08 Aprel 2026 18:24
291
CƏMİYYƏT
A- A+
Azərbaycan balının Avropa İttifaqı ölkələrinə ixracı istiqamətində iş aparılır

Azərbaycan balının Avropa İttifaqı ölkələrinə ixracı istiqamətində iş aparılır


Arıların sağlamlıq vəziyyətinin qorunması məqsədilə mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirilir. Bitkilərin çiçəkləmə dövründə arı ailələrinin köçürülməsi zamanı karantin qaydalarına ciddi riayət olunmalı, arıxanalar arasında təxminən 5 kilometr məsafə saxlanılmalı və yeni ərazilərə köçürülmə zamanı müəyyən müddət izolyasiya təmin edilməlidir. Həmçinin ana arı yetişdiriciliyi tam təcrid edilmiş ərazilərdə aparılmalı və bu ərazilərdə 3 kilometr radiusda digər ana arı təsərrüfatı olmamalıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev səsləndirib.

Şöbə müdiri vurğulayıb ki, arıların yetişdirilməsi digər heyvan növləri ilə müqayisədə daha spesifik sahədir. Arıların iqlim dəyişikliyinə yüksək həssaslığı və populyasiyanın qısa müddətdə bərpa olunması bu sahədə daha məsuliyyətli yanaşmanı zəruri edir.

Onun sözlərinə görə, Azərbaycan ərazisində tarixən “Boz Qafqaz” və “Sarı Qafqaz” arı cinsləri mövcud olub. Son illərdə isə digər arı cinsləri də ölkəyə gətirilərək yetişdirilib və rayonlaşdırılıb. Hazırda ölkədə ümumilikdə altı arı cinsi arıçılıqda istifadə olunur.

Qalib Əbdüləliyev vurğulayıb ki, iqlim şəraitindən asılı olaraq arıların saxlanılması, qidalandırılması və müalicəsi düzgün təşkil olunmalı, qida təhlükəsizliyi tələblərinə ciddi şəkildə əməl edilməlidir. Eyni zamanda, arıçılıq məhsullarının təhlükəsizliyi xüsusi əhəmiyyət daşıyır və istehlaka təqdim edilən məhsullarda, xüsusilə balda antibiotiklər, pestisidlər və digər baytarlıq preparatlarının miqdarı normativlərə uyğun olmalıdır.

Şöbə müdiri hazırda arıçılıq məhsullarının, xüsusilə balın Avropa İttifaqı ölkələrinə ixracı istiqamətində işlər görüldüyünü də diqqətə çatdırıb: “Bu məqsədlə beynəlxalq tələblərə uyğun monitorinq planları həyata keçirilir, ölkənin müxtəlif bölgələrində arıxanalara baxış keçirilir, nümunələr götürülərək laborator analizlər aparılır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Təhlükəsizlik kəməri həyat qurtarır

10:49
11 Aprel

Odessa dron hücumuna məruz qalıb, ölənlər var  

10:41
11 Aprel

ABŞ nümayəndə heyəti də İslamabada gedib

10:35
11 Aprel

“Anadolu Ankası – 2026” təlimində tapşırıqlar uğurla icra olunub  

10:26
11 Aprel

ABŞ Prezidenti İranla qarşıdan gələn danışıqlarda əsas tələbini açıqlayıb

10:13
11 Aprel

“Artemis II” missiyası Aya uçuşunu başa vuraraq Yerə qayıdıb

10:01
11 Aprel

Media: ABŞ Yaxın Şərqdəki hərbi mövcudluğunu artırmaqda davam edir

09:43
11 Aprel

Tramp: Hörmüz boğazı tezliklə gəmiçilik üçün açılacaq

09:34
11 Aprel

Xəzərdə zəlzələ olub

09:12
11 Aprel

CNN: İran və ABŞ həm birbaşa, həm də vasitəçilər vasitəsilə danışıqlar aparacaqlar  

09:01
11 Aprel

Bilmək istəyirəm

08:50
11 Aprel

Şuşanın şəhərsalma mədəniyyəti və memarlıq abidələri

08:45
11 Aprel

Bakının anası - İçərişəhər

08:40
11 Aprel

Ermənistan cəmiyyəti ideoloji sınaq qarşısındadır

08:35
11 Aprel

Qarabağ və Şərqi Zəngəzurda yeni tarix yazılır

08:30
11 Aprel

Azərbaycan hər zaman sülhü və sabitliyi təşviq edir

08:25
11 Aprel

Uzanan münaqişələr fonunda Azərbaycan modeli

08:20
11 Aprel

Rəqəmsal keçid: yeni çağırışlar, prioritetlər və hədəflər

08:15
11 Aprel

Əmək bazarında gender bərabərliyinin təminatlarının hüquqi bazası təkmilləşdirilir

08:10
11 Aprel

Azərbaycan nümunəsi

08:05
11 Aprel

Bütöv və qüdrətli Azərbaycan missiyası

08:00
11 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!