumların keçirilməsi əlaqələrin inkişafında mühüm rol oynayır. Bu baxımdan bir neçə gün əvvəl Qırğız Respublikası Nazirlər Kabineti Sədrinin müavini Bakıt Torobayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfəri xüsusi əhəmiyyət kəsb edir. Nümayəndə heyətini qəbul edən Prezident İlham Əliyev Azərbaycan-Qırğızıstan münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini vurğulayaraq iqtisadi tərəfdaşlığın dərinləşməsinin hər iki xalqın maraqlarına xidmət etdiyini bildirib. Dövlətimizin başçısı söhbət zamanı Azərbaycan-Qırğızıstan Birgə İnvestisiya Fondundan söz açıb, ölkəmizin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olduğuna toxunaraq bildirib ki,  bu amil Mərkəzi Asiya ölkələri ilə Cənubi Qafqaz regionunu bir-birinə sıx bağlayacaq, hər iki istiqamətdə fasiləsiz və sabit yükdaşımanın təmin edilməsində, xalqlarımız arasında qardaşlıq əlaqələrinin möhkəmlənməsində böyük rol oynayacaq.

Xatırladaq ki, Azərbaycan-Qırğızıstan Birgə İnvestisiya Fondu 2022-ci il oktyabrın 11-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində "Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Saziş" əsasında yaradılıb. Fond hazırda iki ölkə arasında iqtisadi əməkdaşlığın ən səmərəli platformalarından biri kimi çıxış edir. İqtisadiyyatın modernləşdirilməsi, yeni fürsətlərin dəyərləndirilməsi və biznes mühitinin canlandırılması məqsədi daşıyan fond həm Azərbaycan, həm də Qırğızıstan sahibkarlarını bir araya gətirərək real layihələrin həyata keçirilməsinə təkan verir. Qurum təkcə maliyyə institutu deyil, həm də iki dost ölkənin iqtisadi tərəfdaşlığını yeni mərhələyə daşıyan strateji körpüdür. Bu platforma çərçivəsində aqrar-sənaye kompleksi, energetika, bağçılıq, tekstil, turizm və digər sahələr üzrə birgə təşəbbüslərin maliyyələşdirilməsi planlaşdırılır. 

Azərbaycan və Qırğızıstan üçün iqtisadi inteqrasiyanın güclənməsi yalnız rəqəmlərlə ölçülən deyil, həmçinin regional sabitliyin möhkəmlənməsi, qarşılıqlı asılılığın artması və ümumi rifahın təmin olunması baxımından strateji əhəmiyyəti olan prosesdir. İki ölkənin bir-birinə artan inamı iqtisadi sahədə konkret addımlar və yeni layihələrlə öz təsdiqini tapır. Ticarət əlaqələrinin genişlənməsi isə bu əməkdaşlığın ən görünən və ən praktik nəticələrindən biridir. Azərbaycanın Qırğızıstana neft və kimya sənayesi məhsulları, metal məmulatları ixrac etməsi, Qırğızıstanın isə Azərbaycana ekoloji təmiz kənd təsərrüfatı məhsulları, yüngül sənaye məmulatları və digər istehlak malları göndərməsi qarşılıqlı iqtisadi münasibətləri  nümayiş etdirir. Bu proses hər iki bazarın imkanlarını genişləndirir, sahibkarların yeni istiqamətlərə çıxışını təmin edir. 

Nəqliyyat sahəsi Azərbaycan-Qırğızıstan əməkdaşlığının ən perspektivli istiqamətlərindən biridir. Xüsusən Orta dəhliz çərçivəsində yüklərin daşınması üçün yaranan yeni imkanlar Qırğızıstanın beynəlxalq bazarlara çıxışını asanlaşdırmaqla yanaşı, Azərbaycanın regional logistika mərkəzi kimi rolunu da gücləndirir. Azərbaycanın tranzit və liman potensialının artırılmasını strateji prioritet hesab edən Prezident İlham Əliyev 2022-ci ildə Azərbaycan ilə Qırğızıstan arasında I Dövlətlərarası Şuranın iclasında belə deyib: "Bu gün açıq dənizlərə çıxışı olmayan Azərbaycan artıq mühüm nəqliyyat şəbəkəsi yaradıb. Əlbəttə ki, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu Orta dəhlizin bir hissəsi olacaq. Bunun indi baş verməsi də, əlbəttə ki, anlaşılandır. Lakin əsas odur ki, bizim regionda və Qərbi Xəzər regionunda həyata keçirilən bütün bu layihələr elə sinxronlaşdırılmalıdır ki, biz liman imkanlarımızın həm artırılmasını, həm də genişləndirilməsini planlaşdıra bilək".

İnvestisiyaya gəlincə, son illər qarşılıqlı investisiya qoyuluşu sahəsində maraq hər iki dövlət üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın Qırğızıstanda energetika, bankçılıq, tikinti və xidmət sektorlarında investisiya imkanları genişlənir. Qırğızıstan isə Azərbaycanda aqrar sektor, turizm və logistika sahələrində əməkdaşlıqda maraqlıdır. Tərəflər iqtisadi əlaqələri daha institusional formada inkişaf etdirmək üçün müxtəlif hökumətlərarası komissiyaların fəaliyyətini gücləndirirlər. Təsadüfi deyil ki, Prezident İlham Əliyev qeyd olunan qəbulda İssık-Kul gölünün sahilində beşulduzlu mehmanxana tikintisi üzrə imzalanmış sazişi xüsusi vurğulayıb. Məlumat üçün bildirək ki, "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında İssık-Kul gölünün sahilində beşulduzlu mehmanxananın tikintisi üzrə investisiya qoyuluşu haqqında Saziş" təsdiq edilib. Bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

Azərbaycan və Qırğızıstan arasında həyata keçirilən irihəcmli investisiya təşəbbüsləri iki ölkənin iqtisadi tərəfdaşlığının getdikcə dərinləşdiyini nümayiş etdirir. Bu əməkdaşlığın davamlı xarakter almasının növbəti göstəricisi isə Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Ayköl Manas adına  528 şagirdlik Xıdırlı kənd məktəbinin tikintisinə dair verilmiş qərardır. Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin ucaldılması, Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının yaradılması və Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılması da  bu qəbildən olan iki ölkə arasında qarşılıqlı investisiya layihələrinin, humanitar və mədəni əməkdaşlığın nümunələridir.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qərb bölgəsində 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib  

15:21
20 Yanvar

Numan Kurtulmuş: 20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqının müstəqillik əzminin təzahürüdür  

15:15
20 Yanvar

Qazaxıstan Konstitusiyasında növbədənkənar prezident seçkiləri normasının təsbiti təklif olunub  

15:13
20 Yanvar

20 Yanvar - Azərbaycan xalqının azadlıq iradəsinin qanla yazıldığı tarixdir 

15:08
20 Yanvar

Yeni Azərbaycan Partiyasının nümayəndələri Şəhidlər Xiyabanını ziyarət ediblər

15:00
20 Yanvar

Lavrov ATƏT-də dərin böhran olduğunu bildirib  

14:38
20 Yanvar

Hava şəraiti ilə əlaqədar yollarda görülən işlər açıqlanıb  

14:29
20 Yanvar

Gənclər və İdman Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib  

14:21
20 Yanvar

ABŞ Prezidenti: Böyük Britaniyanın Çaqos adaları üzərində suverenliyi təhvil verməsi böyük axmaqlıqdır  

14:08
20 Yanvar

Qurban Qurbanov: Sabah azarkeşləri uğurlu nəticə ilə sevindirmək istəyirik  

14:01
20 Yanvar

Prezident İlham Əliyev Davosda İraq Kürdüstan Regionunun Baş naziri ilə görüşüb 

13:58
20 Yanvar

Türkiyə Müdafiə Nazirliyi: Azərbaycan xalqının ağrısını bölüşürük  

13:47
20 Yanvar

Sabah yağıntılar tədricən kəsiləcək  

13:34
20 Yanvar

Şuşada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb 

13:33
20 Yanvar

BMT-Habitat eksperti: Yaşıl memarlıq Azərbaycanda şəhərlərin inkişafının getdikcə daha mühüm tərkib hissəsinə çevrilir 

13:29
20 Yanvar

Ümumxalq Hüzn Günü ilə əlaqədar ETSN-in kollektivi Şəhidlər xiyabanını ziyarət edib  

13:28
20 Yanvar

Dini konfessiyaların rəhbərləri və din xadimləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad ediblər  

13:23
20 Yanvar

Türk ekspert: 20 Yanvar Azərbaycan xalqının müstəqilliyə gedən yolunda qanlı, lakin həlledici dönüş nöqtəsidir  

13:17
20 Yanvar

Laçında 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram 

13:12
20 Yanvar

Füzuli rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb 

13:11
20 Yanvar

Gürcüstan portalında 20 Yanvar faciəsi ilə bağlı məqalə dərc olunub  

13:08
20 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!