28 Oktyabr 2024 18:05
93
İQTİSADİYYAT
A- A+
Ağdam Sənaye Parkındakı müəssisələrdə artıq 100-dək şəxs işlə təmin edilib

Ağdam Sənaye Parkındakı müəssisələrdə artıq 100-dək şəxs işlə təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Ağdam Sənaye Parkına mediatur təşkil edib.

Dövlət Məşğulluq Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, mediatur zamanı jurnalistlərə bildirilib ki, Ağdam Sənaye Parkı işğaldan azad edilən ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının reallaşdırılması, sahibkarlığın dəstəklənməsi ilə yanaşı, əhalinin məşğulluğunun təminatında da mühüm rola malikdir. Agentlik Ağdam Sənaye Parkında fəaliyyət göstərən müəssisələrlə davamlı əməkdaşlıq edir. Dövlət Məşğulluq Agentliyinin xətti ilə artıq 100-dək şəxs həmin müəssisələrdə işlə təmin olunub. Onların böyük əksəriyyəti ətraf ərazilərdə məskunlaşmış keçmiş məcburi köçkünlərdir.

Qeyd edilib ki, peşə hazırlığı kurslarının təşkilində də birgə işlər görülür. 55 şəxs üçün Sənaye Parkındakı müəssisələrin istehsalat bazalarında peşə kursları təşkil olunub.

Media nümayəndələri müəssisələrdə məşğulluğu təmin edilmiş şəxslərlə görüşüb, onların iş şəraiti, habelə peşə kursları ilə əyani tanış olublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ağdamda 10 mindən çox ağac əkilib

20:14
28 Oktyabr

“Naxçıvan Muxtar Respublikasının yaranmasının Azərbaycanın siyasi tarixində rolu” mövzusunda konfrans işə başlayıb 

20:13
28 Oktyabr

Ən yaxşı ordusu olan ölkələr açıqlandı

19:27
28 Oktyabr

Zelenski: ABŞ-nin siyasəti dəyişsə, bizim üçün çətin olacaq

19:12
28 Oktyabr

Azərbaycan-Pakistan hərbi əməkdaşlığının daha da möhkəmləndirilməsi istiqamətində atılacaq addımlar müzakirə edilib

19:10
28 Oktyabr

“Volkswagen”in üç zavodu bağlanır  

19:05
28 Oktyabr

İndoneziyada Merapi vulkanı yenidən aktivləşib

18:58
28 Oktyabr

"Mançester Yunayted" Ten Haqı istefaya göndərdi - Rəsmi

18:44
28 Oktyabr

"Bütün xəyallarımı gerçəkləşdirirəm" – Aktürkoğlu

18:23
28 Oktyabr

Zelenski: Sülh sammiti Hindistanda keçirilə bilər

18:15
28 Oktyabr

Ağdam Sənaye Parkındakı müəssisələrdə artıq 100-dək şəxs işlə təmin edilib

18:05
28 Oktyabr

Berdiyevdən şok qərar: Futbolçuları avtobusdan düşürdü, acıqlandı, sonra…

17:56
28 Oktyabr

Macarıstanın Baş naziri Gürcüstana səfər edəcək

17:55
28 Oktyabr

Papuaşvili: Prezident mitinqlərin təşkilində iştirakçıdır

17:40
28 Oktyabr

Dünyanın ilk hidrogenli tankı istehsal ediləcək

17:39
28 Oktyabr

Lavrov: Qərbin hərbçiləri Ukraynadadırlar  

17:38
28 Oktyabr

Xameneinin müşaviri: Qərblə əməkdaşlığa açığıq

17:21
28 Oktyabr

Fransanın Ermənistanı silahlandırması həm də erməni xalqına qarşı düşmənçilikdir

17:19
28 Oktyabr

“iPhone 16”-nın satışı qadağan edildi

17:00
28 Oktyabr

Kənd təsərrüfatı naziri Yevlax və Goranboyda pambıq sahələrinə baxış keçirib

16:47
28 Oktyabr

Kremldən Gürcüstandakı vəziyyətlə bağlı açıqlama

16:21
28 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!