01 Yanvar 2026 16:59
555
CƏMİYYƏT
A- A+
Xankəndiyə gələn turistlərin sayı artıb  

Xankəndiyə gələn turistlərin sayı artıb  


Bayram günlərində Xankəndi şəhəri təkcə bayram ab-havası ilə deyil, həm də yerli, xarici qonaqların yaratdığı canlanma ilə xüsusi diqqət çəkir.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bu günlərdə Xankəndi şəhərinə gələn qonaqların sayında xeyli artım qeydə alınıb.

Qonaqlar Xankəndidə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərini, şəhərin sürətlə dirçəldiyini və yeni sima qazandığını yüksək qiymətləndirirlər.

Bərdə rayon sakini, Bərdədən Xankəndiyə qonaq gələn Fəzail Səfərov bayram təəssüratlarını bölüşərək bildirib ki, bu şəhərdə olmaq hər bir azərbaycanlı üçün böyük mənəvi dəyər daşıyır: “Xankəndiyə bayram günlərində gəlmək sözlə ifadə olunmayacaq qədər qürurvericidir. İllər boyu həsrətində olduğumuz torpaqlarda bu gün bayram sevinci yaşamaq, azad və abad bir şəhəri görmək insanı kövrəldir. Bu günləri bizə yaşadanlara minnətdarıq”.

Füzulidən Xankəndiyə gələn Rəsul Hümbətov isə burada hökm sürən bayram ovqatının xüsusi olduğunu vurğulayıb: “Xankəndidə bayram qeyd etmək tamam başqa hissdir. Burada hər addımda dövlətin gücünü, xalqımızın birliyini hiss edirsən. Şəhərin dirçəlməsi, insanların üzündəki sevinc gələcəyə olan inamımızı daha da artırır.

Xocalı rayonu sakini olan, Goranboydan Xankəndiyə gələn Allahverən Kərimov da bayram günlərində doğma torpaqlarda olmağın onun üçün böyük qürur mənbəyi olduğunu deyib: “Bu gün Xankəndidə bayramı qarşılamaq mənim üçün tarixi bir anıdır. Şəhidlərimizin qanı ilə azad edilən bu torpaqlarda sülh, əmin-amanlıq və bayram sevinci görmək hər birimizi kövrəldir. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Bayram günlərində Xankəndiyə axın edən qonaqların sayı şəhərdə yaranan yüksək əhval-ruhiyyəni daha da artırır.

Qeyd edək ki, Xankəndinin bayram günlərində yerli və xarici qonaqlar üçün cəlbedici məkana çevrilməsi ölkəmizin doğma torpaqlarında qurulan yeni həyatın və parlaq gələcəyin göstəricisidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə Suriyaya humanitar yardım göndərib  

23:54
25 Yanvar

Media: Qarşıdakı 10 il Türkiyənin ali təhsil sistemində tələb və təklif balansında köklü dəyişikliklər dövrü olacaq  

22:51
25 Yanvar

Zelenski: Müharibənin bitməsi təhlükəsizlik zəmanətləri ilə bağlıdır  

21:47
25 Yanvar

Azərbaycan Milli Məclisi ilə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında Anlaşma Memorandumu imzalanıb

21:08
25 Yanvar

Misli Premyer Liqası: "Sabah" liderliyini möhkəmləndirib  

20:49
25 Yanvar

Milli Məclisin sədri Bəhreynin Nümayəndələr Şurasının sədri ilə görüşüb  

20:48
25 Yanvar

Milli Məclisin sədri Bəhreyn Krallığı Şura Məclisinin sədri ilə görüşüb

19:50
25 Yanvar

Misli Premyer Liqasında daha bir oyun keçirilib  

18:29
25 Yanvar

“Şahdağ”da snoubord üzrə Heydər Əliyev Kubokunun qalibləri mükafatlandırılıb  

18:09
25 Yanvar

Xəzər Boru Kəməri Konsorsiumu iki yanalma qurğusundan eyni vaxtda neftin yüklənməsini bərpa edib  

17:59
25 Yanvar

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

16:58
25 Yanvar

Otuz illik həsrətin şirin bəhrəsi: Kəlbəcərdə qədim arıçılıq ənənələri yenidən dirçəlir

15:06
25 Yanvar

FHN Füzulidə buz bağlamış yollarda köməksiz vəziyyətdə qalan vətəndaşlara kömək edib

13:04
25 Yanvar

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

12:41
25 Yanvar

ABŞ gərginliyin azaldılması yolu ilə Rusiya ilə Avropa arasında etimadı gücləndirməyi planlaşdırır  

11:24
25 Yanvar

Tramp: Çinlə razılaşma əldə olunarsa, ABŞ Kanadaya 100 faiz tarif tətbiq edəcək  

11:10
25 Yanvar

Antimilli qüvvələr dezinformasiya kampaniyalarında alət kimi istifadə olunur

11:01
25 Yanvar

Uitkoff gələn həftə BƏƏ-də danışıqların davam etdiriləcəyini təsdiqləyib  

10:59
25 Yanvar

ABŞ Putin və Zelenski arasında görüşün tezliklə baş tuta biləcəyinə inanır  

10:56
25 Yanvar

Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığına səfər edib  

10:27
25 Yanvar

Liviya Enerji və İqtisadiyyat Sammiti çərçivəsində xarici şirkətlərlə müqavilələr imzalanıb  

23:11
24 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!