18 Oktyabr 2024 16:55
277
İDMAN
A- A+
“Qarabağ” rəsmiləri Yohan Kroyff adına institutun diplomunu alıblar

“Qarabağ” rəsmiləri Yohan Kroyff adına institutun diplomunu alıblar

"Qarabağ" FK-nın akademiyasının meneceri Nail Kərimov və klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev İspaniyanın Barselona şəhərindəki Yohan Kroyff adına institutun diplomunu alıblar.

Bu barədə "Report"a N.Kərimov məlumat verib.

O, tədrisi müsbət notlarla başa vurduqlarını söyləyib: “Yohan Kroyff adına institutda tədris və təhsil bir neçə istiqamət üzrə mövcuddur. Magistratura, idman markentinqi, idman menecmenti tədrisi var. Mən öz sahəmə uyğun futbol menecmentliyini seçmişdim. İlyarımlıq təhsil müddətinə üstünlük vermişdim. Təhsilin formatında müxtəlif modullar mövcud idi. Mənim seçdiyim modullar arasında data analitikası, futbolda media və kommunikasiya, kommersiya menecmenti, rəqəmsal transformasiya və gəlir yaradılması var idi. Modulların hər birinin tərkibində müxtəlif formatlarda dərslər keçirilirdi. Bundan əlavə, bir neçə mövzuya uyğun vebinarlar təşkil olunurdu. Tələbələrin əksəriyyəti işlədiyinə görə, mümkün qədər asan qrafik qurulmuşdu. Dərslər bir neçə professor tərəfindən keçirilirdi. Nəzəriyyəni yekunlaşdırdıqdan sonra test imtahanları verdik. Avropa ilə Azərbaycan arasında təhsildə fərqlər olduğu üçün asan deyildi. Üstəlik, akademik ingilis dili biliyinə malik olmalısan. Diplomu müdafiə edərək aldıq. “Qəbələ”də çalışdığım müddətdə klub mənə təhsil haqqının ödənilməsində yardımçı olub. Baxmayaraq ki, klubun maddi vəziyyəti aşağı idi. Buna görə onlara minnətdarlığımı bildirirəm”.

“Qarabağ” akademiyasının rəsmisi Barselonaya Ağdam klubunun dəstəyi ilə getdiklərini vurğulayıb: “Barselonaya səfərin məqsədi sonuncu modulu tamamlamaq idi. Orada “Sportbiz” konfransında iştirak nəzərdə tutulurdu. Hansı ki, artıq dünyada məşhurlaşıb və uzun illərdir keçirilir. İştirak ödənişlidir. Amma Yohan Kroyff adına institutun tələbələri üçün ödənişsiz təşkil olunur. Son səfərimizin təşkilində “Qarabağ” klubu dəstək göstərdi. Bu qədər gərgin iş qrafikinin fonunda təhsil almaq maraqlı və xoş idi. Xüsusən idman sahəsində çalışan gənclərə məsləhət görərdim ki, oxusunlar. Nə qədər tez oxusalar, o qədər asan qavrayacaqlar. Bu təhsil sayəsində işimdə nələri tətbiq edəcəyimi, yeni trendləri öyrəndim. Uzun illərdir bu sahədəyəm. Təcrübənin yanında nəzəriyyə də vacibdir”.


Rizvan CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

 50 vikinqin qalıqları tapıldı 

20:09
18 Oktyabr

Payız mövsümündə Balakəndə 3 min ağac əkiləcək

19:58
18 Oktyabr

İtaliyada işçilər tətilə başladı

19:41
18 Oktyabr

İnnovativ çoxrejimli robot təqdim edilib

19:32
18 Oktyabr

 Bayden Almaniyadadır: Prezidentlər arasında görüş olub

19:28
18 Oktyabr

“Ferrari” ən güclü avtomobilini təqdim edib

19:11
18 Oktyabr

Qatar fil sürüsü ilə toqquşdu

18:53
18 Oktyabr

Azərbaycanın və Türkiyənin XİN rəhbərləri qlobal təhlükəsizlik problemlərini müzakirə ediblər

18:39
18 Oktyabr

“Yaşıl dünya naminə həmrəylik ili”: Biləsuvarda 10 min ağac əkiləcək

18:37
18 Oktyabr

Almaniya parlamenti miqrasiya siyasətini sərtləşdirdi 

18:21
18 Oktyabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Qaxda vətəndaşların müraciətlərini dinləyib

18:16
18 Oktyabr

Azərbaycan energetiklərinin təltif edilməsi haqqında

18:14
18 Oktyabr

Məlumatların ötürülməsi zamanı rekord sürətə nail olunub

18:12
18 Oktyabr

Almaniya Ukraynaya raket göndərməyəcək

18:11
18 Oktyabr

Gənclər Fondu ilk dəfə fiziki şəxslər və gənclər təşkilatları üçün qrant müsabiqəsinə start verir 

17:28
18 Oktyabr

Sabirabadda 11 mindən çox ağac əkiləcək

17:25
18 Oktyabr

MDB PA-nın Mədəniyyət, informasiya, turizm və idman üzrə daimi komissiyasının iclası olub

17:21
18 Oktyabr

“Yeniyetmə və gəclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin təqdimatı olub

17:18
18 Oktyabr

Azərbaycan II TÜRKSOY Teatr Festivalında təmsil olunur

17:16
18 Oktyabr

İran: Problemlər dinc yolu ilə həll olunmalıdır

17:09
18 Oktyabr

“Araz” SES yenidən qurulacaq - AÇIQLAMA

16:58
18 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!