25 İyun 2026 16:09
125
SİYASƏT
A- A+
Müdafiə naziri: Bu gün məzun olan gənc zabitlərimiz Zəfərin məsuliyyətini və dəyərini dərindən dərk etməlidirlər 

Müdafiə naziri: Bu gün məzun olan gənc zabitlərimiz Zəfərin məsuliyyətini və dəyərini dərindən dərk etməlidirlər 

Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə yeni yüksəliş mərhələsinə qədəm qoyub. Azərbaycan Ordusu maddi-texniki təminatına, müasir silah və texnologiyalara, təchizatına, döyüş hazırlığına, şəxsi heyətin peşəkarlıq səviyyəsinə görə regionun ən güclü ordularından birinə çevrilib.

Ali Baş Komandanın “Bizim ordumuz bizim qürurumuzdur” fikirləri öz təsdiqini tapmış danılmaz həqiqətdir. Bu, dövlətimizin hərbi gücünün göstəricisi, Azərbaycan Ordusuna olan ali inamın təntənəli ifadəsidir.

AZƏRTAC xəbər verir ki, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov Heydər Əliyev adına Hərbi İnstitutun və Hərbi Tibb fakültəsinin məzunlarının növbəti buraxılış mərasimində çıxışı zamanı deyib.

Bu il xalqımızın dövlətçilik tarixində mühüm yer tutan 44 günlük Vətən müharibəsində əldə edilmiş şanlı Zəfərin altıncı ilinin tamam olduğunu bildirən nazir həmin tarixi Qələbənin təkcə hərbi üstünlük deyil, milli birliyimizin, dövlətimizin, siyasi iradəsini və ordumuzun yüksək peşəkarlığının təntənəsi olduğunu deyib. Qeyd olunub ki, yenilməz Azərbaycan Ordusunun hər bir üzvü kimi, bu gün məzun olan gənc zabitlərimiz də həmin Zəfərin məsuliyyətini və dəyərini dərindən dərk etməlidirlər: “Biz müqəddəs Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini daimi dərin ehtiram və minnətdarlıq hissi ilə yad edirik. Eyni zamanda, sağlamlığını itirməsinə baxmayaraq, Vətənə sədaqət nümunəsi göstərən müharibə əlillərinə və iştirakçılarına dərin minnətdarlığımızı bildiririk. Onların döyüş meydanında nümayiş etdirdikləri qəhrəmanlıq, sarsılmaz iradə, cəsarət və Vətən sevgisi gənc nəsil, xüsusilə bu gün leytenant rütbəsi alan məzunlarımız üçün əsl həyat məktəbi və örnəkdir.

Əziz valideynlər, siz öz övladlarınızla fəxr edə bilərsiniz. Seçdikləri zabit peşəsinə sahib olmaq böyük əzm və iradə tələb edir. Bu gün onların hərbi rütbə ilə təltif olunmaları sizin üçün qürur mənbəyidir. Sizə Vətənin keşiyində durmaq üçün yetişdirdiyiniz övladlara görə təşəkkürümü ifadə edirəm. İnanıram ki, onlar bütün addımlarında sizə və Vətənimiz Azərbaycana layiq olmağa çalışacaqlar.

Dəyərli zabitlər, siz Azərbaycan Ordusunun bu günü və sabahısınız. Hər biriniz xidmət yerinizdən asılı olmayaraq, öz sahənizin lideri olmalısınız. Siz gələcəyin rəisləri, komandirləri, hərbi rəhbərləri olacaqsınız. Hərbi Tibb fakültəsinin məzunları isə yalnız peşəkar hərbi həkimlər deyil, döyüşçünün həyatını qoruyan, onun sağlamlığının qayğısına qalan fədakar zabitlərdir. Zabitlərin yüksək səviyyədə hazırlanmasında Türk Silahlı Qüvvələrinin dəstəyini də qeyd etmək istəyirəm və təşəkkürümü bildirmək istəyirəm.

Bu gün məzunların arasında dost Qırğız və Tacikistan Respublikasından gəlmiş kursantlar da var. Onlar burada sahib olduğu bilik və bacarıqları gələcəkdə öz ölkələrinin müdafiə və milli təhlükəsizlik sahəsində tətbiq etməklə yanaşı, dövlətlərimiz arasında dostluq və hərbi əməkdaşlıq körpülərini daha da möhkəmləndirəcəklər.

Cənab zabitlər, Azərbaycan Respublikasının qanunlarına, hərbi nizamnamələrin tələblərinə sadiq qalmalı, xalqımıza və dövlətimizə vicdanla, ləyaqətlə və nümunəvi şəkildə xidmət etməlisiniz. Qalib ölkə statusu qazanmış Vətənimizi müqəddəs əmanət olaraq gələcək nəsillərə ötürməlisiniz. Əminəm ki, etimadı doğruldacaq, bu istiqamətdə bütün var qüvvənizi səfərbər edəcəksiniz.

Bu əlamətdar gündə bir daha Azərbaycan Ordusunun hərbi təhsil sistemində çalışan bütün şəxsləri, leytenant rütbəsi ilə xidmətə başlayacaq bütün məzunlarımızı və onların ailə üzvlərini ürəkdən təbrik edirəm. Sizə Azərbaycanın gələcəyi, qüdrətli ordumuzun daha da güclənməsi, dövlətimizin milli müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi naminə məsul və şərəfli xidmətinizdə daimi uğurlar arzulayıram. Yolunuz açıq, gələcəyiniz aydın olsun!”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sahibkarlara dövlət əyar nəzarəti və əyarlama xidməti barədə məlumat verilib

18:00
25 İyun

Almaniyada istilik dalğası rekord göstəricilərlə müşayiət olunur

17:59
25 İyun

Həftəsonu hava şəraiti qeyri-sabit keçəcək – XƏBƏRDARLIQ

17:57
25 İyun

Azərbaycan-Aİ münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub  

17:51
25 İyun

Dünya Kubokunda avtomobil meksikalı azarkeşlərin izdihamına çırpılıb

17:32
25 İyun

 Fransa - Norveç oyununda təbii fəlakət təhlükəsi 

17:23
25 İyun

Bəşəriyyətin ən qədim kabusu

17:09
25 İyun

Aİ vergi sistemini sadələşdirir

17:01
25 İyun

ÜST anomal istilərlə bağlı xəbərdarlıq edib

16:49
25 İyun

 Ürəyimizi necə qoruyaq?

16:43
25 İyun

Hesabat: Avropa ekstremal hava riskləri zonasına çevrilir  

16:36
25 İyun

Parlament diplomatiyası Azərbaycanın xarici siyasət kursunda mühüm yer tutur

16:34
25 İyun

Səhiyyə Nazirliyi: Qanvermə aksiyalarında 2821 könüllü donor iştirak edib, 1269,45 litr qan toplanıb

16:29
25 İyun

Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Belarusdan hücum riskini qiymətləndirib  

16:14
25 İyun

Azərbaycan və Həştərxan vilayəti arasında regional iqtisadi əlaqələrin möhkəmləndirilməsi nəzərdən keçirilib

16:12
25 İyun

Müdafiə naziri: Bu gün məzun olan gənc zabitlərimiz Zəfərin məsuliyyətini və dəyərini dərindən dərk etməlidirlər 

16:09
25 İyun

Xələf Xələfov AQEM-in Baş katibi Kayrat Sarıbay ilə görüşüb

16:07
25 İyun

Energetika naziri Ağdamda vətəndaşlarla görüşüb

16:03
25 İyun

Baş nazir: Nəqliyyat dəhlizlərinə tələbat sürətlə artır

15:56
25 İyun

Cənubi Qafqazda ilk: Akademik Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində unikal kraniofasial əməliyyat həyata keçirilib  

15:52
25 İyun

Heydər Əliyev adına Hərbi İnstitutun və Hərbi Tibb Fakültəsinin məzunlarının növbəti buraxılış mərasimi olub 

15:43
25 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!