03 Mart 2026 08:25
151
İQTİSADİYYAT
A- A+
Rəqəmsal dünyanın kibertəhlükə bəlası

Rəqəmsal dünyanın kibertəhlükə bəlası


Azərbaycan dövləti bu bəladan qorunmaq üçün operativ tədbirlər görür


Zaman o zamandır ki, biz artıq texnologiyasız yaşaya bilmirik. Smartfonlar, kompüterlər, sosial şəbəkələr həyatımızın bir parçasına çevrilib. Lakin bu böyük imkanlarla bərabər, təhlükələr də gəlib. Şəxsi məlumatlarımızın oğurlanması, fişinq hücumları ( aldatma və manipulyasiya yolu ilə məlumat oğurluğu),  uşaqlar üçün  uyğun olmayan, zərərli  materiallar və hətta böyüklərin də aldadılmasına səbəb ola biləcək onlayn tələlər hər gün qarşımıza çıxır. Bu səbəbdən rəqəmsal savadlılıq və kibermaarifləndirmə həyatın olmazsa olmazına çevrilib. 

Rəqəmsal savadlılıq insanın interneti və texnologiyanı ağıllı, təhlükəsiz və məsuliyyətlə istifadə etməyi bacarması deməkdir. Bu, yalnız kompüter bilikləri  ilə məhdudlaşmır. O doğru informasiyanı seçmək, sosial şəbəkələrdə etik davranmaq və şəxsi məlumatlarını qorumaq bacarığını əhatə edir. Rəqəmsal savadlı insan məlumatın doğru və etibarlı olub-olmadığını seçə bilir, fərqli mənbələri  araşdırır və dəyərləndirir, sosial şəbəkələrdə etik və hörmətli davranış sərgiləyir. Bu gün şəxsi məlumatların internetdə yayılması, şifrə oğurluğu və kibertəhlükələr hər kəs üçün real risklərdir. Ona görə də  rəqəmsal savadlı insan həm texnologiyalardan effektiv istifadə edir, həm də öz təhlükəsizliyinə diqqət göstərir. O, şübhəli linklərdən uzaq durmağı, güclü şifrələr seçməyi və şəxsi məlumatlarını paylaşmazdan əvvəl iki dəfə düşünməyi öyrənir. Bir sözlə, rəqəmsal savadlılıq yalnız texniki bacarıq deyil, həm də ağıllı və məsuliyyətli davranış vərdişidir.

Bundan əlavə, rəqəmsal savadlılıq insanların tənqidi düşünmə qabiliyyətini də gücləndirir. İnternetdə hər gün minlərlə xəbər və məlumat yayımlanır. Həmin  məlumatlar bəzən həqiqət yox, feyk olur. Saxta, dezinformasiya yayan  xəbərlər isə insanları qorxutmaq, çaşdırmaq və ya yanlış qərarlar verməyə yönəltmək məqsədilə yayılır. Amma rəqəmsal savadlı insanlar bu məlumatları süzgəcdən keçirir, yalan və ya manipulyasiya edilmiş məlumatları ayırd etməyi bacarır. Bütün bunlar o deməkdir ki, rəqəmsal savadlılıq informasiyanın sel kimi üzərimizə gəldiyi bir dövrdə doğru ilə yanlışı seçə bilmək, məlumatın mənbəyini sorğulamaq və düşünülmüş qərarlar vermək məsuliyyətidir. 

Bu gün rəqəmsal mühitdə savadlı insanlar tətbiqdən istifadə etməyi bacarır,  manipulyasiyalara qarşı ayıq olur, dezinformasiyanı tanıyır və məlumatı şüurlu şəkildə dəyərləndirirlər. Rəqəmsal dünya bizə sürət və rahatlıq qazandırmaqla yanaşı, bizdən seçim və məsuliyyət tələb edir. Məhz buna görə də rəqəmsal savadlılıq müasir insanın ən vacib bacarıqlarından hesab olunur.

Kibermaarifləndirmə isə insanları internet təhlükələrindən xəbərdar etmək, onlara qorunma yollarını öyrətmək prosesidir. Bu, yalnız texniki biliklərin mənimsənilməsi deyil, həm də internetdə rast gəlinən risklərin fərqinə varmaq və onlarca  davranış strategiyasını  formalaşdırır. Uşaqlar və gənclər, hətta böyüklər də düzgün təhsil və maarifləndirmə olmayanda bu təhlükələrə qarşı həssas olurlar. Məsələn, yalançı və manipulyativ mesajlar, zərərli proqramlar və ya sosial şəbəkələrdəki saxta, uydurma informasiyalar onların şəxsi məlumatlarını, maliyyə və ya hətta psixoloji təhlükəsizliyini riskə ata bilər.

Kibermaarifləndirmə insanların onlayn təhlükələrə qarşı hiss və duyğularını, eləcə də davranışlarını gücləndirir. Şifrə seçimi, ikifaktorlu autentifikasiya (onlayn hesabınıza daxil olarkən təhlükəsizliyi artırmaq üçün iki fərqli təsdiq mərhələsindən keçmək), şəxsi məlumatların qorunması, şübhəli linklərdən uzaq durmaq və sosial şəbəkələrdə etibarlı ünsiyyət kimi bacarıqlar kibermaarifləndirmənin əsas komponentlərindəndir. Bundan əlavə,  kibermaarifləndirmə cəmiyyətdə etibarlı rəqəmsal mədəniyyətin yaranmasına da xidmət edir. İnsanlar onlayn davranışlarının nəticələrini başa düşəndə özlərini və digər istifadəçiləri də qorumağa başlayırlar. Bu, xüsusilə uşaqlar üçün həyati əhəmiyyət daşıyır. Uşaqların təhlükəsiz böyüməsi, zərərli vərdişlərdən və yanlış məlumatlardan qorunması üçün kibermaarifləndirmənin mühüm əhəmiyyəti var. Kibermaarifləndirmə onların sağlam informasiya mühitində inkişafını və rəqəmsal təhlükəsizlik mədəniyyətinin formalaşmasını təmin edir. 

Bu baxımdan Prezident İlham Əliyevin imzaladığı "Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında"  sərəncam rəqəmsal məkanda uşaqların təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş mühüm sənəddir.  Sərəncamın məqsədi uşaqların internet mühitində zərərli informasiyadan, mənfi təsirlərdən və potensial təhlükələrdən qorunmasını gücləndirmək, aidiyyəti dövlət qurumlarının bu sahədə fəaliyyətini əlaqələndirməkdir. Sənəddə maarifləndirmə tədbirlərinin genişləndirilməsi, təhlükəsiz rəqəmsal davranış qaydalarının təbliği və müvafiq hüquqi və təşkilati mexanizmlərin təkmilləşdirilməsi nəzərdə tutulur.

Kibermaarifləndirmə hər yaşda insanın qoruyucu qalxanı rolunu oynayır. Ona görə də  rəqəmsal savadlılıq və kibermaarifləndirmənin yalnız söz olaraq deyil, əməli fəaliyyət göstərməsi olduqca vacibdir. Xüsusən regionlarda bu istiqamətdə keçirilən maarifləndirici tədbirlər gələcək nəslin təhlükəsiz rəqəmsal mühitdə formalaşmasına təkan verir. Bir neçə gün əvvəl Biləsuvar Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Milli Süni İntellekt Mərkəzinin təşkilatçılığı ilə "Rəqəmsal savadlılıq və kibermaarifləndirmə" təlimləri keçirilməsi gənclərin, müəllimlərin və ümumilikdə ictimaiyyət nümayəndələrinin rəqəmsal bacarıqlarının inkişafına, kibertəhlükələrə qarşı daha hazırlıqlı və məlumatlı cəmiyyətin formalaşmasına xidmət edir. Ümumiyyətlə, bu cür təlimlərin əsas məqsədi dövlət qulluqçularının rəqəmsal bacarıqlarını daha çox inkişaf etdirmək, onların kibertəhlükəsizlik sahəsində biliklərini möhkəmləndirmək və müasir texnologiyalardan səmərəli istifadə vərdişlərini formalaşdırmaqdır. 

Biləsuvarda keçirilmiş tədbirə gəldikdə isə, təlimdə müxtəlif dövlət qurumlarını təmsil edən 40-dan çox əməkdaş iştirak edib ki, bu da mövzuya marağın və ehtiyacın yüksək olduğunu göstərir. Təlim zamanı rəqəmsal savadlılığın əsas komponentləri, müasir iş mühitində tətbiq olunan rəqəmsal alətlər və onların təhlükəsiz istifadəsi qaydaları barədə ətraflı məlumat verilib, iştirakçılara praktik tövsiyələr təqdim olunub. Xüsusilə kibertəhlükəsizlik və məlumatların mühafizəsi mövzusu  diqqət mərkəzində saxlanılıb. Sənədlərlə işləyərkən əməl edilməli təhlükəsizlik qaydaları, informasiya ehtiyatlarının və sistemlərinin kiberrisklərdən qorunması üçün tətbiq olunan əsas prinsiplər və alətlər real nümunələr əsasında izah edilib.

Təlim çərçivəsində süni intellekt vasitələrinin imkanları da iştirakçılara əyani nümayiş etdirilib. Bu texnologiyaların sənəd dövriyyəsində, məlumatların təhlilində və vaxtın səmərəli idarə edilməsində necə tətbiq oluna biləcəyi praktiki təqdimatlarla göstərilib. Müzakirələr zamanı süni intellektin dövlət qulluqçularının "rəqəmsal köməkçisi"nə çevrilməsi, qərarvermə prosesində analitik imkanların genişləndirilməsi və ümumi iş məhsuldarlığının artırılması perspektivləri vurğulanıb. Təlim yalnız nəzəri biliklərin ötürülməsi ilə kifayətlənməyib, eyni zamanda dövlət qulluqçularının gündəlik fəaliyyətində tətbiq oluna biləcək real və faydalı bacarıqların formalaşdırılmasına  da xidmət edib.

Beləliklə, rəqəmsal dünyanın bir parçası olduğumuz indiki zamanda  hər birimiz öz onlayn davranışımıza daha məsuliyyətlə yanaşmalıyıq. Çünki seçdiyimiz parolların təhlükəsizliyindən tutmuş, daxil olduğumuz  linklərə qədər atdığımız hər addım şəxsi təhlükəsizliyimizə birbaşa təsir göstərir. Uşaqlarımızı və yaxınlarımızı internet mühitində mövcud risklər barədə məlumatlandırmaq isə artıq seçim deyil, vətəndaşlıq borcudur. Unutmaq olmaz ki, rəqəmsal savadlılıq və kibermaarifləndirmə dəyişən dünyada təhlükəsiz qalmağın, doğru qərar verməyin və məsuliyyətli davranmağın vacib şərtidir.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Türkiyə bölgədə davamlı sülhün tərəfdarıdır

09:34
03 Mart

Yaxın Şərqdə gərginlik fonunda Avropada qaz qiymətləri 50 faizdən çox artıb

09:33
03 Mart

Serbiyanın İrandakı səfiri və səfirlik əməkdaşları Azərbaycan vasitəsilə təxliyə olunublar

09:31
03 Mart

COVID və qripə qarşı birgə peyvənd təsdiq olunub

09:20
03 Mart

QƏZƏLLƏR

09:17
03 Mart

ABŞ vətəndaşlarını 10-dan çox ölkəni dərhal tərk etməyə çağırıb

09:15
03 Mart

Poeziyanın intibah günəşi

09:15
03 Mart

Bakı - tarixlə gələcəyin görüşdüyü məkan

09:10
03 Mart

Od çərşənbəsi işıq, yenilənmə, güc, birlik və yüksəliş rəmzidir

09:05
03 Mart

"Azərbaycan-İtaliya biznes və investisiya əlaqələri" mövzusunda tədbir keçirilib

09:00
03 Mart

İlin ilk ayında sənayenin qeyri-neft-qaz sektorunda 8,7 faiz artım qeydə alınıb

08:55
03 Mart

BP və SOCAR Xəzər hövzəsində seysmik və quyu tədqiqatları sahəsində əməkdaşlıq edəcəklər

08:50
03 Mart

Azərbaycan-Efiopiya: başlanan əməkdaşlıq geniş tərəfdaşlığa yol açır

08:45
03 Mart

Qars-İğdır-Naxçıvan dəmir yolu Zəngəzur dəhlizinin funksionallığını gücləndirəcək

08:40
03 Mart

Bolqarıstan-Azərbaycan tərəfdaşlığı strateji zirvəyə yüksəlib

08:35
03 Mart

Uşaqların rəqəmsal mühitdə qorunması ilə bağlı hüquqi aktlar qəbul olunacaq

08:30
03 Mart

Rəqəmsal dünyanın kibertəhlükə bəlası

08:25
03 Mart

Ərazi iddiaları olan yerdə sülh mümkün deyil

08:20
03 Mart

Tarix yazılıb, nöqtə qoyulub, geri dönüş yoxdur

08:15
03 Mart

Azərbaycanın sabitlik və sülh modeli

08:10
03 Mart

Azəbaycanın BMT zirvəsi

08:05
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!