29 Noyabr 2025 00:43
484
Qanunlar
A- A+
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 251 (Cild I); 2024, № 1, maddələr 8, 18, № 3, maddə 250, № 7, maddə 772, № 11, maddə 1189, № 12 (II kitab), maddələr 1330, 1350; 2025, № 1, maddə 1, № 2, maddələr 98, 99, № 3, maddələr 217, 221, № 4 (I kitab), maddə 322, № 5, maddə 434, № 6, maddə 538, № 7, maddələr 607, 626) aşağıdakı dəyişikliklər edilsin:

1. 73-2.2-ci maddədə ", 197, 198" rəqəmləri "-199" rəqəmləri ilə, ", 211, 212" rəqəmləri "-212" rəqəmləri ilə əvəz edilsin.

2. 193-1.1-ci maddənin sanksiyasında "dörd min manatdan səkkiz min manatadək miqdarda" sözləri "cinayətin predmetinin dəyərinin əlli faizindən yetmiş faizinədək miqdarında" sözləri ilə əvəz edilsin.

3. 199-cu maddə üzrə:

3.1. adı və 199.1-ci maddənin dispozisiyası aşağıdakı redaksiyada verilsin:

"Maddə 199. Rəqabəti məhdudlaşdırma

199.1. Rəqabət qanunvericiliyinin pozulması, yəniqanunla yol verilən hallar istisna olmaqla rəqabəti məhdudlaşdıran üfüqi və şaquli sazişlərin bağlanması, bu cür uyğunlaşdırılmış hərəkətlərin edilməsi və ya hökmran mövqedən sui-istifadə etmə, bu əməllər xeyli miqdarda ziyan vurmaqla və ya xeyli miqdarda gəlir əldə etməklə törədildikdə -";

3.2. 199.2.4-cü maddədə hər iki halda "xeyli" sözü "külli" sözü ilə əvəz edilsin;

3.3. 199.3.3-cü maddəyə hər iki halda "külli" sözündən əvvəl "xüsusilə" sözü əlavə edilsin;

3.4. "Qeyd" hissəsinin 1-ci bəndi aşağıdakı redaksiyada verilsin:

"1. Bu Məcəllənin 199.1-ci maddəsində "xeyli miqdar" dedikdə iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, 199.2.4-cü maddəsində "külli miqdar" dedikdə beş yüz min manatdan yuxarı, lakin bir milyon manatdan artıq olmayan məbləğ, 199.3.3-cü maddəsində isə "xüsusilə külli miqdar" dedikdə bir milyon manatdan yuxarı olan məbləğ başa düşülür.".


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 31oktyabr 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sosial sahədə əməkdaşlığın genişləndirilməsi TDT-ni daha effektiv edəcək

08:55
05 Dekabr

Nikol Paşinyanın həmləsi kilsənin "müqəddəs" obrazını yerlə bir edib

08:50
05 Dekabr

Azərbaycanın diplomatik gündəliyində ən mühüm nailiyyətlərdən biri

08:45
05 Dekabr

Minsk qrupunun ləğvi ölkənin ərazi bütövlüyü əsasında qurulmuş yeni reallığın bütün beynəlxalq platformalarda tanınması deməkdir 

08:40
05 Dekabr

Cənubi Qafqazda gərginlik dövrü sona çatıb

08:35
05 Dekabr

"Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar" adlı beynəlxalq konfrans işə başlayıb

08:30
05 Dekabr

Azərbaycanın təşəbbüsləri Cənubi Qafqazı əməkdaşlıq meydanına çevirib

08:25
05 Dekabr

Tarixi ədalətin tələbi

08:20
05 Dekabr

Qərbi azərbaycanlılar da doğma yurdlarına qayıdacaqlar

08:15
05 Dekabr

Türk coğrafiyasından türk siyasi birliyinə

08:10
05 Dekabr

Milli Məclisin Sədri Sahibə Qafarova seçicilərin növbəti qəbulunu keçirib

08:05
05 Dekabr

Azərbaycanın “yaşıl enerji" gündəliyi

08:00
05 Dekabr

"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

01:19
05 Dekabr

ABŞ-də nümayiş zamanı qırıcı təyyarə qəzaya uğrayıb  

22:35
04 Dekabr

Qazaxıstanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq müzakirə olunub  

22:34
04 Dekabr

Maka Boçorişvili: Vaşinqtonda imzalanmış saziş Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi üçün mühüm təməl daşıdır  

22:30
04 Dekabr

Keniya parlamenti britaniyalı hərbçiləri müxtəlif cinayətlərdə ittiham edir  

22:29
04 Dekabr

“Caviar” bu smartfonları zərgərlik əsərinə çevirir  

22:26
04 Dekabr

Ekstremal hadisələr daha dağıdıcı olacaq  

22:25
04 Dekabr

Cari ilin ən yaxşı “Google Chrome” yeniləmələri elan edilib  

22:24
04 Dekabr

Güzəştli mənzillərin seçimi ilə bağlı kiberhücum cəhdinin qarşısı uğurla alınıb – RƏSMİ AÇIQLAMA  

21:06
04 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!