10 Dekabr 2025 09:10
233
İQTİSADİYYAT
A- A+
Balıq ətri, kulinariya şousu və su macərası

Balıq ətri, kulinariya şousu və su macərası


Neftçala şəhərinin Bayraq Meydanında keçirilən "Balıq və Aqrar Biznes Festivalı" böyük izdiham topladı. Rayon icra hakimiyyəti, Aqrar İnnovasiya, Balıqçılıq və Akvakultura mərkəzlərinin, eləcə də "İODİCO" MMC-nin təşkil etdiyi tədbirə ölkənin müxtəlif bölgələrindən çoxsaylı qonaqlar və rəsmilər qatılmışlar.

Açılışda RİH başçısı Mirhəsən Seyidov festivalın Neftçalanın turizm və iqtisadi potensialının tanıdılmasına verəcəyi töhfədən danışdı, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Neftçalaya səfəri zamanı istifadəyə verilən "Azerbaijan Fish Farm" MMC-nin Yenikənd Nərə Damazlıq Təsərrüfatında yaradılan şərait haqqında məlumat verdi, həmin təsərrüfatın əhalinin məşğulluqla təmin olunmasında, Neftçalada yetişdirilən balıq nümunələrinin yerli və xarici bazarlarda tanıtdırılmasındakı rolunu qeyd etdi. RİH başçısı ölkədə ilk balıqçılıq peşə təhsilinin də Neftçala Peşə Məktəbində tədris olunması barədə festival iştirakçılarına məlumat verdi. Festival iştirakçıları həmçinin "Xıllı-Balıq", "Oryad  Balıq", Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən "AzProduct" və "Kəhf" MMC-lərin fəaliyyəti haqqında məlumatlandırıldılar. M.Seyidov sonda festivalın keçirilməsinə dəstək verən Kənd Təsərrüfatı Nazirliyinə, onun tabeliyindəki qurumlara, Gənclər və İdman, Mədəniyyət nazirliklərinə və digər dövlət qurumlarına rayon ictimaiyyəti adından təşəkkür etdi.   

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev və digər qonaqlar da çıxış edərək festivalın işinə uğurlar arzuladılar.

Ziyarətçilər gün ərzində balıq və aqrar məhsulların sərgisi ilə tanış oldular, balıqçılıq üzrə canlı təqdimatlara qatıldılar, rəssamların əl işlərini və yaradıcı guşələri seyr etdilər. "Balığı Neftçalada yeyərlər" kulinariya zonasında isə müxtəlif mətbəx nümunələrindən daddılar, ustad dərslərində sağlam qidalanma və balığın düzgün bişirilməsi barədə məlumat aldılar.

Kür çayında qayıqla gəzinti, kanoe nümayişləri və balıq körpələrinin suya buraxılması da festivalın yaddaqalan tədbirlərindən oldu. Konsert proqramları, DÆ çıxışları və uşaq əyləncə zonaları isə tədbirdə bayram ovqatı yaratmışdı. Bu ovqatla Xəzər dənizinin, Kür çayının və balıqçılıq təsərrüfatlarının satışa çıxardıqları  balıq məhsulları və digər aqrar məhsullardan alanlar az olmadı. 

Sonda Kənd Təsərrüfatı Nazirliyi və Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən festivalda fəal iştirak edən şirkətlərin nümayəndələrinə təşəkkürnamələr təqdim edildi. Beləcə, Neftçalanın ilk Balıq Festivalı bölgənin balıqçılıq ənənəsinin  və turizm imkanlarının tanıdılması baxımından uğurlu və rəngarəng bir layihə kimi yaddaşlara yazıldı.


Seyran CAVADOV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı Yeni ilin səhərini təmiz və səliqəli qarşıladı - FOTOLAR  

14:42
01 Yanvar

Rusiya Yeni il gecəsi Ukraynanın enerji obyektlərinə kütləvi hava zərbələri endirib  

14:40
01 Yanvar

Sabah Bakıya sulu qar, rayonlara qar yağacaq

14:39
01 Yanvar

Şuşadakı D 4 yaşayış massivində 12 çoxmənzilli bina inşa olunur

14:38
01 Yanvar

Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Zati-aliləri cənab Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhana  

14:33
01 Yanvar

Kuba Respublikasının Prezidenti Zati-aliləri cənab Migel Dias-Kanel Bermudesə  

14:31
01 Yanvar

Azərbaycan nefti bahalaşıb

11:26
01 Yanvar

TƏBİB-in nəzdindəki tibb müəssisəsində ilin ilk körpəsi Şamaxıda doğulub  

11:25
01 Yanvar

Yeni il gecəsi Berlində 100-dən çox şəxs saxlanılıb  

11:22
01 Yanvar

Bolqarıstan avrozonaya daxil olub

11:21
01 Yanvar

2026-cı ildə Azərbaycanda ilk uşaq Naxçıvanda dünyaya gəlib  

11:19
01 Yanvar

Xankəndidə bayram atəşfəşanlığı olub 

01:47
01 Yanvar

Naxçıvanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə atəşfəşanlıq olub  

01:45
01 Yanvar

Bakıda Yeni il münasibətilə bayram atəşfəşanlığı

01:44
01 Yanvar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti  

00:09
01 Yanvar

Prezident: Bütün azərbaycanlılar bilməlidirlər və bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanıb  

00:08
01 Yanvar

Azərbaycan Prezidenti: İqtisadi inkişafda bu il əldə olunmuş uğurlarla fəxr edə bilərik  

00:07
01 Yanvar

Azərbaycan Prezidenti: Biz heç kimə imkan verməmişik və verməyəcəyik ki, bizim işimizə qarışsın  

00:06
01 Yanvar

Prezident İlham Əliyev: Bu gün Azərbaycana dünyada böyük hörmətlə yanaşırlar  

00:05
01 Yanvar

Prezident: Ərazi bütövlüyümüzün bərpası və bütün dünya tərəfindən bunun qəbul edilməsi məsələsi öz həllini tapıb  

00:03
01 Yanvar

Azərbaycan Prezidenti: Bütün dünya bizim Zəfərimizi qəbul edir və haqlı olduğumuzu əyani şəkildə görür  

00:02
01 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!