27 Dekabr 2025 02:42
110
Nazirlər Kabineti
A- A+
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin yaradılması haqqında” 2025-ci il 30 iyun tarixli 425 nömrəli və “Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” 2025-ci il 29 avqust tarixli 491 nömrəli fərmanlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin yaradılması haqqında” 2025-ci il 30 iyun tarixli 425 nömrəli və “Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” 2025-ci il 29 avqust tarixli 491 nömrəli fərmanlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə


№ 412


Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI


Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin yaradılması haqqında” 2025-ci il 30 iyun tarixli 425 nömrəli və “Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” 2025-ci il 29 avqust tarixli 491 nömrəli fərmanlarının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətinin, Azərbaycan Respublikası müdafiə, daxili işlər, ədliyyə, fövqəladə hallar nazirliklərinin, gömrük orqanlarının, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularını, sıravi və rəis heyətinə mənsub şəxslərini ərzaq payı və pul vəsaiti ilə təmin etmək haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 19 may tarixli 271 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) adında və 6-cı hissəsində “Prezidentinin Təhlükəsizlik” sözləri “Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 2, maddə 242, № 5 (II kitab), maddə 612, № 9, maddə 1101, № 11, maddə 1274) ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6-cı yarımbəndində, 4.1-ci bəndinin üçüncü və dördüncü abzaslarında “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik” sözləri “Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin.

3. “Azərbaycan Respublikası hərbi qulluqçularının və hərbi vəzifəlilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 17 fevral tarixli 67 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) 2-ci hissəsində “Respublikası Prezidentinin Təhlükəsizlik” sözləri “Respublikasının Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin.

4. “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyət haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 12 aprel tarixli 66 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 273 (Cild I) ikinci hissəsində “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik” sözləri “Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 9, maddə 682 (Cild I); 2025, № 5, maddə 507) ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 34-cü və 35-ci hissələrinin ikinci abzaslarında “Prezidentinin Təhlükəsizlik” sözləri “Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 53 (Cild I); 2024, № 7, maddə 930; 2025, № 5, maddə 507, № 9, maddə 870) ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci, 1.7-ci və 1.12-ci bəndlərinin dördüncü abzaslarında “Prezidentinin Təhlükəsizlik” sözləri “Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 25 dekabr tarixli 199 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 809 (Cild I); 2025, № 8, maddə 802) ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadəyə görə birinci dərəcəli istehlakçıların (elektrik enerjisi təchizatının dayandırılmasına icazə verilməyən təşkilatların) Siyahısı”nın “Büdcədən maliyyələşdirilən istehlakçılar” bölməsinin yeddinci abzasında “Prezidentinin Təhlükəsizlik” sözləri “Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 128 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 539 (Cild I); 2024, № 9, maddə 1101; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 19 noyabr tarixli 341 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Hərbi qulluqçuların və onların ailə üzvlərinin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla (yollayışlarla) təmin olunması Qaydası”nın 2-ci hissəsində “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik” sözləri “Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin.

9. “Yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana qədərki əmək stajının pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilməsi üçün onların xidmət illərinə hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 1 iyul tarixli 124 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 658 (Cild I); 2024, № 4, maddə 446; 2025, № 5, maddə 507) 2-ci hissəsində “Respublikası Prezidentinin Təhlükəsizlik” sözləri “Respublikasının Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin.

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 dekabr tarixli 230 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1230 (Cild I); 2024, № 1, maddə 116, № 2, maddə 208, № 5 (II kitab), maddə 612; 2025, № 4 (II kitab), maddə 406, № 5, maddə 520; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 22 oktyabr tarixli 316 nömrəli və 10 dekabr tarixli 385 nömrəli qərarları) ilə təsdiq edilmiş “İxrac nəzarətinə düşən malların nomenklaturuna uyğun, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin qanunvericiliklə müəyyən edilmiş siyahısındakı malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) kateqoriyaları və bölmələri üzrə xüsusi icazə verən, ixrac nəzarətini, xüsusi icazə verilməsindən əvvəl və sonra yoxlamaları, ikili təyinatlı malların sifariş edilmiş məqsədlər üçün istifadə olunmasına nəzarəti həyata keçirən icra hakimiyyəti orqanlarının Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

10.1. 4-cü kateqoriyanın “4A; 4D; 4E” bölməsinin 3-cü və 4-cü sütunlarında “Respublikası Prezidentinin Təhlükəsizlik” sözləri “Respublikasının Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin;

10.2. “10 Hərbi təyinatlı mallar” kateqoriyası üzrə:

10.2.1. “ML1; ML2; PL5018; PL5020; PL5021; ML3; ML4; PL5030”, “PL5002; PL5006; ML5; ML6” və “ML7” bölmələrinin 4-cü sütununda “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik” sözləri “Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin;

10.2.2. “ML10” bölməsinin 4-cü sütununda (hər iki halda) “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik” sözləri “Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin.

11. “Hərbi qulluqçulara (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına) müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13 iyul tarixli 171 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 7, maddə 638 (Cild I) 2-ci hissəsində “Respublikası Prezidentinin Təhlükəsizlik” sözləri “Respublikasının Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 1 fevral tarixli 22 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 182 (Cild I); 2024, № 2, maddələr 209, 211, 233; 2025, № 2, maddə 187) ilə təsdiq edilmiş “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları”nın 1.6-cı və 2.30-cu bəndlərində “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik” sözləri “Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 13 iyun tarixli 96 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 6, maddə 701 (Cild I) ilə təsdiq edilmiş “Milli nişanların və qeydiyyat nişanlarının hava gəmisində təsviri Qaydası”nın 1.2-ci bəndinin ikinci abzasında “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik” sözləri “Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 20 avqust tarixli 129 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 855 (Cild I) ilə təsdiq edilmiş “Tərkibində dövlət sirri təşkil edən məlumatlar olan elektron sənədlərin tərtibi, emalı və mübadiləsi üçün istifadə olunan informasiya sistemlərinin ekspertizasının keçirilməsi Qaydası”nın 2.1-ci bəndinin ikinci abzasında “Respublikası Prezidentinin Təhlükəsizlik” sözləri “Respublikasının Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 860 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 30 oktyabr tarixli 322 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci və 7-ci hissələrində “Respublikası Prezidentinin Təhlükəsizlik” sözləri “Respublikasının Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 861 (Cild I); 2024, № 2, maddə 229, № 4, maddə 467, № 9, maddələr 1090, 1100; 2025, № 8, maddə 802, № 9, maddə 879; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 7 oktyabr tarixli 294 nömrəli və 2 dekabr tarixli 365 nömrəli qərarları) ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın II bölməsinin 44-cü hissəsində “Respublikası Prezidentinin Təhlükəsizlik” sözləri “Respublikasının Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 2, maddə 134 (Cild I); 2024, № 1, maddə 81, № 5 (II kitab), maddə 594, № 9, maddə 1067, № 11, maddə 1246; 2025, № 5, maddə 504; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 2 dekabr tarixli 367 nömrəli və 3 dekabr tarixli 371 nömrəli qərarları) ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 1.2-ci bəndində “Respublikası Prezidentinin Təhlükəsizlik” sözləri “Respublikasının Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 12, maddə 1115 (Cild I); 2024, № 2, maddə 229, № 4, maddələr 437, 449, 467, № 9, maddə 1100; 2025, № 9, maddə 879; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 7 oktyabr tarixli 294 nömrəli, 1 dekabr tarixli 356 nömrəli, 2 dekabr tarixli 365 nömrəli və 16 dekabr 394 nömrəli qərarları) ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nın “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Aparatı” sətrində “Prezidentinin Təhlükəsizlik” sözləri “Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 dekabr tarixli 198 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 12, maddə 1073 (Cild I); 2024, № 5 (II kitab), maddə 612, № 9, maddə 1106) ilə təsdiq edilmiş “Hərbi-tətbiqi və xidməti-tətbiqi idman növlərinin Siyahısı”nın “İdman növlərinin inkişafına rəhbərlik edən mərkəzi icra hakimiyyəti orqanı (aidiyyəti üzrə)” sütununda (hər iki halda) “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik” sözləri “Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 noyabr tarixli 220 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 11, maddə 1047 (Cild I) ilə təsdiq edilmiş “Eksperimental aviasiyadan və dövlət aviasiyasından kommersiya məqsədləri üçün istifadə Qaydası”nın 2.1.5-ci yarımbəndində “Respublikası Prezidentinin Təhlükəsizlik” sözləri “Respublikasının Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 27 aprel tarixli 62 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 4, maddə 375 (Cild I) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə növləri və vəzifələrin Siyahısı”nın 2.4-cü bəndində “Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyi” sözləri “dövlət mühafizəsi” sözləri ilə əvəz edilsin.

22. “Təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 28 sentyabr tarixli 217 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 943 (Cild I) 2-ci hissəsində “Prezidentinin Təhlükəsizlik” sözləri “Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 yanvar tarixli 2 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 1, maddə 82; 2025, № 2, maddə 187, № 5, maddə 504) ilə təsdiq edilmiş 7 nömrəli əlavə - “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstələrinin, Azərbaycan Ordusunun əməliyyat (komando) briqadalarının ərzaq payı Normaları”nın “Qeydlər” hissəsinin 1.1-ci bəndində “Prezidentinin Təhlükəsizlik” sözləri “Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 10, maddə 1223 (Cild I); 2024, № 2, maddə 217, № 3, maddə 314, № 4, maddə 468, № 9, maddə 1106; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 10 dekabr tarixli 385 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na 2 nömrəli Əlavə - “Azərbaycan Respublikasının müvafiq dövlət orqanları tərəfindən verilmiş icazə sənədləri təqdim edilməklə sadələşdirilmiş qaydada gömrük sərhədindən keçirilən və beynəlxalq poçt göndərişləri vasitəsilə alınan (göndərilən) mallar”ın 2-ci hissəsində “Prezidentinin Təhlükəsizlik” sözləri “Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 iyul tarixli 215 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 7, maddə 905 (Cild I); 2025, № 9, maddə 879) ilə təsdiq edilmiş “Dövlətin müdafiəsi və təhlükəsizliyi sahəsində fəaliyyətin həyata keçirilməsi məqsədi ilə ölçmələrin vəhdətinin təmin edilməsinin xüsusiyyətləri”nin 1.1-ci bəndində “Respublikası Prezidentinin Təhlükəsizlik” sözləri “Respublikasının Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin.

26. “1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 dekabr tarixli 399 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 12, maddə 1675 (Cild I) 3-cü hissəsində “Respublikası Prezidentinin Təhlükəsizlik” sözləri “Respublikasının Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 2, maddə 211 (Cild I) ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 3.1-ci bəndində “Respublikası Prezidentinin Təhlükəsizlik” sözləri “Respublikasının Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 20 oktyabr tarixli 333 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1246 (Cild I); 2024, № 2, maddə 233) ilə təsdiq edilmiş “Azərbaycan Ordusu və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr üçün vətəndaşların xüsusi hərbi ixtisaslar üzrə hazırlığının təşkil edilməsi və keçirilməsi Qaydası”nın 2.3-cü və 5.1-ci bəndlərindən “, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti” sözləri çıxarılsın.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 4 aprel tarixli 143 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 799 (Cild I); 2024, № 1, maddə 77, № 9, maddə 1090; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 27 noyabr tarixli 347 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin fiziki mühafizəsi və mühəndis təhlükəsizlik sistemləri ilə təchiz edilməsi üzrə Xüsusi Tikinti Normaları”nda aşağıdakı dəyişikliklər edilsin:

29.1. 1.1-ci bənddə “Prezidentinin Təhlükəsizlik” sözləri “Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin;

29.2. 3.1-ci bənddə “Respublikası Prezidentinin Təhlükəsizlik” sözləri “Respublikasının Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 14 iyun tarixli 229 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1206 (Cild I); 2024, № 5 (II kitab), maddə 592, № 11, maddə 1246) ilə təsdiq edilmiş 1 nömrəli əlavə – “Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi”nin “Komissiyanın üzvləri:” hissəsinin on ikinci abzasında “Prezidentinin Təhlükəsizlik” sözləri “Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin.

31. “Dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün maliyyə yardımının göstərilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 29 sentyabr tarixli 374 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 9, maddə 1599 (Cild I); 2024, № 5 (II kitab), maddə 612) 3-cü hissəsində “Prezidentinin Təhlükəsizlik” sözləri “Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155 (Cild I); 2024, № 1, maddə 84, № 2, maddələr 209, 229, № 3, maddələr 307, 359, № 6 (II kitab), maddə 739, № 7, maddələr 920, 930, № 9, maddələr 1067, 1099, 1106, № 10, maddə 1167, № 12 (II kitab), maddə 1428; 2025, № 2, maddə 187, № 6, maddə 594, № 7, maddələr 706, 714, 716, № 8, maddə 800, № 9, maddələr 857, 863, 870, 879; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 7 oktyabr tarixli 294 nömrəli, 7 noyabr tarixli 333 nömrəli, 1 dekabr tarixli 357 nömrəli və 10 dekabr tarixli 385 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati təsnifatı”nın 55-ci hissəsində “Respublikası Prezidentinin Təhlükəsizlik” sözləri “Respublikasının Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin.

33. “Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi işinin təşkili üzrə Komissiyanın yaradılması barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 30 yanvar tarixli 24 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 1, maddə 107 (Cild I) “Komissiyanın üzvləri:” bölməsinin on birinci abzasında “Prezidentinin Təhlükəsizlik” sözləri “Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin.

34. “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nın, “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələrinin Siyahısı”nın və “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarından istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 10, maddə 1189 (Cild I); 2024, № 1, maddə 112, № 3, maddə 319, № 4, maddə 443; 2025, № 2, maddə 201; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 1 dekabr tarixli 356 nömrəli və 3 dekabr tarixli 370 nömrəli qərarları) aşağıdakı dəyişikliklər edilsin:

34.1. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələrinin Siyahısı”nın 1-ci hissəsində “Prezidentinin Təhlükəsizlik” sözləri “Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin;

34.2. həmin Qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarından istifadə Qaydaları” üzrə:

34.2.1. 1.5-ci bənddə “Respublikası Prezidentinin Təhlükəsizlik” sözləri “Respublikasının Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin;

34.2.2. 3.4-cü və 3.7-ci bəndlərdə “Prezidentinin Təhlükəsizlik” sözləri “Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin.

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 5 avqust tarixli 280 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 8, maddə 969 (Cild I); 2024, № 2, maddə 242, № 3, maddə 297) ilə təsdiq edilmiş “Müharibə veteranlarının reyestrinin aparılması Qaydası”nın 6.2-ci bəndində “Respublikası Prezidentinin Təhlükəsizlik” sözləri “Respublikasının Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin.

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 5 avqust tarixli 281 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 8, maddə 970 (Cild I); 2024, № 2, maddə 242, № 3, maddə 297) ilə təsdiq edilmiş “Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması Qaydası”nın 6.2-ci bəndində “Respublikası Prezidentinin Təhlükəsizlik” sözləri “Respublikasının Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin.

37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 sentyabr tarixli 350 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1084 (Cild I); 2024, № 2, maddə 229, № 4, maddələr 448, 469, № 7, maddələr 895, 915, № 8, maddə 996, № 12 (I kitab), maddə 1326, (II kitab), maddə 1428; 2025, № 3, maddələr 273, 294, № 7, maddə 707, № 9, maddə 854) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı”nın 3-cü hissəsinin qırx üçüncü abzasında “Respublikası Prezidentinin Təhlükəsizlik” sözləri “Respublikasının Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin.

38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 10 may tarixli 153 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 5, maddə 720 (Cild I); 2024, № 4, maddə 449) ilə təsdiq edilmiş “Qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınmaqla kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının və işçilərinin, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin işçilərinin və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan digər işçilərin və şəxslərin fərdi uçotu Qaydası”nın 1.2.1-ci yarımbəndində “Respublikası Prezidentinin Təhlükəsizlik” sözləri “Respublikasının Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin.

39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 avqust tarixli 297 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 8 (II kitab), maddə 1280 (Cild I); 2024, № 1, maddə 95, № 3, maddə 305; 2025, № 2, maddə 204, № 9, maddə 887; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 1 dekabr tarixli 359 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydası”na 5 nömrəli əlavə - “Trassanın (yolun) razılaşdırılması ilə bağlı rəyinin alınması tələb olunan qurumların Siyahısı”nın 16-cı hissəsində “Respublikası Prezidentinin Təhlükəsizlik” sözləri “Respublikasının Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin.

40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 5 sentyabr tarixli 303 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 9, maddə 1324 (Cild I); 2024, № 3, maddə 305, № 4, maddə 450; 2025, № 2, maddə 204) ilə təsdiq edilmiş “İstilik enerjisindən istifadə qaydaları”na 5 nömrəli əlavə - “Trassanın (yolun) razılaşdırılması ilə bağlı rəyinin alınması tələb olunan orqanların (qurumların) Siyahısı”nın 5-ci hissəsində “Respublikası Prezidentinin Təhlükəsizlik” sözləri “Respublikasının Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin.

41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 2 may tarixli 242 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 5 (II kitab), maddə 580; 2025, № 8, maddə 802; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 1 dekabr tarixli 356 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına məhdudiyyətlər tətbiq edilməyən istehlakçıların Siyahısı”nın 17-ci hissəsində “Prezidentinin Təhlükəsizlik” sözləri “Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin.

42. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 14 iyun tarixli 303 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 6 (II kitab), maddə 723, № 11, maddə 1255; 2025, № 5, maddə 504) ilə təsdiq edilmiş “Müdafiə və ya dövlət təhlükəsizlik ehtiyaclarının meyarları və onlarla bağlı satınalmaların keçirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

42.1. 3.1.8-ci yarımbəndə “şəxslərin” sözündən sonra “və qorunan obyektlərin” sözləri əlavə edilsin;

42.2. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Müdafiə və ya dövlət təhlükəsizlik ehtiyacları üçün malların, işlərin və xidmətlərin satın alınmasını həyata keçirən dövlət orqanlarının (qurumlarının) Siyahısı”nın 9-cu hissəsində “Respublikası Prezidentinin Təhlükəsizlik” sözləri “Respublikasının Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin.

43. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 20 iyun tarixli 305 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 6 (II kitab), maddə 725) ilə təsdiq edilmiş “Tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması Qaydası”na 4 nömrəli əlavə - “Trassanın (yolun) razılaşdırılması ilə bağlı rəyinin alınması tələb olunan qurumların Siyahısı”nın 6-cı hissəsində “Respublikası Prezidentinin Təhlükəsizlik” sözləri “Respublikasının Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin.

44. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 25 iyun tarixli 315 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 6 (II kitab), maddə 734; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 22 oktyabr tarixli 316 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Elektrik şəbəkəsinə dair Qaydalar”a 12 nömrəli əlavə - “Trassanın (yolun) razılaşdırılması ilə bağlı rəyinin alınması tələb olunan orqanların (qurumların) Siyahısı”nın 7-ci hissəsində “Respublikası Prezidentinin Təhlükəsizlik” sözləri “Respublikasının Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin.

45. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 24 aprel tarixli 136 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 4 (II kitab), maddə 423) ilə təsdiq edilmiş “Daimi və ya müvəqqəti coğrafi zonaların təyin edilməsi ilə bağlı meyarlar”ın 4.4-cü bəndində “Respublikası Prezidentinin Təhlükəsizlik” sözləri “Respublikasının Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin.


Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri


Bakı şəhəri, “ 25 ” “ dekabr ” 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 fevral tarixli 324 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

02:49
27 Dekabr

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi və "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi və "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3547 nömrəli Sərəncamının ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 mart tarixli 2535 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında

02:48
27 Dekabr

"Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:47
27 Dekabr

"Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 307-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

02:46
27 Dekabr

“İnformasiya təhlükəsizliyi riskləri reyestrinin aparılma Qaydası”nın təsdiq edilməsi haqqında

02:44
27 Dekabr

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin yaradılması haqqında” 2025-ci il 30 iyun tarixli 425 nömrəli və “Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” 2025-ci il 29 avqust tarixli 491 nömrəli fərmanlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

02:42
27 Dekabr

BİLDİRİŞ

02:40
27 Dekabr

Leyla Əliyeva və Alena Əliyeva Uşaq İncəsənət Festivalının yekun mükafatlandırma mərasimində iştirak ediblər  

21:48
26 Dekabr

Xarici İşlər Nazirliyində cari ilin yekunlarına həsr olunan mətbuat konfransı keçirilib  

20:51
26 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsində məhkəmə baxışı başa çatıb  

20:44
26 Dekabr

Leyla Əliyeva “ANİMAFİLM Studio”nun qonağı olub  

20:42
26 Dekabr

Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

20:19
26 Dekabr

“Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş təşkil edilib  

19:53
26 Dekabr

Leyla Əliyevanın təşəbbüsü ilə Yevlax şəhərində uşaqlar üçün Yeni il tədbiri təşkil olunub  

19:41
26 Dekabr

Bakıda "Sülh Qalxanı - 2026" təliminin planlama konfransı keçirilib  

19:23
26 Dekabr

DTX, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və MİDA birgə məlumat yayıb  

19:09
26 Dekabr

Milli Məclisin plenar iclasında 9 məsələ müzakirə olunub YENİLƏNİB

18:46
26 Dekabr

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirilldən  

18:43
26 Dekabr

Azərbaycanın xarici işlər naziri: Son 30 il ərzində “qara siyahı”ya təxminən 2 mindən çox şəxs daxil edilib

18:43
26 Dekabr

Ağstafada Keşikçidağ qoruğu ilə bağlı tədbir keçirilib  

18:42
26 Dekabr

Fransada fəaliyyət göstərən “Avey dueti” musiqi qrupunun yaradıcıları Ağarəhim Quliyev və Eldəniz Ələkbərzadədən  

18:42
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!