07 May 2025 09:45
764
Mədəniyyət
A- A+
Azərbaycanı dünyada tanıdan memar

Azərbaycanı dünyada tanıdan memar


Görkəmli memar Mikayıl Hüseynovun anadan olmasından 120 il ötür


O, səksən yeddi illik ömrünün əlli ildən çoxunu memarlıq elminin inkişafına həsr edib. Söhbət görkəmli memar, SSRİ Memarlıq Akademiyasının həqiqi üzvü, Böyük Britaniya və İrlandiya Kral Asiya Cəmiyyətinin fəxri üzvü, akademik Mikayıl Hüseynovdan (bəzi mənbələrdə  Useynov) gedir. O, yarım əsrdən uzun sürən yaradıcılığı dövründə Azərbaycanın qədim ənənələrə malik olan milli memarlıq sənətini yeni axtarışları, özünəməxsus üslubu, dəst-xəti ilə zənginləşdirib.

Mikayıl Hüseynov 1905-ci ilin aprelində Bakıda zadəgan ailəsində dünyaya göz açıb. Uşaqlıq çağlarından istedadı və öyrənmək marağı ilə yaşıdlarından fərqlənib. Sonralar ona şöhrət gətirəcək memarlıq sənətini də uşaqkən özü seçib. Müsahibələrinin birində kiçik yaşlarından kibrit dənələri, plastilin və ağac qırıntılarından müxtəlif "konstruksiyalı binalar" tikdiyini yada salıb. On yaşı tamam olanda qohumları ona Leonardo da Vinçi haqqında kitab və İtaliya şəhərlərinin mənzərələrini əks etdirən filmoskop hədiyyə ediblər. Görkəmli memar Mikayıl Hüseynov uzun illər o kitab və filmoskopdan ayrıla bilmədiyini, eləcə də həmin hədiyyələrin onun memarlıq sənətinə sevgisini daha da qüvvətləndirdiyini deyib.

1911-ci ildə Bakı Realnı Məktəbinə gedib. Təhsilini 1921-ci ildə II dərəcəli 5-ci məktəbdə tamamlayıb. 1922-ci ildə Azərbaycan Politexnik İnstitutunun (hazırda Azərbaycan Texniki Universiteti) Mühəndis-inşaat fakültəsinin memarlıq şöbəsinə daxil olub. Tələbəlik illərində də seçilib. Onun 1924-cü ildə Şirvanşahlar Saray Kompleksini araşdırması mütəxəssislərin diqqətini cəlb edib və bu, böyük rəğbətlə qarşılanıb. Dahi şair Nizami Gəncəvinin abidəsinin layihə müsabiqəsində iştirakı da gənc memar Mikayıl Hüseynova uğur qazandırıb. Mükafata layiq görülüb.

Azərbaycan Politexnik İnstitutunu 1929-cu ildə fərqlənmə diplomu ilə bitirib. Mikayıl Hüseynov "Bakı şəhərində mədəniyyət sarayı və kitabxana" mövzusunda diplom layihəsi müdafiə edərək mühəndis-memar diplomu alıb.

1930-cu ildən memarlıq fəaliyyətinə başlayıb. Həmin illərdə respublikada həyata keçirilən geniş inşaat işlərinə qoşulan gənc memar "Azərdövlətlayihə"də əvvəlcə assistent olaraq çalışıb. Sonra memarlıq emalatxanasına rəhbərlik ona həvalə olunub. Mikayıl Hüseynovun rəhbərliyi ilə emalatxananın yaradıcı heyəti sayca az olan, böyük maraqla, yorulmaq bilmədən çalışan gənc  memarlardan təşkil edilib. 

1930-1959-cu illərdə M.Hüseynov sonralar "Azərdövlətmemarlayihə"də (indiki "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutu) 1-ci memarlıq emalatxanasının rəhbəri olub. 1960-1990-cı illərdə "Azərdövlətlayihə"də məsləhətçi, 1947-1992-ci illərdə Azərbaycan Memarlar İttifaqının sədri vəzifəsində işləyib.

Mikayıl Hüseynov yüksək peşəkarlıqla həyata keçirilən 200-dən çox layihənin müəllifi olub. Layihələri əsasında Bakıda, Naxçıvanda, Gəncədə, Şəkidə, həmçinin Moskvada, Düşənbədə və başqa şəhərlərdə bir çox yaşayış evi, ictimai bina, məşhur elm və mədəniyyət ocaqları inşa edilib. 

Onun layihələri əsasında paytaxtımızdakı "Alimlər Evi", Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyası (Bakı Musiqi Akademiyası), Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Nizami Kino Mərkəzi, Azərbaycan Politexnik İnstitutu, "Bakı Soveti" işçiləri üçün yaşayış (hazırda Azərbaycan Respublikası Nazirlər Kabineti binası) və digər binaları tikilib. 

Mikayıl Hüseynovun yaradıcılığında Mirzə Fətəli Axundzadə adına dövlət kitabxanası, Azərbaycan SSR Elmlər Akademiyasının binaları kompleksi, hazırkı "Azadlıq" meydanının rekonstruksiyası, "Nizami", "Elmlər Akademiyası" metrostansiyaları, "Azərbaycan", "Abşeron", "Moskva" mehmanxanaları, Baş poçt idarəsi "Qlavpoçtampt" xüsusi yer tutub. Eyni zamanda paytaxtımızın küçə və meydanlarını bəzəyən Nizami Gəncəvi, Məhəmməd Füzuli, Üzeyir bəy Hacıbəyli, Səməd Vurğun, Mehdi Hüseynzadə, Həzi Aslanov, Ayna Sultanova abidələrinin layihələri də onun yaradıcı əməyinin bəhrəsidir.

Uzun illər məsul vəzifələrdə çalışan Mikayıl Hüseynovun elmi-pedaqoji fəaliyyəti də tədqirəlayiqdir. O, respublikamızda yüksəkixtisaslı kadrların hazırlanmasında mühüm xidmətlər göstərib. Alimin onlarca elmi-nəzəri əsəri memarlıq tariximizin öyrənilməsində dəyərli mənbə hesab edilir.

Mikayıl Hüseynovun ictimai fəaliyyəti də geniş olub. O, SSRİ Ali Sovetinin IV və V çağırış deputatı (1954-1962), Azərbaycan SSR Ali Sovetinin deputatı (3-cü, 6-cı, 11-ci çağırışlar) seçilib.

1985-ci ildə İngiltərə kraliçası II Yelizavetanın himayəsi altında olan Böyük Britaniya Asiya Cəmiyyəti tərəfindən təşkil edilən "Bakının memarlığı" sərgisində Mikayıl Hüseynovun əsərləri nümayiş etdirilib. Sərgi materiallarına keçirilən baxış və müzakirələrdən sonra azərbaycanlı memar Böyük Britaniya və İrlandiya Kral Asiya Cəmiyyətinin fəxri üzvü seçilib.

Çoxşaxəli yaradıcılığı, gərgin əməyi yüksək dəyərləndirilib. Bir çox orden və medalla təltif olunub, fəxri adlara layiq görülüb. Sosialist Əməyi Qəhrəmanı, SSRİ Xalq memarı, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki, memarlıq doktoru, professor Mikayıl Hüseynov hər zaman tükənməz yaradıcılıq həvəsi, sənətinə böyük ehtiram və məsuliyyətlə çalışıb.

Onun təşəbbüsü ilə 1992-ci ildə Beynəlxalq Şərq Memarlıq Akademiyası yaradılıb. İlk prezidenti də akademik Mikayıl Hüseynovun özü  olub. Həmin ilin iyununda isə o, Beynəlxalq Memarlar Akademiyasının Moskva şöbəsinin fəxri üzvü seçilib. 

Milli memarlığın inkişafında müstəsna xidmətlər göstərən görkəmli alim Mikayıl Hüseynov 7 oktyabr 1992-ci ildə Bakıda dünyasını dəyişib. Fəxri xiyabanda dəfn edilib.

Azərbaycan memarlıq sənətinin öz ənənələrindən uzaqlaşmadan yeni dövrün tələblərinə yüksək səviyyədə cavab verməsində, gündən-günə inkişaf etməsində və dünyada tanıdılmasında əməyi böyük olan istedadlı sənətkar incəsənət tariximizdə əbədi yer tutub.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya birjalarında neft bahalaşıb  

10:22
17 Dekabr

Qazaxıstanda neft hasilatı və ixracı artıb  

09:43
17 Dekabr

Əfv və amnistiya institutları humanizm prinsiplərinin hüquqi ifadəsidir

09:42
17 Dekabr

Keçmiş məcburi köçkün: Xatirələrimizə qayıdırıq  

09:40
17 Dekabr

Xocavənd sakini: Uzun illərdən sonra doğma yurda qayıtmaq böyük xoşbəxtlikdir  

09:37
17 Dekabr

Keçmiş məcburi köçkün: Şükür edirəm ki, yenidən doğma yurduma qayıdıram  

09:36
17 Dekabr

Laçın şəhərinə, Xocavənd rayonun Hadrut və Qırmızı Bazar qəsəbələrinə və Ağdamın Xıdırlı kəndinə köç karvanları yola salınıb  

09:35
17 Dekabr

Arktikada temperatur rekord həddə çatıb  

09:34
17 Dekabr

Azərbaycan və Slovakiya arasında aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

09:23
17 Dekabr

Sənətkar ömrü

09:10
17 Dekabr

Qəlblərdə yaşayan şair

09:05
17 Dekabr

Aprel zəfərinin Mühüd zirvəsi

09:00
17 Dekabr

Ağcabədi bələdiyyəsi nümunə göstərir

08:55
17 Dekabr

Özü cavan, yaşı qoca Lənkəran

08:50
17 Dekabr

Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcmi artır

08:45
17 Dekabr

BP və ADA Universitetinin birgə sosial layihəsi uğurla yekunlaşdı

08:43
17 Dekabr

Ölkəmizin enerji sektorunda daha bir yenilik

08:40
17 Dekabr

Böyük futbol Azərbaycana gəlir

08:35
17 Dekabr

Ermənistanda revanşistlərin siyasi dayaqları yoxdur

08:30
17 Dekabr

Avropa İttifaqı yenidən sülhə qarşı

08:25
17 Dekabr

Misri qılıncdan döyüş PUA-larınacan

08:20
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!