03 Mart 2026 08:35
149
SİYASƏT
A- A+
Bolqarıstan-Azərbaycan tərəfdaşlığı strateji zirvəyə yüksəlib

Bolqarıstan-Azərbaycan tərəfdaşlığı strateji zirvəyə yüksəlib


Şərqi Avropa ölkələri Azərbaycanın xarici siyasətində əhəmiyyətli rol oynayır. Özünəməxsus tarixə, iqtisadiyyata və mədəniyyətə malik olan Bolqarıstan da Azərbaycanın tərəfdaşları sırasına daxildir. Ölkəmizin Bolqarıstanla strateji əməkdaşlıq münasibətləri artıq yeni səviyyəyə yüksəlmişdir. Bu əməkdaşlıq ilk növbədə qardaş ölkənin enerji təhlükəsizliyinin təmin olunmasına yönəlmişdir və Azərbaycanın Avropa siyasətinin tərkib hissəsidir.   

Bolqarıstanın əsas ticarət tərəfdaşları xarici ticarət dövriyyəsinin böyük hissəsini təşkil edən Avropa Birliyi ölkələridir (Almaniya, Rumıniya, İtaliya və Yunanıstan). Əsas ticarət tərəfdaşlarına həmçinin Türkiyə, Çin, Serbiya, ABŞ və Rusiya daxildir. Onun ixrac məhsullarına maşınqayırma məhsulları, emal olunmuş neft və mis daxildir.

Beynəlxalq Valyuta Fondunun məlumatına görə, Bolqarıstanın nominal (cari) ümumi daxili məhsulu 2025-ci ilə 127,92 milyard dollar təşkil edib. Bolqarıstan yüksəkgəlirli bir ölkədir və adambaşına düşən iqtisadiyyata görə 145 ölkə arasında 48-ci yerdə qərar tutub. 

Bolqarıstan Respublikası ölkəmizin dövlət müstəqilliyinin bərpasını 14 yanvar 1992-ci ildə tanıdı. İki ölkə arasında diplomatik münasibətlər isə 5 iyun 1992-ci ildə quruldu. Siyasi münasibətlərin inkişafında yüksəksəviyyəli səfərlərin və dialoqun əhəmiyyəti olduqca böyükdür. Əməkdaşlığın genişlənməsi üçün hüquqi zəmin də yaradılıb. Azərbaycan və Bolqarıstan arasında enerji, nəqliyyat, iqtisadiyyat, təhsil və mədəniyyət sahələrində 60-dan çox sənəd imzalanıb. Əsas sənədlər strateji tərəfdaşlıq, enerji təhlükəsizliyi, investisiya təşviqi, gəlirlərin ikiqat vergiyə cəlb olunmasının qarşısının alınması və mütəşəkkil cinayətkarlıqla mübarizəni əhatə edir.

Prezident İlham Əliyev 13 mart 2025-ci ildə Bolqarıstanın xarici işlər naziri Georg Georgiyevi,  iyunun 18-də isə Bolqarıstan Respublikası Milli Assambleyasının Sədri Natalya Kiselyovanı qəbul etdi və onlarla faydalı müzakirələr apardı. 2025-ci il sentyabrın 24-də Nyu Yorkda Prezident İlham Əliyevin Bolqarıstan Respublikasının Baş naziri Rosen Jelyazkov ilə görüşü oldu. Baş nazir Rosen Jelyazkov Azərbaycanla Bolqarıstan arasında siyasi əlaqələrin mükəmməl səviyyədə olduğunu bildirdi. Prezident İlham Əliyev də öz növbəsində münasibətlərimizin ənənəvi dostluq və tərəfdaşlıq xarakteri daşıdığını qeyd etdi. 

Hazırda Bolqarıstan və Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı  (QDİƏT) çərçivəsində də iqtisadi əlaqələri inkişaf etdirirlər. Belə ki, 2025-ci il iyunun 18-də bu təşkiatın Parlament Assambleyasının Bakıda 65-ci plenar sessiyası keçirildi. Bolqarıstan Respublikasının Milli Assambleyasının spikeri Natalya Kiselyova bu nüfuzlu beynəlxalq tədbirdə iştirak etmək üçün Bakıda səfərdə oldu. O vurğulamışdı ki, Azərbaycanın QDİƏT PA çərçivəsindəki rolu mübaliğəsiz olaraq həlledicidir.

"Cənub qaz dəhlizi" Azərbaycan və Bolqarıstan arasında enerji əməkdaşlığının genişləndirilməsində mühüm rol oynayır.

Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 7-ci iclası 2025-ci il oktyabrın 30-da Sofiya şəhərində olmuşdur. Həmçinin iclas çərçivəsində elə həmin gün Sofiyada Bolqarıstan-Azərbaycan biznes-forumu da keçirilmişdir. Tədbirdə hər iki ölkənin dövlət qurumlarının rəsmiləri, eləcə də kənd təsərrüfatı, iqtisadiyyat, enerji, informasiya və kommunikasiya texnologiyaları, qida, yüngül sənaye, elmi-texniki və humanitar, sosial, səhiyyə, ətraf mühit, turizm və digər sahələri təmsil edən 80 Bolqarıstan və 25 Azərbaycan şirkətinin nümayəndələri iştirak etmişdilər.

Ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiya çərçivəsində əlaqələr genişləndirilir. 2025-ci ilin yanvar-oktyabr aylarında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 666,51 milyon dollar, o cümlədən ixrac 646,287 milyon dollar, idxal isə 19,578 milyon dollar təşkil etmişdir.

Azərbaycandan Bolqarıstana ixracın tərkibi: təbii qaz, karbamid gübrəsi, propil və izopropil spirti, alüminium ərintiləri və sairə təşkil edir. Bolqarıstandan Azərbaycana ixrac edilən məhsulları isə yüngül distilyatlar, dərman vasitələri, kağız və karton məmulatları, mexanizm, elektrotexniki avadanlıqlar və hissələri, müxtəlif ərzaq məhsulları (qida əlavələri), unlu qənnadı məmulatları, paltar və geyim ləvazimatları və sairə təşkil edir.

Enerji, o cümlədən "yaşıl enerji" sektorundakı əməkdaşlıq təkcə Bolqarıstan üçün deyil, bütün Avropa regionu üçün enerji təhlükəsizliyini gücləndirən mühüm amildir. Son illər enerji sahəsində aktiv qarşılıqlı fəaliyyət həyata keçirilir. Azərbaycan Bolqarıstanın enerji təhlükəsizliyində mühüm tərəfdaşdır. Xüsusilə Yunanıstan-Bolqarıstan İnterkonnektoru vasitəsilə təbii qaz təchizatı həyata keçirilir. Bolqarıstan hökuməti təbii qaz təchizatını şaxələndirmək və regionda enerji təhlükəsizliyini artırmaq istiqamətində Azərbaycanla səmərəli əməkdaşlıq edir. Bolqarıstanın Azərbaycanla tərəfdaşlığı enerji müstəqilliyi və təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bolqarıstan Azərbaycanın qlobal enerji layihələrində fəal iştirakçılardan biridir. 

Tərəflər enerji ilə yanaşı, kənd təsərrüfatı, qida emalı, turizm və beynəlxalq yük daşımaları da daxil olmaqla iqtisadi əlaqələri inkişaf etdirmək üçün əhəmiyyətli potensiala malikdirlər. 

22 mart 2025-ci ildə Bolqarıstanın turizm naziri Azərbaycanın bu ölkədəki səfiri ilə turizm sahəsində ikitərəfli münasibətlərin inkişafının imkanlarını müzakirə etdilər. Aprelin 11-də isə Bolqarıstanın mədəniyyət naziri Azərbaycanın Sofiyadakı səfiri ilə görüşündə mədəni əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə etdi. İspaniyanın Barselona şəhərində səfərdə olan Azərbaycanın mədəniyyət naziri Adil Kərimli UNESCO-nun Mədəniyyət Siyasətləri və Dayanıqlı İnkişaf üzrə Dünya Konfransı çərçivəsində sentyabrın 29-da Bolqarıstanın mədəniyyət naziri Marian Başev ilə görüşüb müzakirələr apardı.

Hazırda iki ölkənin təhsil nazirlikləri arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan Sofiya şəhərində imzalanmış Anlaşma Memorandumu fəaliyyət göstərir. 

Qarşılıqlı mədəni əlaqələrin inkişafında incəsənət sərgilərinin rolu böyükdür. Belə sərgilər Azərbaycan və Bolqarıstan arasında qarşılıqlı hörmət və dostluğun əlamətidir və bir-birinin adət-ənənələrini, mədəniyyətlərini daha yaxından tanımağa kömək edir.  Sərgidə ölkəmizin mədəni turizm sərvətlərini, qədim tarixini, adət-ənənələrini, zəngin mədəniyyətini, füsunkar təbiətini əks etdirən milli stend nümayiş etdirilərək müvafiq fotoşəkillər, suvenirlər və xalılar, eyni zamanda milli mətbəx nümunələri təqdim edildi.

Keçən il oktyabrın 18-də isə Sofiya Universitetinin mərkəzi foyesində "Azərbaycan suveren dövlətçilik yolunda" adlı sərgisinin açılış mərasimi keçirildi. Sərgidə Azərbaycanın müasir dövlətçilik tarixi, Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin Azərbaycan dövlətçiliyinin bərqərar olmasında müstəsna xidmətləri, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, Azərbaycanın xarici siyasəti və hüquq sistemi, həmçinin Azərbaycan-Bolqarıstan münasibətləri barədə kitab və fotoşəkillər təqdim edildi. 

Bu il fevralın 11-də Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və Bolqarıstan Respublikasının xarici işlər naziri Georg Georgiyev tərəfindən "Bir tərəfdən Bolqarıstan Respublikası Hökuməti və Veliko Tırnovo Bələdiyyəsi ilə digər tərəfdən Azərbaycan Respublikası Hökuməti arasında Bolqarıstan Respublikasının Veliko Tırnovo şəhərində "Şuşa Parkı"nın salınması və yenidən qurulması üzrə əməkdaşlıq haqqında Saziş" imzalandı. Azərbaycan-Bolqarıstan strateji tərəfdaşlığının təzahürü olan Şuşa Parkının Veliko Tırnovo şəhərində salınması layihəsi qardaşlaşmış şəhərlər olan Şuşa ilə Veliko Tırnovo arasında mədəniyyət və turizm əlaqələrinin daha da dərinləşməsinə töhfə verəcəkdir.

Heydər Əliyev Fondunun dəstəyi ilə Bolqarıstanın Veliko Tırnovo şəhərində Trapezitsa Arxeoloji Muzey Qoruğunun bərpasını da bolqar əhalisi heç vaxt unutmayacaq. Keçən il mayın 14-də Sofiya şəhərində Azərbaycanın Bolqarıstandakı səfirliyi və Bolqarıstanın Ali Təhlükəsizlik və İqtisadiyyat Məktəbinin təşkilatçılığı ilə "Azərbaycanın işğaldan azad edilmiş ərazilərində humanitar təhdid və çağırışlar" mövzusunda "dəyirmi masa" keçirildi.

Göründüyü kimi, elə bir sahə yoxdur ki, orada qarşılıqlı əlaqələr inkişaf etməsin. Bu gün Bolqarıstan Azərbaycan üçün Avropaya açılan pəncərə rolunu oynadığı kimi, dost Azərbaycan da Bolqarıstan üçün Şərq dünyasına, Asiyaya açılan qapıdır. Yetər ki, Şərqi Avropada və Orta Şərqdə müharibələrə son qoyulsun, əmin-amanlıq bərqərar olsun, dinc, sakit həyat hökm sürsün! 


Atamoğlan MƏMMƏDLİ,

BDU-nun dosenti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

FHN Od çərşənbəsi ilə əlaqədar əhaliyə müraciət edib

09:56
03 Mart

Rəcəb Tayyib Ərdoğan: Türkiyə bölgədə davamlı sülhün tərəfdarıdır

09:34
03 Mart

Yaxın Şərqdə gərginlik fonunda Avropada qaz qiymətləri 50 faizdən çox artıb

09:33
03 Mart

Serbiyanın İrandakı səfiri və səfirlik əməkdaşları Azərbaycan vasitəsilə təxliyə olunublar

09:31
03 Mart

COVID və qripə qarşı birgə peyvənd təsdiq olunub

09:20
03 Mart

QƏZƏLLƏR

09:17
03 Mart

ABŞ vətəndaşlarını 10-dan çox ölkəni dərhal tərk etməyə çağırıb

09:15
03 Mart

Poeziyanın intibah günəşi

09:15
03 Mart

Bakı - tarixlə gələcəyin görüşdüyü məkan

09:10
03 Mart

Od çərşənbəsi işıq, yenilənmə, güc, birlik və yüksəliş rəmzidir

09:05
03 Mart

"Azərbaycan-İtaliya biznes və investisiya əlaqələri" mövzusunda tədbir keçirilib

09:00
03 Mart

İlin ilk ayında sənayenin qeyri-neft-qaz sektorunda 8,7 faiz artım qeydə alınıb

08:55
03 Mart

BP və SOCAR Xəzər hövzəsində seysmik və quyu tədqiqatları sahəsində əməkdaşlıq edəcəklər

08:50
03 Mart

Azərbaycan-Efiopiya: başlanan əməkdaşlıq geniş tərəfdaşlığa yol açır

08:45
03 Mart

Qars-İğdır-Naxçıvan dəmir yolu Zəngəzur dəhlizinin funksionallığını gücləndirəcək

08:40
03 Mart

Bolqarıstan-Azərbaycan tərəfdaşlığı strateji zirvəyə yüksəlib

08:35
03 Mart

Uşaqların rəqəmsal mühitdə qorunması ilə bağlı hüquqi aktlar qəbul olunacaq

08:30
03 Mart

Rəqəmsal dünyanın kibertəhlükə bəlası

08:25
03 Mart

Ərazi iddiaları olan yerdə sülh mümkün deyil

08:20
03 Mart

Tarix yazılıb, nöqtə qoyulub, geri dönüş yoxdur

08:15
03 Mart

Azərbaycanın sabitlik və sülh modeli

08:10
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!