16 İyul 2026 09:21
151
SİYASƏT
A- A+
Azərbaycan ilə UN-Habitat arasında Şərqi Zəngəzurun dayanıqlı inkişafına dair saziş imzalanıb

Azərbaycan ilə UN-Habitat arasında Şərqi Zəngəzurun dayanıqlı inkişafına dair saziş imzalanıb

BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) arasında “Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunda ağıllı, davamlı və inklüziv yaşayış məntəqələrinə doğru - dayanıqlı şəhər inkişafı üçün inteqrəolunmuş ərazi planlaşdırması” layihəsi üzrə Töhfə Sazişi imzalanıb.

AZƏRTAC-ın məlumatına görə, sənədi Komitə sədri Anar Quliyev və UN-Habitatın icraçı direktoru Anaklaudiya Rossbax imzalayıblar.

Saziş Azərbaycan ilə UN-Habitat arasında əməkdaşlığın yeni mərhələsinin əsasını qoyur. Bununla UN-Habitat Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaşayış məntəqələrinin layihələndirilməsi prosesində birbaşa iştirak edəcək. Bu əməkdaşlıq Böyük Qayıdışa dair II Dövlət Proqramı çərçivəsində doğma yurdlarına qayıdan sakinlər üçün daha dayanıqlı və insan mərkəzli yaşayış mühitinin formalaşdırılmasına töhfə verəcək.

Saziş çərçivəsində UN-Habitatın beynəlxalq ekspertləri azərbaycanlı mütəxəssislərlə birlikdə Cəbrayıl rayonunun Quycaq və Kəlbəcər rayonunun Mollabayramlı kəndləri üzrə ərazi planlaşdırılması sənədlərini birgə hazırlayacaqlar. Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı yaşayış məntəqələrinin layihələndirilməsi üzrə müasir yanaşmalar beynəlxalq peşəkar təşkilatların tövsiyələri nəzərə alınmaqla təkmilləşdiriləcək.

Əməkdaşlığın mühüm istiqamətlərindən biri də milli insan kapitalının və institusional potensialın gücləndirilməsidir. Bu məqsədlə beynəlxalq ekspertlərin iştirakı ilə şəhərsalma, ərazi planlaşdırılması və dayanıqlı inkişaf sahələrində fəaliyyət göstərən azərbaycanlı mütəxəssislər üçün təlimlər və praktiki seminarlar təşkil olunacaq. Bu isə qabaqcıl beynəlxalq təcrübənin ölkəmizdə tətbiqinə, yerli mütəxəssislərin bilik və bacarıqlarının, eyni zamanda, işğaldan azad edilmiş ərazilərin bərpası və inkişafı istiqamətində uzunmüddətli milli ekspert potensialının artırılmasına imkan yaradacaq.

İmzalanma mərasimindən əvvəl Anar Quliyev və Anaklaudiya Rossbax arasında ikitərəfli görüş keçirilib. Görüşdə Azərbaycan ilə UN-Habitat arasında şəhərsalma, məkan planlaşdırılması, dayanıqlı urbanizasiya və iqlim dəyişikliklərinə davamlı şəhərlərin inkişafı sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub. Tərəflər, həmçinin cari ilin may ayında Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) və COP29 çərçivəsində irəli sürülmüş şəhərsalma təşəbbüslərinin nəticələrini nəzərdən keçirərək, bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Görüşdə Anaklaudiya Rossbax WUF13-ün yüksək səviyyədə təşkil olunduğunu, tədbirin BMT sistemi və beynəlxalq iştirakçılar tərəfindən yüksək qiymətləndirildiyini, qlobal gündəmlə yerli prioritetləri uğurla bir araya gətirdiyini bildirib. Anar Quliyev isə forum çərçivəsində formalaşmış əməkdaşlığın yeni birgə layihələr üçün əlverişli zəmin yaratdığını, imzalanan sazişin Şərqi Zəngəzur iqtisadi rayonunda dayanıqlı, ağıllı və inklüziv yaşayış məskənlərinin inkişafına mühüm töhfə verəcəyini qeyd edib.

Görüşdə iyulun 16-da BMT Baş Assambleyasında başlayacaq Yeni Şəhər Gündəliyinin icrasının aralıq icmalına həsr olunan yüksəksəviyyəli toplantıya hazırlıq da müzakirə olunub. Anaklaudiya Rossbax bildirib ki, siyasi bəyannamə üzrə danışıqlarda mühüm irəliləyiş əldə olunub və tərəflər yekun sənədin qəbuluna nikbin yanaşırlar. Onun sözlərinə görə, WUF13-də əldə olunan nəticələr və formalaşan əməkdaşlıq bu prosesə mühüm töhfə verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Növbəti köç Şükürbəyli kəndinə çatıb

11:37
16 İyul

Fələstin dövlətinin Baş naziri Fəxri xiyabanı ziyarət edib

11:35
16 İyul

Fələstin Dövlətinin Baş naziri Bakıda Zəfər parkını ziyarət edib

11:33
16 İyul

Ötən gün qeydə alınan 55 cinayətin açılması təmin olunub

11:31
16 İyul

Prezident İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib

11:09
16 İyul

Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb

10:34
16 İyul

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə keçirilən minifutbol turniri başa çatıb

09:40
16 İyul

Komitə sədri: UN-Habitat Azərbaycanda şəhərsalma planlaşdırılması prosesində ilk dəfə olaraq birbaşa iştirak edəcək

09:39
16 İyul

Yazıçının öz ömrünə yazdığı ad - Şamo Arif

09:35
16 İyul

Ədəbiyyatımızda İsi Məlikzadə imzası 

09:30
16 İyul

Obrazlarda yaşayan aktyor ömrü

09:25
16 İyul

Azərbaycanın komitə sədri BMT-də işğaldan azad olunmuş ərazilərdə bərpa modelindən danışıb

09:23
16 İyul

Azərbaycan ilə UN-Habitat arasında Şərqi Zəngəzurun dayanıqlı inkişafına dair saziş imzalanıb

09:21
16 İyul

Anar Quliyev: Azərbaycanın 79 şəhərindən 68-i üçün baş planlar hazırlanıb

09:20
16 İyul

Şəfalı və səfalı Masallı

09:20
16 İyul

Xarici işlər naziri Ceyhun Bayramov Rusiyaya rəsmi səfərə yola düşüb

09:19
16 İyul

XİN: Odessa sahillərində hücuma məruz qalan gəminin 10 azərbaycanlı heyət üzvü təxliyə edilib

09:18
16 İyul

Goranboyda intensiv bağçılığa maraq artır

09:15
16 İyul

Zəmilərdən 2,6 milyon tondan çox məhsul yığılıb

09:10
16 İyul

Şəmkirdə kənd təsərrüfatının inkişaf perspektivləri müzakirə olunub

09:05
16 İyul

Böyük qayıdışın qürur doğuran reallıqları

09:00
16 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!