01 İyun 2026 12:46
441
Elm və texnika
A- A+
Azərbaycanın kibertəhlükəsizlik sahəsində fəaliyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Azərbaycanın kibertəhlükəsizlik sahəsində fəaliyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir


Müasir dövrdə ölkələrin kibertəhlükəsizlik sahəsində hazırlıq səviyyəsinin beynəlxalq standartlar əsasında qiymətləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. e-Governance Academy (eGA) beynəlxalq səviyyədə kibertəhlükəsizliyi qiymətləndirən nüfuzlu qurumlardan biridir. Bu qurum 2002-ci ildə Estoniya Hökumətinin Açıq Cəmiyyət İnstitutu (Open Society Institute, OSI) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (The United Nations Development Programme, UNDP) birgə təşəbbüsü əsasında təsis edilib.

eGA tərəfindən hazırlanmış National Cyber Security Index (NCSI) əsasında hər il ölkələrin kibertəhlükəsizlik səviyyəsinin monitorinqi aparılır, hesabatlar hazırlanır. Qiymətləndirmə kibertəhlükəsizlik siyasəti, kibercinayətkarlıqla mübarizə, risklərin idarə olunması, kiberinsidentlərə cavabvermə, təhsil, tədqiqat, kadr hazırlığı və beynəlxalq əməkdaşlıq da daxil olmaqla 3 indikator, 12 əsas meyar üzrə həyata keçirilir. Bu il də NCSI əsasında ölkələrin kibertəhlükəsizlik üzrə hazırlıq səviyyəsi müxtəlif indikatorlar üzrə qiymətləndirilib və beynəlxalq reytinq elan edilib.

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda sözügedən reytinq və Azərbaycanın bu qlobal reytinqdə mövqeyinə dair geniş müzakirələr aparılıb.

İnstitutdan AZƏRTAC-a verilən məlumata görə, AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev bildirib ki, indeksin əsaslandığı 3 indikator, 12 meyar, eləcə də həmin meyarları təşkil edən alt göstəricilərin hər biri ayrı-ayrılıqda təhlil edilib. Onun sözlərinə görə, Azərbaycan bu indeks üzrə mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Belə ki, son reytinq nəticələrinə əsasən, Azərbaycan 2023-cü il ilə müqayisədə 55 pillə irəliləyərək 145 ölkə arasında 31-ci yerdə qərarlaşıb. Reytinq cədvəlində 30-cu yerdə ABŞ, 32-ci yerdə isə Birləşmiş Ərəb Əmirlikləri yer alır. Eyni zamanda, Koreya Respublikası 33-cü, Yaponiya 35-ci, Niderland 36-cı yerdə təmsil olunur.

Bundan əlavə, aparılan qiymətləndirmələr göstərib ki, Azərbaycan elm və təhsil, eləcə də müvafiq sahədə kadr hazırlığı ilə bağlı alt göstəricilər üzrə müəyyən edilmiş bütün tələblərə tam cavab verərək maksimal nəticə əldə edib və 100 bala layiq görülüb.

Sonra AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev mövzu ilə bağlı fikirlərini bölüşərək bildirib ki, əldə olunan nəticələr Azərbaycanda kibertəhlükəsizlik sahəsində dövlət siyasətinin uğurla həyata keçirildiyini, milli maraqlara xidmət edən prioritet istiqamətlərdə elmi tədqiqatların aparıldığını və əldə olunan mühüm nəticələrin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini bir daha sübut edir: “Eyni zamanda, bu göstəricilər ölkəmizdə kibertəhlükəsizlik ekosisteminin formalaşdırılmasını, yüksəkixtisaslı kadrların hazırlanmasını, kibersuverenliyə dair tədqiqatların genişləndirilməsini, milli kibertəhlükəsizlik indeksinin yaradılmasını və cəmiyyətin bütün sektorlarını əhatə edən kibertəhlükəsizlik səviyyəsinin sistemli şəkildə qiymətləndirilməsini zəruri edir”.

Akademik Rasim Əliquliyev, həmçinin qeyd edib ki, dövlət başçısı tərəfindən təsdiq olunan “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiya” ölkəmizdə kibertəhlükəsizlik sahəsində kompleks tədbirlərin həyata keçirilməsinə və nailiyyətlərin qazanılmasına böyük təkan verib: “Daha yüksək nəticələrin əldə olunması üçün qarşımızda duran yeni vəzifələrin həyata keçirilməsində fəal iştirak etməli, bu istiqamətdə davamlı inkişafın təmin edilməsi məqsədilə elmi dəstəyi gücləndirilməliyik”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp: İrana son müharibədə 1 trilyon dollardan çox ziyan dəyib

22:19
17 İyun

Kainatda təkik?

21:37
17 İyun

Davamlı bakteriyalara qarşı yeni antibiotik metodu hazırlanıb

21:13
17 İyun

İran və Qətər elektrik şəbəkələrini birləşdirir  

21:09
17 İyun

Ekvadorda 10 regionda fövqəladə vəziyyət elan edilib

20:58
17 İyun

İ. Fedotov: Messi meydandan qovulmalı idi

20:46
17 İyun

 İspaniyada 16 ton Dünya Kuboku formaları müsadirə edilib

20:42
17 İyun

 A. Səmədov: Ronaldo kimi oyunçu həmişə faydalıdır 

20:41
17 İyun

II və III ixtisas qrupları üzrə mayın 24-də keçirilən qəbul imtahanının nəticəsi elan edilib  

20:32
17 İyun

Ali Məclisin komitə iclasında iki qanun layihəsi müzakirəyə çıxarılıb

20:28
17 İyun

Van İ: Çin İranın qanuni iddialarını dəstəkləyir

20:13
17 İyun

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində regional ticarət əlaqələrinin gücləndirilməsi məsələləri müzakirə olunub VİDEO  

20:09
17 İyun

Azərbaycan və Koreya XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu olub

20:09
17 İyun

Ukrayna Silahlı Qüvvələri Rusiyanın “kölgə donanması”na məxsus tankeri və iki körpünü vurub  

20:03
17 İyun

Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdərə şəhərində keçirilib YENİLƏNİB

19:56
17 İyun

Orxan Məmmədov: “Startap” şəhadətnaməsi alan şirkətlərin ümumi dövriyyəsi 63 milyon manata yüksəlib

19:52
17 İyun

Xocalıda salınmış intensiv bağçılıq təsərrüfatları ilə tanışlıq

19:50
17 İyun

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu UNESCO-da təqdim olunub

19:49
17 İyun

Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları Xocalıda salınmış intensiv meyvə bağları ilə tanış olublar

19:47
17 İyun

Nazir müavini: Sosial xidmətlər sisteminin inkişafı istiqamətində mühüm addımlar atılıb

19:45
17 İyun

Xocalıda “Qoç Ət”in heyvandarlıq kompleksi ilə tanışlıq olub

19:43
17 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!