07 May 2026 10:31
379
İQTİSADİYYAT
A- A+
4SİM-in icraçı direktoru: Azərbaycan Dünya İqtisadi Forumu ilə rəqəmsal transformasiya layihələrini uğurla icra edir 

4SİM-in icraçı direktoru: Azərbaycan Dünya İqtisadi Forumu ilə rəqəmsal transformasiya layihələrini uğurla icra edir 


Dünya İqtisadi Forumu ilə birgə icra olunan “Tradetech” layihəsinin Azərbaycan üzrə strateji nəticələrinin təqdimatı keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov Mərkəz və layihə barədə məlumat verib.

Fariz Cəfərov qeyd edib ki, 4SİM-in fəaliyyəti çərçivəsində Dünya İqtisadi Forumu (WEF) ilə sıx əməkdaşlıq həyata keçirilir. Bugünkü tədbir ötən ildən başlamış böyük bir layihənin bəhrəsidir və bu prosesdə 28-dən çox tərəf, o cümlədən müxtəlif dövlət qurumları və özəl təşkilatlar aktiv iştirak ediblər.

“Mərkəz olaraq əsas rolumuz texnoloji yeniliklər sahəsində dövlət qurumları, özəl sektor, akademiya və beynəlxalq təşkilatlar arasında körpü rolunu oynamaq, koordinasiyanı təmin etməkdir”, – deyə icraçı direktor vurğulayıb.

Mərkəzin rəhbəri 2021-ci ildə dövlət başçısının müvafiq Fərmanı ilə yaradılan 4SİM-in ötən dövr ərzində gördüyü işlər barədə məlumat verib. Bildirilib ki, qurum ölkənin sosial-iqtisadi inkişaf strategiyası (2022-2026), rəqəmsal iqtisadiyyatın inkişafı strategiyası və digər normativ sənədlərin hazırlanmasında yaxından iştirak edir.

“Hazırda əsas diqqət yetirilən sahələr sırasına bunlar daxildir - “RegTech” və E-ticarət:Ticarət və tənzimləmə texnologiyaları sahəsində araşdırmaların aparılması və hökumətə müvafiq təkliflərin təqdim edilməsi, süni intellekt texnologiyalarının dövlət xidmətlərində və çağrı mərkəzlərində tətbiqi üzrə pilot layihələrin icrası. Eləcə də vahid platformalar - sahibkarlar üçün "One Stop Shop" (Vahid pəncərə) onlayn platformasının inkişaf etdirilməsi”, - deyə F.Cəfərov əlavə edib.

Tədbirdə Dünya İqtisadi Forumunun nümayəndələrinin də təqdimatla çıxış edəcəyini deyən F.Cəfərov, beynəlxalq tərəfdaşlarla birgə hazırlanan metodologiyaların Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyini artıracağını qeyd edib. O, prosesdə rəy və təklifləri ilə iştirak edən bütün tərəfdaşlara təşəkkürünü bildirib.

Qeyd olunub ki, tədbir Azərbaycanda ticarət texnologiyalarının cari vəziyyəti, istifadəsi, ehtiyaclarla bağlı öyrənilənləri maraqlı tərəflərə çatdırmaq və bu texnologiyaların istifadəsini təşviq etmək məqsədilə aparılmış təhlilin nəticələrinin aidiyyəti hədəf qruplarının iştirakı ilə vörkşopda işıqlandırılması, eləcə də tədbir iştirakçılarının infrastruktur, ekosistem və insan kapitalı üzrə tövsiyələrin formalaşdırılması və yekun hesabat sənədinə əks olunması məqsədi daşıyır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

PSJ ardıcıl 2-ci dəfə Çempionlar Liqasının qalibi olub  

23:30
30 May

Xankəndidə keçirilən çay və qəhvə festivalı atəşfəşanlıqla başa çatıb

22:41
30 May

Azərbaycan Türkiyənin internet ixracı üzrə əsas hədəf bazarları sırasında yer alıb

19:48
30 May

Britaniyalı nazir: Azərbaycan Britaniya üçün təhlükəsizlik və diplomatiya sahələrində vacib tərəfdaşdır  

18:28
30 May

Birinci Qax Kitab Sərgisi başlayıb

17:34
30 May

Avropa çempionatı: Minifutbol üzrə Azərbaycan millisindən növbəti qələbə  

17:16
30 May

Qəbələdə təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir

16:44
30 May

Çin avtomobil batareyalarının təkrar emalına nəzarəti gücləndirir

15:43
30 May

Ombudsmanların beynəlxalq konfransında Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində görülən işlərdən danışılıb

13:41
30 May

Sabahın hava proqnozu açıqlanıb

13:04
30 May

Bakıda şiddətli külək nəticəsində 41 ağac sınıb

13:03
30 May

İran yığması FIFA-dan cavab gözləyir

12:57
30 May

Rusiya Ermənistandan tərəvəz və giləmeyvə idxalını məhdudlaşdırdı

12:56
30 May

Bu gün UEFA Çempionlar Liqasının qalibi bəlli olacaq

12:22
30 May

Azərbaycan neftinin qiyməti 98 dollar olub

11:43
30 May

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

11:34
30 May

Rusiya Ermənistandakı səfirini geri çağırıb

11:13
30 May

Xorvatiya Respublikasının Prezidenti Zati-aliləri cənab Zoran Milanoviçə  

11:02
30 May

Zəngilanın “ağıllı kənd”indən dünyaya: Ağalı bağlarının meyvələri xarici bazarlarda  

10:49
30 May

Vaşinqtonda Müstəqillik Günü və Silahlı Qüvvələr Gününə həsr olunmuş rəsmi qəbul keçirilib

10:32
30 May

Pentaqon rəsmisi: Azərbaycanı geostrateji tərəfdaş hesab edirik

10:19
30 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!