03 Mart 2026 08:30
289
CƏMİYYƏT
A- A+
Uşaqların rəqəmsal mühitdə qorunması ilə bağlı hüquqi aktlar qəbul olunacaq

Uşaqların rəqəmsal mühitdə qorunması ilə bağlı hüquqi aktlar qəbul olunacaq


Müasir dövrdə informasiya sürətlə yayılır və rəqəmsal platformalar həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bütün bunların nəticəsi olaraq məlumatlar daha da əlçatan olub. Lakin bu inkişaf həm də zərərli informasiyaların yayılması üçün imkanlar yaradır. Xüsusilə qeyd edilməlidir ki, informasiya-kommunikasiya texnologiyalarının inkişafının, rəqəmsal texnologiyaların tətbiqinin, sosial şəbəkələrin geniş istifadəsinin uşaqlar üçün yaratdığı risklər də zaman keçdikcə daha qabarıq şəkildə ortaya çıxır. Bu baxımdan uşaqların zərərli informasiyadan qorunması aktual məsələdir.

Prezident İlham Əliyevin uşaqların rəqəmsal mühitdə müdafiəsi sahəsində balanslaşdırılmış, sübuta əsaslanan və sistemli yanaşmanın, sosial şəbəkələrdən istifadə sahəsində rəqəmsal bacarıqların təşviqi, onlayn davranış mədəniyyətinin formalaşdırılması və yaradıcı rəqəmsal potensialın inkişaf etdirilməsi məqsədilə  fevralın 27-də imzaladığı "Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında" sərəncamı bu sahədə özünü göstərən problemlərin aradan qaldırılmasında böyük rol oynayacaq. 

Bu gün uşaqların həyatı, sadəcə, ailə və məktəblə məhdudlaşmır. Reallıq göstərir ki, onlar erkən yaşlardan sosial şəbəkələrdə profillər yaradır, müxtəlif platformalarda ünsiyyət qurur, oyun oynayır, məlumat əldə edir və paylaşırlar. Rəqəmsal mühit onların dünyagörüşünün formalaşmasına birbaşa təsir göstərir. Lakin informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı uşaqlara yeni bilik və bacarıqlar qazandırmaqla yanaşı, onları zərərli məzmun, manipulyativ təsirlər, saxta məlumatlar və kibertəzyiq kimi təhlükələrlə də üz-üzə qoyur.

Sərəncamda qeyd olunur ki, beynəlxalq təşkilatların və elmi mərkəzlərin araşdırmaları, eləcə də müxtəlif ölkələrin təcrübəsi göstərir ki, uşaqların rəqəmsal mühitdə qorunması xüsusi diqqət tələb edir. Onların psixoloji sağlamlığının, təhlükəsizliyinin və normal inkişafının təmin olunması üçün həm hüquqi mexanizmlər, həm də texnoloji müdafiə vasitələri tətbiq edilməlidir. Bu çərçivədə uşaqların şəxsi məlumatlarının, ləyaqətinin və təhlükəsizliyinin dövlət tərəfindən qorunması vacib amildir. Beynəlxalq praktikada, xüsusilə sosial şəbəkələrin fəaliyyətinə nəzarətin gücləndirilməsi, uşaqlar üçün risklərin azaldılması və məlumatların daha ciddi qorunması istiqamətində tələblərin artırılması müşahidə edilir.

Eyni zamanda rəqəmsal savadlılığın artırılması da xüsusi önəm daşıyır. Sadəcə, qadağalarla problemi həll etmək mümkün deyil. Uşaqlar və valideynlər rəqəmsal təhlükəsizlik qaydaları barədə maarifləndirilməlidirlər. Media savadlılığı təhsil proqramlarının ayrılmaz hissəsinə çevrilməli, bağça və məktəblərdə sosial şəbəkələrdən təhlükəsiz və filtrli istifadə mexanizmləri tətbiq olunmalıdır.

Prezident İlham Əliyevin sərəncamında məhz bu sosial reallıqlar nəzərə alınıb. Sərəncamda qeyd olunur ki, sosial münasibətlərin sürətlə rəqəmsallaşması və sosial şəbəkələrin uşaqların gündəlik həyatına getdikcə daha erkən yaşda daxil olması, həmin şəbəkələr vasitəsilə informasiyanın istehsalı, yayılması və istehlakının miqyasının artması bu sahədə hüquqi tənzimləmənin mövcud vəziyyətinin müasir texnoloji, sosial və təhlükəsizlik çağırışları baxımından təhlilini və təkmilləşdirilməsini zəruri edir.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti aidiyyəti dövlət orqanlarını (qurumlarını), elmi müəssisə və təşkilatları, mütəxəssisləri və vətəndaş cəmiyyəti institutlarını cəlb etməklə və beynəlxalq təcrübə nəzərə alınmaqla, ölkə ərazisində uşaqların sosial şəbəkələrdəki zərərli məzmun və təsirlərindən qorunmasını, o cümlədən sosial şəbəkələrdə qeydiyyat zamanı yaş məhdudiyyətinin tətbiqini əhatə edən normativ-hüquqi aktların layihələrini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək. 

Habelə Nazirlər Kabineti məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəyə dair qaydaların müəyyən edilməsi və tətbiqi ilə bağlı tədbirlər görülməsini təmin edəcək, məktəbəhazırlıq və ümumi təhsil fənləri üzrə təhsil proqramlarına (kurikulumlara), o cümlədən məzmun standartlarına rəqəmsal savadlılıq, kibertəhlükəsizlik və məsuliyyətli onlayn davranış mövzularının daxil edilməsi, eyni zamanda mediada valideynlər, müəllimlər və uşaqlara yönələn maarifləndirmə proqramlarının hazırlanıb həyata keçirilməsi ilə bağlı tədbirlər görəcək. Sosial şəbəkələrdən qanunauyğun istifadənin, belə istifadə zamanı uşaq hüquqlarının müdafiəsinin təmin edilməsi ilə bağlı mütəmadi maarifləndirmə işinin həyata keçirilməsi, o cümlədən uşaqların rəqəmsal rifahına dair elmi tədqiqatlar aparılmasının təşviq edilməsi məqsədilə də tədbirlər görüləcək. 

Uşaqların zərərli informasiyadan qorunması istiqamətində atılan addımlar gələcək nəsillərin sağlam formalaşmasında əhəmiyyətli rol oynayır. Bu, həm də cəmiyyətimizin mənəvi baxımdan sağlam və güclü gələcəyi deməkdir. Bu baxımdan Prezident İlham Əliyevin imzaladığı "Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında" sərəncam göstərir ki, respublikamızda rəqəmsal mühitdə uşaqların qorunması sahəsində tamamilə yeni mərhələ başlanır.


Təhminə VERDİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

12:48
04 Aprel

Hulusi Kılıç: Prezident İlham Əliyevin TDT-nin inkişafına dair sözləri Türk dünyasında böyük əks-səda doğurub  

12:08
04 Aprel

Türkiyənin Van vilayətində 5,1 maqnitudalı zəlzələ

12:01
04 Aprel

Müharibə vəziyyətində olan Ukraynada minatəmizləmə təcrübəsi  

11:42
04 Aprel

Səfir: Humanitar yardım karvanı əslində Azərbaycanın həmrəyliyini və mənəvi dəstəyini İrana çatdırır 

11:38
04 Aprel

Seneqal Respublikasının Prezidenti Zati-aliləri cənab Bassiru Diomaye Fayeyə

11:18
04 Aprel

DYP dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

11:06
04 Aprel

Xəzərdə zəlzələ olub

11:01
04 Aprel

FHN-dən gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət

10:49
04 Aprel

İndoneziya sahillərində güclü zəlzələ qeydə alınıb

10:42
04 Aprel

Tehranın şimalındakı dağlıq ərazidə partlayışlar baş verib  

10:36
04 Aprel

Pentaqon: İranda əməliyyat başlayandan bəri 365 ABŞ hərbçisi yaralanıb  

10:23
04 Aprel

Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınıb  

10:13
04 Aprel

Prezident İlham Əliyev: Həm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik  

10:01
04 Aprel

Madaqaskarda dövlət çevrilişi və Prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

09:40
04 Aprel

Bilmək istəyirəm

09:35
04 Aprel

Mina terrorçuluğu bütün bəşəriyyət üçün ağrılı problemdir

09:30
04 Aprel

Zivər bəy Əhmədbəyov - qaranlıq dövrün işıqlı memarı

09:25
04 Aprel

ABŞ Bəhreyn bazasından 1500 əsgəri təxliyə edir

09:21
04 Aprel

Bakı - Şərqlə Qərbin ortaq şəhəri

09:20
04 Aprel

Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması davam edir

09:15
04 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!