№ 347
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 5 iyun tarixli 90 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 6, maddə 695 (Cild I) 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
“1. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin kollegiya üzvlərinin sayı 11 (on bir) nəfərdən ibarət müəyyənləşdirilsin və aşağıdakı tərkibdə təsdiq edilsin:
Kollegiyanın sədri
Azərbaycan Respublikasının müdafiə sənayesi naziri
Kollegiyanın üzvləri:
Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavinləri
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbəri
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Aparatının Hüquq şöbəsinin müdiri
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Aparatının Maliyyə və hesabatlılıq şöbəsinin müdiri
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Aparatının Beynəlxalq strateji əməkdaşlıq şöbəsinin müdiri
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Aparatının Sənayenin tənzimlənməsi şöbəsinin müdiri
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Aparatının İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində “Müdafiə Sənayesi Tədqiqat və İnnovasiya Mərkəzi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri.”.
Əli Əsədov,
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 21 ” “ oktyabr ” 2026-cı il