01 Yanvar 2026 14:21
153
İQTİSADİYYAT
A- A+
Azərbaycan Orta Dəhliz ticarət marşrutunun tutumunu genişləndirir 

Azərbaycan Orta Dəhliz ticarət marşrutunun tutumunu genişləndirir 


Orta Dəhliz - digər adı ilə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin və Cənub-Şərqi Asiyanı Avropa ilə Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə birləşdirən əsas quru–dəniz logistika xəttidir. Orta Dəhliz çox geniş coğrafiyanı birləşdirən strateji layihədir. Dəhliz Çindən Avropaya və geriyə yüklərin çatdırılması üçün ən səmərəli, təhlükəsiz və qısa marşrutdur.

Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə digər ölkələr də qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Avropaya qədər uzanır.

Rusiya-Ukrayna müharibəsinin başlaması nəticəsində yaranan qeyri-sabitlik Rusiya ərazisi ilə əlaqəli ənənəvi nəqliyyat marşrutlarını pozdu. Avropanın Rusiyaya qarşı sanksiyaları tranzit marşrutlarını daha da məhdudlaşdırdı. Şimal Dəhlizi boyunca yaranmış fasilələr və problemlər səbəbindən Avrasiya ölkələri və biznes subyektləri alternativ ticarət marşrutları axtarışına çıxarkən Azərbaycandan keçən Orta Dəhliz həyati əhəmiyyət daşıyan bir arteriyaya çevrildi. Son illərdə Orta Dəhliz Çin Xalq Respublikası ilə Avropa arasında əlverişli ticarət marşrutu kimi önəm qazanıb. Qeyd etmək lazımdır ki, Şimal Dəhlizinə əsas alternativ olan Orta Dəhlizlə Çindən Avropaya 12 gün ərzində 10 min kilometr deyil, 7 min kilometr məsafə qət etməklə daşınmalar mümkündür.

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaların həcmi əvvəlki illə müqayisədə 2024-cü ildə 62 faiz artaraq 4,5 milyon tona çatıb. Tranzit axını xüsusilə nəzərəçarpacaq artım nümayiş etdirib: ümumi tranzit həcmi 4 dəfə, Çindən tranzit isə 25 dəfədən çox artıb. Bundan əlavə, 2025-ci ilin ilk 10 ayında marşrut vasitəsilə Çindən 292 konteyner qatarı yola salınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artım deməkdir.

Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, həmçinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının proqnozlarına əsasən, 2030-cu ilə qədər Orta Dəhliz üzrə daşımaların həcmi 11 milyon tona, 2040-cı ilə qədər isə konteyner tutumu 865 min TEU-ya yüksələcək. Bu, Azərbaycan üçün yalnız müvəqqəti alternativ və ya ehtiyat planı deyil, həm də qlobal ticarət üçün uzunmüddətli, davamlı bir yoldur.

Son illərdə Azərbaycan Orta Dəhlizin potensialını fəal şəkildə inkişaf etdirərək, onun infrastrukturuna böyük investisiyalar yatırıb və onu müasir, səmərəli, dayanıqlı nəqliyyat əlaqəsinə çevirib. Avropa ilə Asiyanı birləşdirən tarixi İpək Yolu boyunca yerləşən Bakı Limanı Avrasiyanın nəqliyyat və logistika şəbəkəsində mühüm bir qovşaq rolunu oynayır. Bakı Limanı Orta Dəhlizdə mühüm rol oynayır. 400 hektar ərazini əhatə edən bu müasir obyekt Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun vacib bir seqmenti kimi çıxış edir və müxtəlif yük növləri üçün səmərəli daşıma xidmətləri, geniş saxlama imkanları təklif edir. 2018-ci ildə ilkin mərhələsinin başa çatması ilə limanın tutumu 15 milyon ton yük və 100 min TEU ekvivalenti konteyner qəbul etmək üçün artdı. Limanın ikinci fazasının inşası üçün də layihə işlənilir. Onun icrası ilə Limanın illik yükaşırma gücü 25 milyon ton və 500 min TEU konteynerə qədər artırıla bilər.

Hazırda Ələt Azad İqtisadi Zonasında yeni yük hava limanının inşası davam edir. Bu layihə ticarət logistikasını əhəmiyyətli dərəcədə artıracaq və Orta Dəhliz boyunca iqtisadi inkişafı təşviq edəcək. Azərbaycanın nəqliyyat infrastrukturunu gücləndirməklə ölkənin strateji tranzit mərkəzi kimi potensialını daha da genişləndirəcək, Avropa ilə Asiyanı səmərəli və müasir ticarət yolları vasitəsilə birləşdirən əsas oyunçu kimi rolunu möhkəmləndirəcək.

Ümumiyyətlə, artan tələbata cavab olaraq və fəaliyyəti daha da gücləndirmək üçün hazırda dəhlizlərin səmərəliliyini artırmağa yönəlmiş həm yumşaq, həm də sərt infrastruktur tədbirləri üzrə əhəmiyyətli layihələr həyata keçirilir. Milli səviyyədə tranzit dəhlizlərinin potensialını tam şəkildə reallaşdırmaq üçün marşrut boyunca biznes proseslərini öyrənmək, əsas zəif cəhətləri və imkanları müəyyən etmək məqsədilə geniş monitorinq aparılır. İnfrastrukturun davamlı modernləşdirilməsi, beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi və Azərbaycanın bağlantı imkanlarının davamlı olaraq yaxşılaşdırılması ölkənin uzunmüddətli iqtisadi strategiyasının əsas komponentləridir

Bu səylərlə bərabər, Azərbaycan nəqliyyat və logistika sahəsində davamlı, ekoloji cəhətdən təmiz təcrübələrə üstünlük verərək, Orta Dəhlizi yaşıl dəhlizə çevirmək təşəbbüslərində də fəal iştirak edir. Bu il avqustun 31-də Çinin Tiencin şəhərində Çin Xalq Respublikasının Sədri Si Cinpin Prezident İlham Əliyevlə görüşündə “Bir kəmər, bir yol” layihəsi çərçivəsində də Azərbaycan-Çin əməkdaşlığının möhkəmləndiyini deyərək, Azərbaycan ərazisindən Çin mallarının daşınmasının əhəmiyyətini qeyd edib, bu xüsusda Trans-Xəzər marşrutunun önəmi haqda danışıb.

Prezident İlham Əliyev də Layihənin əhəmiyyətinə toxunaraq, onun vacib tərkib hissəsi olan və Azərbaycan ərazisindən keçən Orta Dəhliz vasitəsilə daşımaların, xüsusilə Çin yüklərinin daşınmasının artmasını bu dəhlizin səmərəliliyinin və cəlbediciliyinin nümunəsi kimi qiymətləndirib.

Azərbaycan Respublikası və Çin Xalq Respublikasının Strateji Tərəfdaşlığın Qurulması haqqında imzalanmış Birgə Bəyannamə, Çin-Avropa Dəmir Yolu Ekspresi üçün Azərbaycan və Çin hökumətlərinin imzaladığı Anlaşma Memorandumu dəhlizin inkişafına əhəmiyyətli təsir göstərib. Göstərilən səylər nəticəsində ötən il Çindən Orta Dəhliz boyunca 350-dən çox blok qatarı göndərilib və onların orta tranzit müddəti Azərbaycan limanlarına 10 gün, Gürcüstan limanlarına isə 12 gün olub.

Azərbaycan Zəngəzur Dəhlizi Layihəsini həyata keçirməklə Orta Dəhlizi daha da şaxələndirməyi hədəfləyir. Bu layihə Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında tarixi əlaqəni bərpa edəcək. Bu, əhatə olunan məsafəni əhəmiyyətli dərəcədə azaldacaq, illik ötürmə qabiliyyətinin artmasına, tranzit müddətinin isə azalmasına səbəb olacaq. Daha da əhəmiyyətlisi isə bu, regional əlaqəni gücləndirəcək, Orta Dəhlizin vacib bir hissəsi kimi nəqliyyat və logistika sektorunun inkişafı üçün böyük imkanlar yaradacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq sığınacaqlarında Yeni il şənliyi təşkil olunub  

18:47
01 Yanvar

Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində Yeni il süfrəsi açılıb

17:58
01 Yanvar

Füzuli Şəhər Peşə Liseyində işlərin 60 faizi tamamlanıb

17:40
01 Yanvar

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

17:15
01 Yanvar

Xankəndiyə gələn turistlərin sayı artıb  

16:59
01 Yanvar

“Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində bayram şənliyi təşkil olunub

16:32
01 Yanvar

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 2026-cı ilin ilk günü ilə bağlı paylaşım edib  

15:52
01 Yanvar

Pensiya artımları bu aydan hesablanacaq 

15:27
01 Yanvar

Leyla Əliyevanın təşəbbüsü ilə bir sıra uşaq müəssisələrində Yeni il tədbiri keçirilib  

14:44
01 Yanvar

Bakı Yeni ilin səhərini təmiz və səliqəli qarşıladı - FOTOLAR  

14:42
01 Yanvar

Rusiya Yeni il gecəsi Ukraynanın enerji obyektlərinə kütləvi hava zərbələri endirib  

14:40
01 Yanvar

Sabah Bakıya sulu qar, rayonlara qar yağacaq

14:39
01 Yanvar

Şuşadakı D 4 yaşayış massivində 12 çoxmənzilli bina inşa olunur

14:38
01 Yanvar

FHN bayram günlərində avtomobillərin nizamsız parklanması ilə bağlı əhaliyə müraciət edib  

14:33
01 Yanvar

Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Zati-aliləri cənab Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhana  

14:33
01 Yanvar

Kuba Respublikasının Prezidenti Zati-aliləri cənab Migel Dias-Kanel Bermudesə  

14:31
01 Yanvar

Azərbaycan Orta Dəhliz ticarət marşrutunun tutumunu genişləndirir 

14:21
01 Yanvar

Azərbaycan nefti bahalaşıb

11:26
01 Yanvar

TƏBİB-in nəzdindəki tibb müəssisəsində ilin ilk körpəsi Şamaxıda doğulub  

11:25
01 Yanvar

Yeni il gecəsi Berlində 100-dən çox şəxs saxlanılıb  

11:22
01 Yanvar

Bolqarıstan avrozonaya daxil olub

11:21
01 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!