Ötən ilin noyabrında Çin-Avropa yük qatarlarının sayı 100 minə çatdı. “Çin Dövlət Dəmir Yolu Qrupu” Çin ilə Avropa arasında həm yük qatarlarının sayının, həm də daşınan yüklərin həcminin ildən-ilə çoxaldığını açıqlayıb.
Çin ilə Avropa arasında dəmir yolu ilə yükdaşımalara 2011-ci ildən başlanılıb. Bu istiqamətdə yüklər əsasən Şimal marşrutu ilə daşınsa da, Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verildikdən sonra Şərqlə Qərb arasında yüklərin daşınmasında yeni alternativlər yaranıb. Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Şimal xətti üzrə dəmir yolu xəttində yaranmış çətinliklər logistika, ixrac və idxal şirkətlərinin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə - Orta Dəhlizə marağını əhəmiyyətli dərəcədə artırıb. Son vaxtlar Qırmızı dənizdəki təhlükəsizlik problemləri səbəbindən isə gəmilərin Çindən Avropaya səyahət müddəti ən azı 12 gün çoxalıb, nəticədə daşıma və sığorta xərcləri iki dəfədən çox artıb. Bu kontekstdə də Orta Dəhlizin əhəmiyyəti getdikcə daha qabarıq formada özünü göstərir. Hazırda Mərkəzi Asiya-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Qara dəniz və Türkiyə ərazisindən keçməklə Çindən Avropaya bir neçə marşrut üzrə multimodal yük daşımaları həyata keçirilir. Orta Dəhlizlə hərəkət edən yük qatarları Çinin iki əsas sərhəd-keçid məntəqəsindən istifadə edir. Bunlardan biri Alaşankou, digəri isə Horqosdur.
Çin Xalq Respublikasının şimal-qərbində yerləşən Sincan Uyğur Muxtar Rayonu İpək yolunun önəmli halqası kimi tarixən bu ölkə ilə Mərkəzi Asiya, Avropa, Yaxın Şərq arasında ticarət mübadiləsində əvəzolunmaz rol oynayıb. Hazırda Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Rusiya, Tacikistan, Əfqanıstan və Hindistan ilə sərhəddə yerləşən Sincan bölgəsi unikal coğrafi mövqeyi sayəsində indi də Çinin Qərb istiqamətdə ticarətində mühüm paya malikdir. Avrasiyanın “quru körpüsü” adlandırılan Horqos limanını Orta Dəhlizin şərq başlanğıc nöqtəsi hesab etmək olar. Çünki Çindən Avropa istiqamətində hərəkət edən yük qatarlarının və avtomobillərinin müəyyən hissəsi Horqos terminalından keçməklə Qazaxıstan, Xəzər dənizi, Azərbaycan vasitəsilə Avropaya gedir. Horqos şəhəri dünyanın ən böyük quru yük sərhəd-keçid məntəqəsinə malikdir. Urumçidən 670 km məsafədə yerləşən Horqos sərhəd-keçid məntəqəsi dinamik və irimiqyaslı ticarət üçün olduqca sərfəlidir, qısaca olaraq bura dənizdən daha tez, havadan daha ucuz marşrut kimi xarakterizə olunur. Horqos sərhəd-keçid məntəqəsi 1983-cü ildə istifadəyə verilib. 2009-cu ildən isə Çinin dəmir yolu şəbəkəsinə qoşulub. Qazaxıstan tərəfdə dəmir yolunun inşası başa çatandan sonra - 2012-ci ildən Horqos üzərindən dəmir yolu ilə yüklərin daşınmasına başlanılıb. Ötən il Horqos terminalından 8730 yük qatarı keçib ki, bu da əvvəlki illə müqayisədə 12,5 faiz çoxdur. Buradan təkcə yük qatarları deyil, həm də yük avtomobilləri, habelə sərnişinlər keçir. Horqos quru sərhəd-keçid məntəqəsində hər gün təxminən 2000 nəqliyyat vasitəsinə, 4000 sərnişinə xidmət göstərilir.
“Azərbaycan Dəmir Yolu” QSC-nin bu yaxınlarda açıqladığı məlumatda qeyd olunur ki, beynəlxalq tərəfdaşlarla aparılan davamlı və fəal danışıqlar nəticəsində Orta Dəhliz vasitəsilə tranzit daşımaların həcmi və payı ildən-ilə artırılır. Ötən il bu dəhlizlə Çindən daşınan yüklərin həcmi 27 min konteyneri keçib. Bu, 2023-cü ilin göstəricilərini 25 dəfədən çox üstələyir. Davamlı tədbirlər, görüşlər və razılaşmalar sayəsində ötən il Çindən Azərbaycana 358 konteyner blok-qatarı göndərilib ki, bu da Orta Dəhlizlə yükdaşıma həcminin artdığını və ölkəmizin beynəlxalq nəqliyyat sistemindəki rolunun daha da gücləndiyini göstərir. Gələn il Orta dəhliz vasitəsilə blok qatarların sayının 1000-ə çatdırılması planlaşdırılır. Blok qatarları orta hesabla Çindən Azərbaycana 8-10, Gürcüstan limanlarına isə 12 gün ərzində çatdırılır. Dünya Bankının proqnozlarına görə, Orta Dəhliz üzrə daşınan yüklərin həcmi 2030-cu ilədək 10 milyon tona çatacaq.
Azərbaycan-Bolqarıstan strateji tərəfdaşlığının müxtəlif aspektləri müzakirə olunub
Slovakiyanın sabiq xarici işlər naziri: Forum qarşımızda duran qlobal vəzifələrin icrasına töhfə verir
Bako Sahakyan: Azərbaycanın işğal edilmiş ərazilərində “İskəndər M”, “Toçka U” kimi silahlar olmayıb
Türkiyə nümayəndə heyəti Kiyevdə əmtəə dövriyyəsinin artırılması məsələsini müzakirə edib
"Sülh-münaqişə sonrası yenidənqurma və regional sabitliyin yenidən bərpası" mövzusuna həsr edilmiş sessiya keçirilir
Dövlət Xidmətinin rəisi Lənkəranda vətəndaşların problemlərini dinləyib
Bako Sahakyan: Qondarma rejimin “ordusu” Ermənistan Silahlı Qüvvələrinin ən böyük silahlı birləşməsi idi
Qlobal Bakı Forumunda sülhə gedən yol mövzusu müzakirə olunub YENİLƏNİB
Bako Sahakyan: Qarabağa silah-sursat Ermənistandan gətirilirdi
Dmitri Peskov: Putin ABŞ-ın xüsusi nümayəndəsi vasitəsilə Trampa siqnallar göndərib
Serbiyada parlament binası təhlükəsizlik səbəbindən bağlanıb
Avropa Ukrayna üçün “Starlink”ə alternativ peyk şəbəkəsi axtarır
Sorğu: Ukraynalıların 39 faizi sülh naminə ərazi güzəştlərinə razıdır
XII Qlobal Bakı Forumunun ikinci günü: “Yaxın Şərq” panel iclası
Nazir müavini: Azərbaycan aktiv diplomatik təşəbbüslər nümayiş etdirir
Ballıcaya köç edən ailələrə evlərinin açarları təqdim olunub - YENİLƏNİB 2
AFFA İcraiyyə Komitəsinin qərarları açıqlanıb
Şimali Makedoniya Prezidentinin Azərbaycana səfəri başa çatıb
Mladen İvaniç: Orta və kiçik güclər ümumi nöqtədən çıxış etsələr, nəticə ala bilərlər
Vens: Tramp Şərqi Avropada nüvə silahı yerləşdirilməsinin əleyhinədir
DOST Agentliyinin fəaliyyətinə dair infosessiya keçirilib
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!