03 Mart 2026 08:20
658
SİYASƏT
A- A+
Ərazi iddiaları olan yerdə sülh mümkün deyil

Ərazi iddiaları olan yerdə sülh mümkün deyil


Bu gün Cənubi Qafqaz regionu seçki prosesindən daha genişmiqyaslı tarixi transformasiyanı gözləyir. Rəsmi Bakı üçün bu il Ermənistanda keçiriləcək parlament seçkiləri və konstitusiya referendumu, sadəcə, qonşu dövlətin daxili işi deyil. Bu, İrəvanın, nəhayət, "milli mif"lərin təsirindən çıxmağa hazır olub-olmadığını göstərəcək bir işdir. Reallıq ondan ibarətdir ki, sülh müqaviləsi yalnız kağız üzərində imzalanmaqla kifayətlənə bilməz. Bu saziş Ermənistan cəmiyyətinin hüquqi sistemində və ictimai şüurunda möhkəmlənməlidir. 

Milli Məclisin deputatı Sevinc Fətəliyeva qəzetimizə açıqlamasında bildirib ki, əsas çağırış Ermənistanın ana qanununda dəyişiklik ilə bağlıdır: "Azərbaycanla bağlı ərazi iddialarını ehtiva edən bu sənəd qüvvədə qaldığı halda dayanıqlı sülh qurmaq mümkün deyil. Ermənistan konstitusiyasının preambulasında "birləşmə" aktlarına birbaşa və ya dolayı istinad qaldığı müddətdə istənilən sülh təşəbbüsü yalnız müvəqqəti atəşkəs təsiri bağışlaya bilər. Ona görə də referendum vətəndaş məsuliyyətinin ifadəsinə çevrilməlidir. Yəni yeni konstitusiyaya "bəli" demək beynəlxalq səviyyədə tanınmış sərhədlərin qəti qəbulunu və keçmişin "ximera"larından, yəni qeyri-mümkün ideyalardan  imtinanı ifadə etməlidir. Rəsmi Bakı sənədlərdə sözlərin dəyişməsini deyil, onilliklər boyu regionun inkişafına mane olmuş revanşist ideologiyanın real şəkildə aradan qaldırılmasını gözləyir".

Deputat qeyd edib ki, lakin bu sağlamlaşma yolu regiondan kənar bəzi aktorların destruktiv müdaxiləsi ilə çətinləşir. "Demokratiya" ritorikası altında Ermənistanın daxili proseslərini geosiyasi alətə çevirmək cəhdləri narahatlıq doğurur. Ayrı-ayrı paytaxtların - istər Paris, istərsə də digər Qərb mərkəzlərinin Ermənistana "forpost" və ya "mühasirədə qala" rolu biçməsi regionun sabitliyini yaxınlaşdırmır, əksinə, uzaqlaşdırır.

S.Fətəliyevanın fikrincə, bu cür yanaşma Ermənistanın siyasi dairələrində təhlükəsizlik və cəzasızlıqla bağlı yanlış illüziya yaradır və Bakı ilə birbaşa, dürüst danışıqlardan yayınmağa zəmin formalaşdırır: "Xüsusi risk radikal diaspor dairələrinin təsiri ilə bağlıdır. Belə ki, Cənubi Qafqazdan minlərlə kilometr uzaqda rahat şəraitdə yaşayan bəzi qruplar müharibə və qarşıdurma gündəliyini diktə etməyə çalışırlar. Onların seçki prosesi və referendumla bağlı müdaxiləsi region xalqlarının maraqlarını lobbi ambisiyalarına qurban vermək cəhdidir. Amma nəzərə alınmalıdır ki, Cənubi Qafqaz burada yaşayan xalqlara məxsusdur və qərarlar "regional problemlər-regional həllər" prinsipi əsasında qəbul olunmalıdır. Xarici "himayədar"lar öz geosiyasi maraqlarının dəyişdiyini görən kimi geri çəkiləcəklər, lakin azərbaycanlılar və ermənilər bu regionda yanaşı yaşamağa davam edəcəklər".

Nəticə etibarilə 2026-cı ilin dönüş nöqtəsi olacağını deyən deputat vurğulayıb ki, Ermənistan cəmiyyəti praqmatizm yolunu seçərsə, zərərli xarici ssenarilərin təsirindən imtina edərsə, region iqtisadi inteqrasiya və rifah modeli kimi formalaşa bilər. Ümid edirik ki, sağlam düşüncə kənar maraqlar üzərində üstünlük qazanacaq. Azərbaycan güclüdür və istənilən ssenariyə hazırdır. Lakin strateji seçim gələcəyə baxan, üçüncü ölkələrin imperiya ambisiyalarının təhrif olunmuş güzgüsünə deyil, sabit və konstruktiv qonşuluğa yönəlmiş Ermənistan görməkdir.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

12:48
04 Aprel

Hulusi Kılıç: Prezident İlham Əliyevin TDT-nin inkişafına dair sözləri Türk dünyasında böyük əks-səda doğurub  

12:08
04 Aprel

Türkiyənin Van vilayətində 5,1 maqnitudalı zəlzələ

12:01
04 Aprel

Müharibə vəziyyətində olan Ukraynada minatəmizləmə təcrübəsi  

11:42
04 Aprel

Səfir: Humanitar yardım karvanı əslində Azərbaycanın həmrəyliyini və mənəvi dəstəyini İrana çatdırır 

11:38
04 Aprel

Seneqal Respublikasının Prezidenti Zati-aliləri cənab Bassiru Diomaye Fayeyə

11:18
04 Aprel

DYP dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

11:06
04 Aprel

Xəzərdə zəlzələ olub

11:01
04 Aprel

FHN-dən gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət

10:49
04 Aprel

İndoneziya sahillərində güclü zəlzələ qeydə alınıb

10:42
04 Aprel

Tehranın şimalındakı dağlıq ərazidə partlayışlar baş verib  

10:36
04 Aprel

Pentaqon: İranda əməliyyat başlayandan bəri 365 ABŞ hərbçisi yaralanıb  

10:23
04 Aprel

Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınıb  

10:13
04 Aprel

Prezident İlham Əliyev: Həm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik  

10:01
04 Aprel

Madaqaskarda dövlət çevrilişi və Prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

09:40
04 Aprel

Bilmək istəyirəm

09:35
04 Aprel

Mina terrorçuluğu bütün bəşəriyyət üçün ağrılı problemdir

09:30
04 Aprel

Zivər bəy Əhmədbəyov - qaranlıq dövrün işıqlı memarı

09:25
04 Aprel

ABŞ Bəhreyn bazasından 1500 əsgəri təxliyə edir

09:21
04 Aprel

Bakı - Şərqlə Qərbin ortaq şəhəri

09:20
04 Aprel

Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması davam edir

09:15
04 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!