25 Yanvar 2026 19:50
1421
PARLAMENT
A- A+
Milli Məclisin sədri Bəhreyn Krallığı Şura Məclisinin sədri ilə görüşüb

Milli Məclisin sədri Bəhreyn Krallığı Şura Məclisinin sədri ilə görüşüb


Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığına rəsmi səfəri çərçivəsində yanvarın 25-də bu ölkənin Şura Məclisinin sədri Əli bin Saleh Al Salehlə görüşüb. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Azərbaycan parlamentinin sədrini səmimiyyətlə salamlayan Əli bin Saleh Al Saleh bu səfərin ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin daha da dərinləşməsinə töhfə verəcəyinə inamını ifadə edib. O, ölkəsinin Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirərək, bu çərçivədə parlamentlərarası əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Milli Məclisin sədri Sahibə Qafarova göstərilən yüksək səviyyəli qonaqpərvərliyə görə təşəkkürünü bildirərək, Azərbaycan parlamentinin sədrinin Bəhreyn Krallığına ilk rəsmi səfərinin münasibətlərimizin daha da dərinləşdirilməsi ilə bağlı müzakirələr aparmağa imkan verəcəyini vurğulayıb.

Söhbət zamanı xalqlarımızın dost ölkələrimizi birləşdirən ümumi dini və mədəni dəyərləri bölüşdüyü diqqətə çatdırılıb. Tərəflər ikitərəfli münasibətlərin bütün sahələrdə inkişafı üçün böyük potensialın olduğunu vurğulayaraq, siyasi təmasların, iki dövlət arasında müxtəlif sahələrdə qarşılıqlı səfərlərin həyata keçirilməsinin əlaqələrin inkişafına təkan verəcəyinə inamlarını ifadə ediblər.

Görüşdə ölkələrimizin BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi müxtəlif beynəlxalq və regional təşkilatlar çərçivəsində müsbət əməkdaşlıq etdikləri vurğulanaraq, bu təşkilatlarda qarşılıqlı dəstək göstərilməsindən razılıq ifadə olunub.

Söhbət zamanı qanunvericilik orqanları arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Diqqətə çatdırılıb ki, Azərbaycan və Bəhreyn qanunvericilik orqanları arasında səmərəli əməkdaşlıq əlaqələri qurulub. Hər iki ölkənin parlament sədrləri səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlər bu münasibətlərin daha da dərinləşməsinə töhfə verib.

Spiker Sahibə Qafarova Şura Məclisinin sədri ilə bundan əvvəlki görüşlərini, həmçinin, Əli bin Saleh Al Salehin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Manama şəhərində keçirilən konfransında iştirakını məmnunluqla xatırlayıb. Vurğulanıb ki, Bəhreyn Parlamenti bu mühüm parlament platformasının bütün konfrans və parlament tədbirlərində, o cümlədən, təşkilatın rəhbər orqanlarında təmsil olunur.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

SOCAR ilə “Gran Tierra Energy Inc.” arasında Quba-Xəzəryanı regionu üzrə saziş imzalanıb

15:19
19 Fevral

Ombudsman: “Amnesty International”ın Ruben Vardanyan barədə bəyanatı yanlış, qeyri-obyektiv və qərəzlidir  

15:16
19 Fevral

Xocalının Xanabad kəndinə ilk köç olub

14:18
19 Fevral

Bəzi rayonlarda yağıntılı və küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA

13:51
19 Fevral

NATO-nun mobil təlim qrupunun heyəti ilə görüş keçirilib  

13:39
19 Fevral

Bu gecə bəzi yerlərdə yağış və qar yağacaq, yağıntılar sabah səhər tədricən kəsiləcək 

13:23
19 Fevral

Data mərkəzlərinin ölkələr üzrə coğrafiyası – İnfoqrafika  

13:11
19 Fevral

Vaşinqtonda Özbəkistan ilə ABŞ arasında sənədlər paketi imzalanıb  

12:37
19 Fevral

Əlcəzairli müəllim: Mübarizəmiz insan ləyaqəti və ədalət uğrunda aparılır

12:16
19 Fevral

Media: Aİ səfirləri Rusiyaya qarşı sanksiyalarla bağlı razılığa gələ bilmir  

12:11
19 Fevral

ABŞ-nin dövlət qurumlarında süni intellektin tətbiqi üçün min proqramçı işə götürüləcək  

11:54
19 Fevral

Media: Ukraynada demilitarizasiya zonasının yaradılması ilə bağlı müzakirələr gedir  

11:43
19 Fevral

Leyla Əliyeva Tiranada “Hannah və Rosafa” uşaq evini və "Mother Teresa" Universitet Xəstəxana Mərkəzini ziyarət edib  

11:31
19 Fevral

Ötən ay dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə daxil olan vəsait 27 faiz artıb  

11:23
19 Fevral

Cənubi Koreyanın sabiq Prezidenti ömürlük azadlıqdan məhrum edilib  

11:13
19 Fevral

Ötən ay pensiya ödənişlərinə 612 milyon manat vəsait yönəldilib  

11:06
19 Fevral

Çin dünyanın ən mürəkkəb dəmir yolu layihəsini 2030-cu ilədək başa çatdıracaq  

11:03
19 Fevral

İsrail təhlükəsizlik xidmətləri üçün ən yüksək hərbi hazırlıq elan edib  

10:54
19 Fevral

Neftin bahalaşma dövrü başlayıb

10:51
19 Fevral

"Azərsilah"ın Şirvan şəhərində yerləşən zavodunda qəza olub  

10:46
19 Fevral

bp Xəzərdə dəniz əməliyyatları və texniki xidmət üzrə müqaviləsini yeniləyib  

10:38
19 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!