19 Oktyabr 2024 08:45
215
İDMAN
A- A+
Azərbaycanın növbəti idman nailiyyəti, diplomatik uğuru

Azərbaycanın növbəti idman nailiyyəti, diplomatik uğuru


III MDB Oyunlarına ölkəmizin evsahibliyi barədə qərar dövlətimizə olan inamın ifadəsidir


Azərbaycan dövləti ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamağı və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməyi özünün ali konstitusion niyyətlərindən biri kimi müəyyən edib. Çoxşaxəli tarazlaşdırılmış xarici siyasət həyata keçirən respublikamız bütün dövlətlərlə suverenliyə və ərazi bütövlüyünə hörmət, sərhədlərin toxunulmazlığı və daxili işlərə qarışmama kimi beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsipləri əsasında dostluq münasibətlərinin qurulmasında maraqlıdır və buna nail olmaq üçün səy göstərir. Respublikamız dünyanın əksər ölkələri ilə belə münasibətlər qurmuşdur və əməkdaşlığı inkişaf etdirməkdədir.  

Azərbaycan Müstəqil Dövlətlər Birliyi çərçivəsində də əməkdaşlıq münasibətlərinin saxlanılmasında, MDB ölkələri ilə ikitərəfli əsaslarda iqtisadi, siyasi, hüquqi və humanitar sahələrdə münasibətlərin inkişaf etdirilməsində maraqlıdır.   

Məlumdur ki, 1991-1992-ci illərdə xarici siyasət sahəsində ölkəmizin beynəlxalq aləmdə mövqelərinin möhkəmləndirilməsinə yönəldilmiş ardıcıl kursun hazırlanıb həyata keçirilməməsi, bəzi dövlət rəhbərlərinin beynəlxalq, regional və dövlətlərarası münasibətlərlə bağlı məsuliyyətsiz bəyanatları Azərbaycanın beynəlxalq nüfuzuna olduqca mənfi təsir göstərirdi. Bu özünü bəzi qonşu dövlətlərlə münasibətdə xüsusilə büruzə verirdi. Ermənistanla müharibə getdiyi bir şəraitdə yaxın qonşularımızdan Rusiya, İran, Mərkəzi Asiya respublikaları ilə münasibətlər keçmiş iqtidarın məsuliyyətsiz bəyanatları üzündən gərginləşmişdi. Ulu Öndər Heydər Əliyevin yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına 29 dekabr 2000-ci il tarixli müraciətində də ifadə olunduğu kimi, "ilk növbədə yaxın xariclə münasibətləri qaydaya salmaq, əlaqələri bərpa etmək lazım gəlirdi. Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə daxil olması bu yöndə atılmış ilk addımlardan biri idi".

Ölkəmiz 21 dekabr 1991-ci ildə Alma-Atada Rusiya, Ukrayna və Belarusiya ilə birlikdə MDB-yə qoşulmaq haqqında razılığa gəlsə də, bu qərar rəsmiləşməmiş, yalnız 1993-cü ilin sentyabrında Ümummilli Lider Heydər Əliyevin parlamentə sədrliyi dövründə bu sənədin ratifikasiya edilməsi ilə MDB-nin tamhüquqlu üzvü olduq. Beləliklə, məhz Ulu Öndərin səyləri ilə bu quruma daxil olan keçmiş sovet respublikaları ilə birbaşa ikitərəfli əlaqələrin möhkəmləndirilməsi istiqamətində ardıcıl iş aparıldı. Xüsusən də Rusiya və 1993-cü ilin sonuna qədər Azərbaycanla kəskin münasibətlərə malik olan Mərkəzi Asiya respublikaları ilə əlaqələrin köklü surətdə yenidən qurulması üçün yeni forma və vasitələrdən istifadə edildi. Müstəqil Dövlətlər Birliyi ölkələri ilə iqtisadi əməkdaşlıq məsələlərinə yüksək diqqət yetirildi. 

Prezident İlham Əliyevin respublikamıza rəhbərliyi dövründə isə MDB çərçivəsində əməkdaşlıq yeni mərhələyə qədəm qoydu, ölkəmiz üçün bu təşkilat bir çox sahələrdə uğurlu əməkdaşlığı reallaşdırdığı platforma olmaqla yanaşı, həm də Azərbaycanın üzləşdiyi təhlükəsizlik problemlərinə tərəfdaş dövlətlərin diqqətini cəlb etmək üçün əlverişli foruma çevrildi. Xüsusən Vətən müharibəsi və antiterror tədbirləri zamanı biz MDB çərçivəsində əməkdaşlığın önəmini praktik formada hiss etdik. Bu mənada Azərbaycan MDB ilə bərabərhüquqlu və faydalı əməkdaşlığa xidmət edən tərəfdaşlığın müxtəlif aspektlərdə genişləndirilməsində maraqlı və qətiyyətlidir. MDB Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərar da ilk növbədə bu aspektdən qiymətləndirilməlidir.

III MDB Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərar bu ilin aprel ayında verilib. Prezident  İlham Əliyevin 10 iyul 2024-cü il tarixli sərəncamı ilə MDB Oyunları kimi əhəmiyyətli bir idman tədbirinin ölkəmizdə keçirilməsi üçün xüsusi Təşkilat Komitəsi yaradılıb. Cənab Prezidentin oktyabr ayında baş tutan Rusiya səfəri zamanı, Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında da bu məsələ diqqət mərkəzində olub, dövlət başçımız 2023-cü ildə Minskdə uğurla keçmiş II MDB oyunları münasibətilə Belarusu təbrik edərək, növbəti ildə Azərbaycanın  10-dan çox şəhərində keçiriləcək bu oyunların Gəncəni ölkəmizin  idman paytaxtına çevirəcəyini qeyd edib. 

Bəs III MDB Oyunlarının Azərbaycanda keçirilməsi bizə nə vəd edir, yaxud bundan gözləntilərimiz nə olmalıdır?  Bildiyimiz kimi, bu oyunlar ilk dəfə 2020-ci ildə planlaşdırılsa da, dünyada baş vermiş COVID-19 pandemiyası ilə əlaqədar təxirə salınmışdı. 2021-ci ilin sentyabr ayında Kazan şəhərində 9 ölkənin iştirakı ilə baş tutan oyunlarda idmançılarımızın qazandığı 16-sı qızıl olmaqla, ümumilikdə 60 medalla Azərbaycan yekunda 4-cü yeri tutmuşdur.

2023-cü ildə isə Belarusun evsahibliyi etdiyi II MDB Oyunları Minsk şəhərində reallaşmış, hətta təşkilata üzv olmayan ölkələrin könüllü iştirakına icazə verilmişdi. 6 mindən çox idmançının iştirakı ilə baş tutan bu oyunlarda, 10-u qızıl olmaqla, ümumi 62 medal qazanmaqla Azərbaycan yekunda ötən oyunlardakı kimi 4-cü yerə layiq görülmüşdü. 

Minskdə baş tutan oyunlardan sonra Rusiya Prezidenti Vladimir Putin nitqində qeyd etmişdi ki, dünya idman tədbirlərinin siyasiləşməsi idman anlayışının süqutunu yaxın edir. Bu səbəbdən MDB Oyunları bütün idmançılarla ədalətli davranacaq və siyasiləşmədən davam edəcək. Belə prinsipial məqamda, qütbləşmənin dərinləşdiyi bir dövrdə III MDB Oyunlarına Azərbaycanın evsahibliyi barədə qərarın verilməsi ilk növbədə MDB coğrafiyasında ölkəmizə olan inamın göstəricisidir. Sirr deyil ki, bu və buna bənzər tədbirlərin təşkili qlobal arenada ölkəmizin imicinə birbaşa müsbət təsir edir. Bu oyunların Azərbaycana həvalə edilməsi ilk növbədə Prezident İlham Əliyevin ifadə etdiyi kimi, ölkəmizin sabitlik və təhlükəsizlik adası olmasının və MDB çərçivəsində bu reallığın tam formada qəbul edildiyinin göstəricisidir.

III MDB Oyunları, həmçinin mühüm idman hadisəsi olmaqla, Azərbaycanda idman hərəkatı üçün önəmli mərhələ sayılmaqla həm də xalqımızın mədəni-tarixi irsinin və mənəvi dəyərlərinin təbliği, eləcə də ümumbəşəri dəyərlərlə zənginləşdirilməsi baxımından önəm kəsb edəcək. Həmçinin Avroviziya, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula-1 və COP29 kimi tədbirlərin ardınca ölkəmizə növbəti dəfə beynəlxalq tədbirə evsahibliyinin etimad göstərilməsi Azərbaycan gəncliyində milli özünüdərk, vətənpərvərlik və milli iftixar hissinin, intellektual potensialın inkişaf etdirilməsinə müsbət təsirini göstərəcək. Bu, eyni zamanda Azərbaycan Respublikasının hazırda məruz qaldığı ədalətsiz siyasi hücumlar fonunda informasiya müharibəsində ciddi qələbəsi və haqq səsinin bir daha dünyaya çatdırılması üçün önəmli platforma kimi çıxış edəcək. İqtisadi kontekstdən yanaşdıqda isə III MDB Oyunları Azərbaycanın mövcud gündəliyinə müvafiq olaraq turizm potensialına əsaslı təsir etməklə qeyri-neft sektorunda daha da hərəkətlənməyə səbəb olacaq. 

Yuxarıda qeyd etdiyimiz aspektlərdən yanaşsaq, III MDB Oyunları tam mənada siyasi və iqtisadi uğur, habelə diplomatik dividenddir. Bu situasiya, eyni zamanda Azərbaycanın yaxın tarixdə keçdiyi müstəsna inkişaf yolu və bu sayədə belə böyük tədbirlərə evsahibliyi etmək gücünün bəyanı, Azərbaycan xalqının fundamental dəyər və məqsədlərini, habelə ölkəmizdə insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların tam təmin edildiyi siyasi kursun uğurudur.


İbrahim ZAHİDLİ,

EU Business School Geneva məzunu

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kahramanmaraşda 4,4 maqnitudalı zəlzələ olub

17:09
19 Oktyabr

“Azərbaycanın yüksəlişi” intellektual yarışı keçirilib

17:07
19 Oktyabr

Xəzəryanı ölkələrin idman nazirliklərinin qarşılıqlı fəaliyyət perspektivləri müzakirə olunub

16:14
19 Oktyabr

Bakıda COP29-la bağlı nəqliyyatın idarə edilməsi üzrə gündüz monitorinqləri yekunlaşıb

15:51
19 Oktyabr

Heydər Əliyev Su Anbarı üzərindəki SES-in istehsalı artırılacaq

15:46
19 Oktyabr

Aksiyanın ilk günündə 400 eldar şamı əkildi

15:46
19 Oktyabr

Bakıda yeni növ dayanacaq pavilyonları quraşdırılır

15:23
19 Oktyabr

Mingəçevir də yaşıllaşır  

14:47
19 Oktyabr

Çinin hədəfi NASA-ya rəqib olmaqdır

14:41
19 Oktyabr

Qaraciyər toxumasını inkişaf etdirən cihaz kəşf edilib

14:37
19 Oktyabr

Uçan avtomobil təqdim edilib

14:26
19 Oktyabr

“Netflix” satışlarını 9,8 milyarda çatdırdı

14:12
19 Oktyabr

Tokioda hakim partiyanın qərargahına 5 ədəd “Molotov kokteyli” atılıb

14:01
19 Oktyabr

Mingəçevirlilər Müstəqilliyin Bərpası gününü qeyd etmişlər  

13:49
19 Oktyabr

Şirvanda ağacəkmə aksiyasına start verilib

13:39
19 Oktyabr

Azərbaycanın Özbəkistandakı hərbi attaşelik aparatının təşkilatçılığı ilə tədbir keçirilib

13:30
19 Oktyabr

Şirvanda Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib.  

13:11
19 Oktyabr

Göyçayda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 10 min ağac əkiləcək

13:09
19 Oktyabr

Bakının və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

13:01
19 Oktyabr

Astarada “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində  ağacəkmə aksiyası davam edir  

12:53
19 Oktyabr

Bakıda COP29-la bağlı nəqliyyatın idarə edilməsi üzrə monitorinqlər aparılır

12:27
19 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!