20 Avqust 2024 15:38
3098
Səhiyyə
A- A+
Azərbaycan ilə Belarus arasında səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Azərbaycan ilə Belarus arasında səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

 

Azərbaycan Səhiyyə Nazirliyində Belarusun səhiyyə nazirinin müavini Aleksandr Starovoytovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səhiyyə naziri Teymur Musayev son illərdə ölkələrimiz arasında bir çox sahələrdə əlaqələrin genişləndiyini vurğulayıb. Nazir, həmçinin səhiyyə sahəsində Azərbaycan-Belarus səmərəli əməkdaşlığının səviyyəsindən məmnunluğunu ifadə edib. Tibbin onkologiya, transplantologiya, kardiologiya, neyrocərrahiyyə və digər sahələrində çalışan mütəxəssis və həkimlərin mütəmadi olaraq təcrübə mübadiləsinin, ixtisasartırma üzrə tədbirlərdə iştirak etmək üçün qarşılıqlı səfərlərin təşkil olunduğunu söyləyən T.Musayev deyib: “Sevindirici haldır ki, bu illər ərzində iki ölkənin tibb mütəxəssisləri arasında nəinki möhkəm işgüzar əlaqələr, həmçinin dostluq münasibətləri təşəkkül tapıb”.

Ölkələrimiz arasında əczaçılıq sahəsində uğurlu əməkdaşlığın olduğunu vurğulayan nazir əczaçılıq sənayesinin bütün dünyada innovativ inkişaf baxımından mühüm yer tutduğunu qeyd edərək bildirib: “Əczaçılıq sənayesi gələcəyin iqtisadiyyatının əsas sahələrindən biridir, çünki yüksək keyfiyyətli tibb və millətin sağlamlığı hər bir ölkənin uğurlu sosial-iqtisadi inkişafının mühüm tərkib hissəsidir”.

Belarusun səhiyyə nazirinin müavini bu cür görüşlərin təcrübə və bilik mübadiləsi baxımından çox vacib olduğunu vurğulayıb. Belarusda əczaçılıq sənayesinin sistemli və dinamik şəkildə inkişaf etdiyini vurğulayan Aleksandr Starovoytov təkcə hazır dərman formalarının Azərbaycana ixracının deyil, həm də bu sahənin inkişafına və ölkəmizdə mütəxəssislərin hazırlanmasına kömək göstərilməsinin məqsədəuyğun olduğunu diqqətə çatdırıb. Belarusda ürək cərrahiyyəsi, transplantologiya, hematologiya, immunologiya, uşaq onkologiyası və tibbin digər sahələrində ciddi nailiyyətlərin əldə edildiyini vurğulayan nazir müavini Azərbaycan Səhiyyə Nazirliyi, eləcə də onun tabeliyindəki elmi-tədqiqat institut və mərkəzləri ilə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasında maraqlı olduğunu bildirib.

Söhbət zamanı tərəflər əczaçılıq sənayesində gələcək əməkdaşlığın perspektivləri, tibb kadrlarının hazırlanması prosesinin təkmilləşdirilməsi, səhiyyə sistemlərinin rəqəmsallaşdırılmasının tətbiqi üzrə əməkdaşlığın qurulması və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə Belarusun ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkov da iştirak edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan neftinin qiyməti 84 dollardan aşağı düşüb

10:15
15 Yanvar

DİN: Ötən gün 110 cinayətin üstünün açılması təmin olunub

10:14
15 Yanvar

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Moldovadan ekstradisiya edilib

10:13
15 Yanvar

TƏBİB: 35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub  

10:13
15 Yanvar

Keçmiş məcburi köçkünlər üçün növbəti maarifləndirmə tədbiri keçirilib

09:59
15 Yanvar

Almaniya Ukraynaya yeni yardım paketi təqdim edib

09:48
15 Yanvar

Britaniyalı nazir: Təyyarə qəzasının hərtərəfli və müstəqil araşdırılması işində Azərbaycanı dəstəkləyirik  

09:46
15 Yanvar

Prezident Tokayev: Qazaxıstan Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunu inkişaf etdirmək niyyətindədir  

09:44
15 Yanvar

Cənubi Koreya Prezidenti həbs edilib YENİLƏNİB

09:42
15 Yanvar

Bakıda gənc hüquqşünaslar üçün “Lex Camp” düşərgəsinin açılışı olub

09:32
15 Yanvar

Smartfonların radiasiya təhlükəsindən necə qorunmaq olar

09:25
15 Yanvar

Alman partiyaları seçkilərə nə ilə gedir?

09:20
15 Yanvar

Sənət ocağının uğurlu layihələri davam edir 

09:15
15 Yanvar

Xalq rəssamının yaradıcılıq sehri

09:10
15 Yanvar

Orta dəhliz ortaq maraqlar marşrutudur

09:05
15 Yanvar

"Yaşıl sənaye"yə yaşıl işıq

09:00
15 Yanvar

Sağ ol Qazaxıstan, sağ ol qazax xalqı!

08:55
15 Yanvar

Paşinyanla bağlı şok iddia: "İstefaya hazırlaşır"

08:50
15 Yanvar

Azərbaycanın yeganə istəyi, məramı sülhdür

08:45
15 Yanvar

Ermənistanın Minsk qrupu ilə bağlı mövqeyi səmimi deyil

08:40
15 Yanvar

Paşinyan sülhsevər olduğunu əməldə göstərməlidir

08:35
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!