04 Sentyabr 2025 08:25
913
SİYASƏT
A- A+
ATƏT-in Minsk qrupunun ləğvi tarixi hadisədir

ATƏT-in Minsk qrupunun ləğvi tarixi hadisədir


Azərbaycan və Ermənistan sülhə bir qədər də yaxınlaşdı


Sentyabrın 1-də ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olunub. Qərara əsasən, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin ABŞ Prezidentinin dəvəti və iştirakı ilə 8 avqust 2025-ci il tarixində Vaşinqton şəhərində baş tutmuş görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə ünvanlanmış birgə müraciət məktubuna uyğun olaraq, ATƏT-in Minsk prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin ATƏT-in Minsk konfransının məşğul olduğu münaqişə üzrə şəxsi nümayəndəsinin və Yüksəksəviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə 1 sentyabr tarixindən etibarən xitam verilib. Sözügedən strukturların bağlanmasından irəli gələn təşkilati və texniki məsələlərin 1 dekabr 2025-ci il tarixindən gec olmayaraq yekunlaşdırılması ATƏT katibliyinə tapşırılıb. 

Milli Məclisin deputatı Azər Badamov qəzetimizə açıqlamasında bildirib ki, Minsk qrupunun fəaliyyətinə xitam verilməsi Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin bağlanması üçün tarixi qərardır. ATƏT-in Minsk qrupu keçmiş Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi məqsədilə yaradılmışdı. BMT TŞ-də Azərbaycanın ərazilərinin qeyd-şərtsiz azad olunması ilə bağlı qəbul olunmuş 4 qətnamənin icra edilməsi üçün Minsk qrupuna mandat verilmişdir. "Minsk qrupunun mövcudluğu dövründə münaqişənin dinc yolla həll edilməsi istiqamətində heç bir fəaliyyəti olmadı. Həmsədrlər münaqişə dövründə regionumuza mütəmadi olaraq mənasız səfərlər edirdilər. Onlar hər dəfə gələndə münaqişənin hərb yolu ilə həllinin olmadığını bildirir və münaqişəni dondurmağa çalışırdılar. Minsk qrupunun həmsədrlərinin məqsədi Azərbaycan xalqını işğalla barışdırmaq idi. Məhz beynəlxalq ictimaiyyətin  məsələyə laqeyd münasibəti və Ermənistana işğala son qoymaq üçün hər hansı bir formada təzyiq göstərərək pozulmuş beynəlxalq hüququn bərpası istiqamətində hərəkətli olmaması II Qarabağ müharibəsini labüd etdi", - deyə o bildirib. 

Deputat xatırladıb ki, Azərbaycanın müzəffər ordusu 27 sentyabr 2020-ci ildə 44 günlük müharibədə torpaqlarını işğaldan azad etməklə, ölkəmizə qarşı uzun illər aparılan ədalətsiz siyasətə son qoydu və pozulmuş beynəlxalq hüququn tələblərini bərpa etdi. O cümlədən BMT TŞ-nin 4 qətnaməsini icra edərək Minsk qrupunun görəcəyi işin öhdəsindən özü gəldi. Ordumuz 10 noyabr 2020-ci ildə qələbəyə imza atmaqla, Minsk qrupunu de-fakto tarixin arxivinə göndərmiş oldu. Həm də dövlət başçımız münaqişənin hərbi-siyasi yollarla həll edilməli olduğunu Minsk qrupunun həmsədrlərinə sübut etdi. Müharibədən sonra da həmsədrlər öz təşəbbüsləri ilə ölkəmizə səfərə gəlmişdilər. Dövlət başçımız onları qəbul edəndə münaqişənin artıq həll olunduğunu və onların bundan sonra nə işlə məşğul olmaq istədiklərini soruşanda konkret bir fikir ifadə edə bilməmişdilər. Çünki Azərbaycan müharibənin başa çatdığını, münaqişənin həll olunduğunu bəyan edərək Ermənistana beynəlxalq normalara əsaslanmış 5 baza prinsip üzərində qurulmuş sülh müqaviləsi bağlamağı təklif etmişdir. 

A.Badamov qeyd edib ki, Minsk qrupunun de-yure mövcudluğu Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlanması üçün böyük maneə olaraq qalırdı: "Çünki bu qrupun fəaliyyəti rəsmən ləğv olunmayınca münaqişənin hələ də qalması anlamına gəlirdi. Amma münaqişənin həll olunduğunu tərəflər qəbul etmiş və Ermənistan Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanıdığını bəyan etmişdi. Bununla belə, Minsk qrupunun ləğv edilməsi üçün birgə müraciətin göndərilməsi vacib idi". 

A.Badamov deyib ki, avqustun 8-də Prezident İlham Əliyevin Vaşinqtona səfəri çərçivəsində Ermənistan bu tələbimizi də qəbul edərək, D.Trampın iştirakı ilə ATƏT-ə Minsk qrupunun de-yure ləğv edilməsi ilə bağlı birgə müraciət göndərildi. Birgə müraciətə əsasən, Minsk qrupunun fəaliyyətinə xitam verilməsi ilə bağlı qərar qəbul olunub. Bu qrupun fəaliyyətinə xitam verilməsi Azərbaycanla Ermənistan arasında paraflanmış sülh gündəliyinin bir az da irəliləməsi deməkdir. Bu gün iki ölkə arasında yekun sülh müqaviləsinin imzalanması üçün gündəlikdə qalan yeganə maneə Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasıdır. 

Deputat hesab edir ki, Ermənistan bu məsələyə də konstruktiv yanaşaraq ölkəsində tezliklə referendum keçirib müvafiq addmları atacaq: "Yekun sülh müqaviləsinin imzalanması regionumuza sülh və əməkdaşlıqla zəngin yeni bir reallıq gətirir. Bu, Ermənistanın müstəqil siyasət yürütməsi üçün imkan qazanması demək idi. Sovetlər birliyi dağılandan sonra Ermənistan heç vaxt müstəqil ölkə olmayıb. Bu ölkə həmişə xarici dövlətlərin maraqlarının qurbanına çevrilib. Məhz Azərbaycanla sülh müqaviləsinin imzalanmasından sonra Ermənistan dünyanın bir parçası olmaq imkanını qazanacaq. Regional layihələrdən yararlanacaq və beynəlxalq dəhlizlərdən istifadə etmək imkanı əldə edəcək. Bu, həm də Cənubi Qafqaza dayanıqlı sülhün gəlməsi deməkdir. Uzun illər münaqişə içində olmuş bir region sabitlik və inkişaf edən regiona çevriləcək. Sülh həm də regionumuza rifah və firavanlıq gətirəcək".

Azər Badamov qeyd edib ki, Minsk qrupunun buraxılması Azərbaycanın növbəti siyasi qələbəsidir.  Prezident İlham Əliyevin müəyyənləşdirdiyi bütün tələblər icra olunur. Azərbaycanın bu addmları regionun sülh və təhlükəsizlik qarantı olduğunu bir daha təsdiqləyir.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şarl Mişel: Bakı qlobal dialoq və əməkdaşlıq üçün mühüm platformaya çevrilib

18:27
12 Mart

XIII Qlobal Bakı Forumunun məqsədi problemlərin daha da dərinləşməsinin qarşısını almaqdır

18:25
12 Mart

ÜST-nin Baş direktoru: Dünyada uşaqların 80 faizindən çoxu ölümcül xəstəliklərə qarşı peyvənd olunur  

18:11
12 Mart

Seneqalın sabiq Prezidenti: Qlobal çağırışların həlli üçün çoxtərəfli əməkdaşlıq gücləndirilməlidir  

18:06
12 Mart

BƏT nümayəndələri AHİK ilə əməkdaşlığın mövcud səviyyəsini yüksək qiymətləndiriblər  

18:01
12 Mart

Sabiq Prezident: Dünya məqsədsiz prosesə ehtiyac görmür

17:58
12 Mart

YAP-ın 2025-ci il üzrə maliyyə hesabatı təsdiqlənib

17:53
12 Mart

İşğaldan azad olunmuş ərazilərdə əhaliyə göstərilən tibbi xidmətlər daha da təkmilləşdiriləcək  

17:51
12 Mart

Əsaslı təmirdən sonra yaşayış binaları hərbi qulluqçuların istifadəsinə verilib 

17:48
12 Mart

Sabiq Baş nazir: Konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycanı və Prezident İlham Əliyevi təbrik edirəm  

17:43
12 Mart

Ələt Azad İqtisadi Zonası Çin istehsalçıları üçün cəlbedici mərkəzə çevrilir  

17:41
12 Mart

Binəli Yıldırım: Türkiyə-Azərbaycan həmrəyliyi bölgədə sülhün və sabitliyin ən güclü təminatlarından biridir  

17:37
12 Mart

Azərbaycan iqtisadiyyatı böyüyüb

17:31
12 Mart

Rebeka Qrinspan: Qlobal Bakı Forumu dünyada dialoq və çoxtərəfli əməkdaşlıq üçün mühüm platformadır

17:30
12 Mart

Azərbaycan ilə Serbiya ailə siyasəti və qadın hüquqları sahəsində əməkdaşlığı genişləndirə bilər

17:27
12 Mart

Hikmət Hacıyev: Bizim üçün “orta güc” anlayışı problemlərin həllinə yönələn yanaşma deməkdir  

17:23
12 Mart

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Latviyanın Rifah Nazirliyi arasında əməkdaşlıq üzrə Tədbirlər Planı imzalanıb  

17:21
12 Mart

Hörmüz boğazından daşımalar Yaxın Şərqdəki münaqişədən əvvəlki səviyyənin 10 faizindən də azdır  

17:19
12 Mart

İran səfiri: Azərbaycan hökumətinə və xalqına dərin minnətdarlığımı bildirirəm

17:16
12 Mart

İsmail Serageldin: Qlobal Bakı Forumu beynəlxalq sistemdə dialoq üçün mühüm platformadır

17:13
12 Mart

Prezidentin köməkçisi: Azərbaycan çoxtərəfliliyi dəstəkləyir

17:11
12 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!