08 Mart 2026 16:23
1129
SİYASƏT
A- A+
Azərbaycanın həyata keçirdiyi təxliyə tədbirləri İordaniya mediasında

Azərbaycanın həyata keçirdiyi təxliyə tədbirləri İordaniya mediasında

İordaniya mətbuatında regionda yaranmış gərgin təhlükəsizlik vəziyyəti fonunda Azərbaycan Respublikasının həyata keçirdiyi təxliyə tədbirləri ilə bağlı məlumatlar dərc olunub.

AZƏRTAC xəbər verir ki, “əl-Dustur”, “Nayruz”, “əl-ğad”, “jordandaily” və digər media orqanlarında yayımlanan yazılarda Azərbaycanın Əmmandakı səfirliyinin təqdim etdiyi məlumatlardan da istifadə edilib.

Yazılarda qeyd olunub ki, regionda təhlükəsizlik vəziyyətinin gərginləşməsi ilə əlaqədar İran İslam Respublikası ərazisində olan Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlər görülüb. Həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın 285 vətəndaşı İran ərazisindən quru sərhədini keçməklə təhlükəsiz şəkildə ölkə ərazisinə daxil olub.

Məqalələrdə, həmçinin İran ərazisində fəaliyyət göstərən xarici diplomatik nümayəndəliklər və müxtəlif ölkələrə məxsus şirkətlərin təmsilçiləri tərəfindən Azərbaycanın Xarici İşlər Nazirliyinə çoxsaylı müraciətlərin daxil olduğu qeyd edilib. Həmin müraciətlərdə xarici dövlətlərin vətəndaşlarının və şirkət əməkdaşlarının təhlükəsiz şəkildə təxliyəsi üçün Azərbaycandan dəstək göstərilməsi xahiş edilib.

Vurğulanıb ki, ümumilikdə 50-dən artıq ölkənin 2500-dən çox vətəndaşının təxliyəsi ilə bağlı müraciət qeydə alınıb. Hazırkı vaxta qədər 66 ölkədən 1797 nəfərin Azərbaycan Respublikasının quru sərhədləri vasitəsilə təhlükəsiz keçidi təmin edilib.

Bununla yanaşı, yazılarda diqqətə çatdırılıb ki, Azərbaycan mövcud mürəkkəb və həssas təhlükəsizlik şəraitinə baxmayaraq, həm öz vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsinə prioritet yanaşır, həm də humanizm və beynəlxalq həmrəylik prinsiplərinə sadiq qalaraq digər ölkələrin vətəndaşlarına dəstək göstərməyə davam edir.

Eyni zamanda, qeyd olunub ki, martın 1-də İordaniya Haşimilər Krallığının İran İslam Respublikasındakı səfirliyinin 4 əməkdaşı Azərbaycanın “Astara” sərhəd-keçid məntəqəsi vasitəsilə təhlükəsiz şəkildə təxliyə olunaraq ölkə ərazisinə daxil olub.

Məqalələrdə regionda yaranmış mürəkkəb vəziyyət fonunda Azərbaycanın humanizm, qarşılıqlı dəstək və beynəlxalq əməkdaşlıq prinsiplərinə sadiq qalaraq insanların təhlükəsizliyinin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirdiyi vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bilmək istəyirəm

09:05
02 May

Ədalətli tələb, haqlı istək

09:00
02 May

Bakıda Beynəlxalq Xalça Festivalı keçirilir

08:55
02 May

Şəhərlərin gələcəyi iki həftə sonra Bakıda yazılacaq

08:50
02 May

Azərbaycanın "Elm Sarayı"

08:45
02 May

Erməni lobbisinin gizli təsir rıçaqları ifşa olunur

08:40
02 May

Okamponun etirafları Avropa idarəçilik sisteminin təsir altında olduğunu sübut edir

08:35
02 May

Sülh, yoxsa xəstə təfəkkür

08:30
02 May

Ağverəndəki görüş sülh prosesinin növbəti uğurudur

08:25
02 May

Heydər Əliyev və milli məfkurə

08:23
02 May

Heydər Əliyev yolu: sabitlik, inkişaf və zəfərin təməli

08:20
02 May

Əbədiyyətə qovuşan ömrün 103-cü baharı

08:15
02 May

Bakı lobbilərin oyuncağına çevrilmiş Avropa Parlamenti ilə əlaqələri kəsdi 

08:10
02 May

Azərbaycan Avropa Parlamenti ilə əməkdaşlıq əlaqələrini dayandırır

08:05
02 May

Azərbaycan idman sahəsində də qalib ölkədir

08:00
02 May

Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə əlaqədar

02:10
02 May

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında

02:05
02 May

Ə.N.Fərəcovun 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi haqqında

02:02
02 May

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 8 iyun tarixli 218 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında

01:58
02 May

BİLDİRİŞ

01:57
02 May

Notification

01:56
02 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!