16 İyul 2026 09:10
644
İQTİSADİYYAT
A- A+
Zəmilərdən 2,6 milyon tondan çox məhsul yığılıb

Zəmilərdən 2,6 milyon tondan çox məhsul yığılıb


Əkin sahələrinin 79 faizində biçin yekunlaşıb


Kənd Təsərrüfatı Nazirliyi yanında taxıl biçini ilə əlaqədar yaradılmış Mərkəzi Qərargahın operativ məlumatına görə, iyulun 15-dək ölkə üzrə payızlıq taxıl sahələrinin 78,5 faizində biçin başa çatıb.

Mövsüm ərzində 755 500 hektar sahədə biçin aparılıb, bu sahələrdən 2 milyon 636 min 623 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 34,9 sent/ha təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 sent/ha çoxdur.

İndiyədək mexanizatorlar tərəfindən 307 min 384 hektar buğda, 448 min 116 hektar arpa sahəsi biçilib. Bu sahələrdən 1 milyon 175 min 93 ton buğda, 1 milyon 461 min 528 ton arpa yığılıb. Buğda sahələrinin 67, arpa sahələrinin isə 89,3 faizində biçin yekunlaşıb. Orta məhsuldarlıq buğda üzrə 38,2, arpa üzrə isə 32,6 sent/ha təşkil edir.

Artıq 13 rayonda - Ucar, Ağdaş, Bərdə, Biləsuvar, Cəlilabad, Kürdəmir, Yevlax, Masallı, Neftçala, Sabirabad, Salyan, Kəlbəcər və Şuşada biçin tam yekunlaşıb, respublikanın 12 rayonunda - Ağsu, Astara, Balakən, Beyləqan, Göyçay, Goranboy, Naftalan, İmişli, Zərdab, Saatlı, Samux, Tərtər rayonlarında taxıl biçini yekunlaşmaq üzrədir.

Ölkə üzrə biçin prosesinin optimal müddətdə başa çatacağı proqnozlaşdırılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

26 avqust – Laçın şəhəri günü  

18:23
25 Avqust

Xocavənddə açarlar yenidən doğma qapılara uzandı: illər sonra yurda dönüş  

18:21
25 Avqust

Azərbaycanda makaron istehsalı artıb: süfrələrə gedən məhsulun həcmi böyüyür  

18:12
25 Avqust

Telefonların görünməyən “kimliyi”: 77 mindən çox saxta IMEI kod bloklandı  

17:59
25 Avqust

Qızılın parıltısı ARDNF-nin aktivlərinə milyardlar qazandırıb

17:48
25 Avqust

Xocavəndə qayıdan ailələr doğma yurdda yeni həyata başlayırlar

17:45
25 Avqust

Türk mütəxəssis: Azərbaycan-Özbəkistan ittifaqı Türk dünyasında yeni geosiyasi xətt formalaşdırır

17:21
25 Avqust

Azərbaycanda xalça istehsalı 41 dəfədən çox artıb

17:13
25 Avqust

Hörmüzdən keçən gəmilərin sayı münaqişənin başlanğıcından bəri ən aşağı göstəriciyə düşüb

17:11
25 Avqust

DSMF: Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib

17:09
25 Avqust

Strateji tərəfdaşlıq, müttəfiqlik və əbədi dostluq  

16:58
25 Avqust

Azərbaycanla Pakistan arasında hərbi əlaqələr barədə fikir mübadiləsi aparılıb

16:55
25 Avqust

Bəzi dağ çaylarından qısamüddətli sel keçəcək - XƏBƏRDARLIQ

16:52
25 Avqust

Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında “yaşıl” körpü olacaq  

16:51
25 Avqust

“Brent” neftinin qiyməti 90 dollardan aşağı enib

16:50
25 Avqust

Baş prokuror Şəkidə sakinlərin müraciətlərini dinləyib, yeni xidməti mənzillər istifadəyə verilib

16:47
25 Avqust

Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrində yeni hədəf – illik 1 milyard dollarlıq ticarət  

16:38
25 Avqust

Yemək vaxtı ömür uzunluğuna və ürək sağlamlığına necə təsir edir?  

16:20
25 Avqust

Avstraliyanın musiqi hit-paradında süni intellekt qadağası  

16:18
25 Avqust

“Amazon” şirkətinə süni intellektə görə məhkəmə iddiası qaldırılıb  

16:15
25 Avqust

Çində robot inqilabı sürətlə yayılır  

16:12
25 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!