28 Oktyabr 2024 19:10
87
SİYASƏT
A- A+
Azərbaycan-Pakistan hərbi əməkdaşlığının daha da möhkəmləndirilməsi istiqamətində atılacaq addımlar müzakirə edilib

Azərbaycan-Pakistan hərbi əməkdaşlığının daha da möhkəmləndirilməsi istiqamətində atılacaq addımlar müzakirə edilib

Oktyabrın 28-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdən əvvəl Pakistan nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin xatirələrini ehtiramla anıblar.

Müdafiə Nazirliyində keçirilən rəsmi qarşılanma mərasimində fəxri qarovul dəstəsinin önündən keçiddən sonra hər iki ölkənin Dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

General-polkovnik Z.Həsənov ölkələrimiz arasında hərbi əlaqələrin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib. Azərbaycan, Pakistan və Türkiyə arasında həyata keçirilən ikitərəfli və üçtərəfli hərbi əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.

Müdafiə naziri Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti ilə bağlı Pakistan nümayəndə heyətini məlumatlandırıb.

General S.Ş.Mirza Azərbaycan-Pakistan hərbi əməkdaşlığının inkişaf etdirilməsində qarşılıqlı səfərlərin vacibliyini diqqətə çatdırıb. Qonaq 8 Noyabr - Zəfər Günü münasibətilə müdafiə nazirini təbrik edib.

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadovun da iştirak etdiyi görüşdə, həmçinin ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahəsində əməkdaşlığın yeni perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Daha sonra müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Pakistan nümayəndə heyəti ilə görüşüb.

Baş Qərargahda keçirilən görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın cari vəziyyəti müzakirə edilib və daha da möhkəmləndirilməsi istiqamətində həyata keçiriləcək tədbirlər barədə ətraflı fikir mübadiləsi aparılıb. Azərbaycan-Pakistan-Türkiyə ikitərəfli və üçtərəfli birgə təlimlərinin intensivliyinin artırılmasının zəruriliyi qeyd edilib, eləcə də qarşılıqlı əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Beynəlxalq Bankı COP29-un əsas tərəfdaş bankı seçilib

21:00
28 Oktyabr

Avropa Azərbaycan Mərkəzi Avropa Parlamentinin qərəzli qətnaməsinə etiraz edib

20:59
28 Oktyabr

“Qlobal İnnovasiya İndeksi 2024”də texnologiya və innovasiyalarla bağlı göstəricilər ətraflı təhlil olunub

20:56
28 Oktyabr

Azərbaycan Prezidenti İlham Əliyev özbəkistanlı həmkarını təbrik edib

20:54
28 Oktyabr

Füzulidə vətəndaşların Böyük Qayıdışla bağlı müraciətləri dinlənilib

20:52
28 Oktyabr

Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab Şavkat Mirziyoyevə

20:48
28 Oktyabr

Azərbaycan Kazanda BRICS-ə üzv ölkələrin milli statistika xidmətləri rəhbərlərinin görüşündə təmsil olunur  

20:42
28 Oktyabr

Milli Məclisin deputatları Özbəkistanda parlament seçkiləri ilə əlaqədar mətbuat konfransında iştirak ediblər

20:34
28 Oktyabr

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Sumqayıtda “Ülviyyət” adlı tədbirdə iştirak edib

20:28
28 Oktyabr

COP29-a hazırlıqla bağlı FHN tərəfindən görülən işlərin böyük hissəsi yekunlaşıb  

20:24
28 Oktyabr

Ağdamda 10 mindən çox ağac əkilib

20:14
28 Oktyabr

“Naxçıvan Muxtar Respublikasının yaranmasının Azərbaycanın siyasi tarixində rolu” mövzusunda konfrans işə başlayıb 

20:13
28 Oktyabr

Ən yaxşı ordusu olan ölkələr açıqlandı

19:27
28 Oktyabr

Zelenski: ABŞ-nin siyasəti dəyişsə, bizim üçün çətin olacaq

19:12
28 Oktyabr

Azərbaycan-Pakistan hərbi əməkdaşlığının daha da möhkəmləndirilməsi istiqamətində atılacaq addımlar müzakirə edilib

19:10
28 Oktyabr

“Volkswagen”in üç zavodu bağlanır  

19:05
28 Oktyabr

İndoneziyada Merapi vulkanı yenidən aktivləşib

18:58
28 Oktyabr

"Mançester Yunayted" Ten Haqı istefaya göndərdi - Rəsmi

18:44
28 Oktyabr

"Bütün xəyallarımı gerçəkləşdirirəm" – Aktürkoğlu

18:23
28 Oktyabr

Zelenski: Sülh sammiti Hindistanda keçirilə bilər

18:15
28 Oktyabr

Ağdam Sənaye Parkındakı müəssisələrdə artıq 100-dək şəxs işlə təmin edilib

18:05
28 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!