25 Noyabr 2026 12:06
103
CƏMİYYƏT
A- A+
“ASAN xidmət”in Pakistanda tətbiqi coğrafiyası genişləndirilir

“ASAN xidmət”in Pakistanda tətbiqi coğrafiyası genişləndirilir


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikası Hökumətinin dəvəti əsasında İslamabad şəhərində səfərdə olub.

Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif nümayəndə heyətini qəbul edib və “Pakistan ASAN xidmət” mərkəzinin genişləndirilməsi ilə bağlı Hökumətin iclasını keçirib.

Görüşdə İslamabad şəhərində “Pakistan ASAN xidmət” mərkəzinin yaradılmasında və fəaliyyətinin uğurla təşkilində göstərilən davamlı dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür ifadə olunub.

Baş nazir mərkəzi mühüm təşəbbüs və əhaliyə xidmət göstərən böyük ictimai xidmət müəssisəsi kimi qiymətləndirib. Bu fəaliyyətin dövlət xidmətlərinin vahid məkanda təqdim olunmasında əsaslı dönüş yaradacağı vurğulanıb.

Pakistanda “ASAN xidmət” mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi və ölkə üzrə genişləndirilməsi, eləcə də Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən aparılmış auditin nəticələri müzakirə olunub. Baş nazir audit hesabatında əks olunan təkmilləşdirmə istiqamətlərinin prioritet qaydada icrası ilə bağlı tapşırıqlar verib.

Baş nazir Azərbaycanın təcrübəsinə uyğun olaraq birbaşa ona tabe olan səlahiyyətli qurumun yaradılması ilə bağlı tapşırıq verib. Həmçinin “Pakistan ASAN xidmət” modelinin bölgələrdə tətbiqi və xidmət şəbəkəsinin genişləndirilməsi üçün əyalət hökumətləri ilə əməkdaşlığın gücləndirilməsi tapşırılıb.

Dövlət Agentliyinin sədri ilə Pakistanın informasiya texnologiyaları və telekommunikasiya üzrə federal naziri arasında görüş də keçirilib. Tərəflər “Pakistan ASAN xidmət” modelinin genişləndirilməsi və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində müzakirələr aparıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Keçmişin yaralarını sağaldan, gələcəyə ümid bəxş edən “Ümid Yeri”  

12:58
25 Noyabr

Nazir: Qlobal enerji sisteminin gələcəyi etibarlı transsərhəd bağlantılardan və uzunmüddətli tərəfdaşlıqlardan asılıdır  

12:51
25 Noyabr

Rusiyanın Samara vilayətinə dron hücumu zamanı bir nəfər ölüb

12:47
25 Noyabr

Kəlbəcərdəki quruculuq “Böyük Qayıdış”ın uğurla reallaşmasından xəbər verir  

12:42
25 Noyabr

Sahibə Qafarova: Azərbaycan-Özbəkistan münasibətləri sistemində parlament ölçüsü mühüm yer tutur  

12:41
25 Noyabr

Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib  

12:34
25 Noyabr

Özbəkistan parlament nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edib

12:27
25 Noyabr

Sabah ölkə ərazisində hava əsasən yağmursuz keçəcək

12:24
25 Noyabr

Özbəkistan parlament nümayəndə heyəti Zəfər parkını ziyarət edib

12:19
25 Noyabr

Astronomlar Günəşdən 500 trilyon dəfədən çox parlaq kvazar aşkar ediblər

12:13
25 Noyabr

“ASAN xidmət”in Pakistanda tətbiqi coğrafiyası genişləndirilir

12:06
25 Noyabr

Azərbaycan və Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb  

12:01
25 Noyabr

Milli Məclisdə İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçirilir

11:44
25 Noyabr

Özbəkistan Ali Məclisi Senatının nümayəndə heyəti Azərbaycana səfərə gəlib

11:34
25 Noyabr

Litvanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib

11:27
25 Noyabr

Dörd yüz tondan artıq təhlükəli toyuq əti məhsulunun dövriyyəsi ilə bağlı üç nəfər məsuliyyətə cəlb olunub

10:51
25 Noyabr

Ombudsman: Qadınlara və qızlara qarşı zorakılığın heç bir formasına bəraət qazandırıla bilməz  

10:47
25 Noyabr

Kəlbəcər Şəhəri Günü: tarixi Zəfər və yeni inkişaf mərhələsi  

10:43
25 Noyabr

Azərbaycan beynəlxalq seçki forumunda təmsil olunur

10:42
25 Noyabr

Azərbaycan Rusiya ilə ticarət sahələrində əməkdaşlıq imkanlarını dəyərləndirib

10:21
25 Noyabr

Qızıl və gümüş ucuzlaşıb

10:20
25 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!