28 Oktyabr 2024 17:19
104
SİYASƏT
A- A+
Fransanın Ermənistanı silahlandırması həm də erməni xalqına qarşı düşmənçilikdir

Fransanın Ermənistanı silahlandırması həm də erməni xalqına qarşı düşmənçilikdir

Oktyabrın 23-də Fransa Senatının Xarici İşlər, Müdafiə və Silahlı Qüvvələr Komitəsində ölkənin xarici işlər naziri Jean-Noel Barrot və senator Valerie Boyer tərəfindən Azərbaycana qarşı növbəti əssasız ittihamlar səsləndirilmişdir. Fransa XİN-in 2025-ci il üçün büdcəsinin və beynəlxalq vəziyyətin müzakirə olunduğu iclasda Azərbaycanı Fransaya qarşı “aqressiv müdaxilələr” və “düşmən hərəkətlər” törətməkdə ittiham etmişlər. Fransa rəsmilərinə məhz öz açıqlamaları əsasında aşağıdakıları bildirmək istərdim.

Nazir Barrot etiraf edir ki, “Avropa müstəvisində Avropa sülh mexanizmi”nin Ermənistana münasibətdə tətbiq edilməsinə nail olublar. Reallıqda isə Fransanın təşəbbüsü və dəstəyi ilə Ermənistanla bağlı “silahlandırma və hərbiləşdirmə mexanizmi” işə salınmışdır. Avropa İttifaqının digər üzv dövlətlərindən də cəlb olunan hərbi yardımlar nəticəsində Ermənistan sürətlə silahlanır və silahlandırılır, onun 2025-ci il üçün müdafiə xərcləri 20% artırılaraq 1,71 milyard dollar təşkil edəcəkdir. Bu 3 il əvvəlki hərbi büdcə ilə müqayisədə 3 dəfə (!) artım deməkdir. Regionda de fakto sülh və sabitlik əldə edildiyi, sülh müqaviləsi üzərində substantiv danışıqların aparıldığı, şərti dövlət sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı işlər irəlilədildiyi bir vaxtda müstəmləkəçi keçmişində qanlı hadisələr təcrübəsi olan Fransanın bu niyyətinin arxasında hansı məkrli plan dayanır? 

Eyni zamanda bu etiraflar Fransanın Aİ üzv dövlətləri arasında ikinci ən böyük deputat qrupu ilə təmsil olunduğu Avropa Parlamentində cari ilin 24 oktyabr tarixində Azərbaycan əleyhinə qəbul edilmiş qətnamədə yer alan qərəzin də haradan qaynaqlandığını tam aşkarlayır: “Avropa Parlamenti Avropa Sülh Fondunun Ermənistanın silahlı qüvvələrinin dəstəklənməsinə yönəlmiş fəaliyyətini alqışlayır, Ermənistan və Aİ arasında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın daha da gücləndirilməsinə çağırır. Avropa Parlamenti bəzi üzv dövlətlərin Ermənistana hərbi dəstəyini alqışlayır və digər üzv dövlətlərdən də oxşar dəstək göstərməyi tələb edir.” 

Azərbaycana münasibətdə isə Fransa Avropa Parlamenti vasitəsi ilə tələb edir ki, Azərbaycanın hərbi və təhlükəsizlik qabiliyyətinin möhkəmlənməsinə töhfə verə biləcək bütün texniki və maliyyə yardımı, eləcə də hərbi və təhlükəsizlik təchizatı ilə bağlı ixracat dayandırılsın. 

BMT Təhlükəsizlik Şurasının üzvü kimi dünyada sülhün və təhlükəsizliyin təmin edilməsinə məsul olan Fransanın bu əməlləri Cənubi Qafqaz regionunda yeni münaqişə ocağını alovlandırmaq cəhdlərini sübut edir. Əsl “düşmənçilik” və “aqressiv əməl” budur, bu əməllər təkcə Azərbaycana deyil, eyni zamanda “unutmaq istəmədiyiniz” və “dəstəyinizini azaltmaq istəmədiyiniz Ermənistan və erməni xalqı”na da qarşı yönəlmişdir. 

Bu düşmənçiliyə və aqressiv əməllərə son qoymaq və bütün region dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı faydalı münasibətləri onu bərpa və inkişaf etmək məhz Fransanın öz əlindədir.


Rizvan NƏBİYEV,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

COP29-a hazırlıqla bağlı FHN tərəfindən görülən işlərin böyük hissəsi yekunlaşıb  

20:24
28 Oktyabr

Ağdamda 10 mindən çox ağac əkilib

20:14
28 Oktyabr

“Naxçıvan Muxtar Respublikasının yaranmasının Azərbaycanın siyasi tarixində rolu” mövzusunda konfrans işə başlayıb 

20:13
28 Oktyabr

Ən yaxşı ordusu olan ölkələr açıqlandı

19:27
28 Oktyabr

Zelenski: ABŞ-nin siyasəti dəyişsə, bizim üçün çətin olacaq

19:12
28 Oktyabr

Azərbaycan-Pakistan hərbi əməkdaşlığının daha da möhkəmləndirilməsi istiqamətində atılacaq addımlar müzakirə edilib

19:10
28 Oktyabr

“Volkswagen”in üç zavodu bağlanır  

19:05
28 Oktyabr

İndoneziyada Merapi vulkanı yenidən aktivləşib

18:58
28 Oktyabr

"Mançester Yunayted" Ten Haqı istefaya göndərdi - Rəsmi

18:44
28 Oktyabr

"Bütün xəyallarımı gerçəkləşdirirəm" – Aktürkoğlu

18:23
28 Oktyabr

Zelenski: Sülh sammiti Hindistanda keçirilə bilər

18:15
28 Oktyabr

Ağdam Sənaye Parkındakı müəssisələrdə artıq 100-dək şəxs işlə təmin edilib

18:05
28 Oktyabr

Berdiyevdən şok qərar: Futbolçuları avtobusdan düşürdü, acıqlandı, sonra…

17:56
28 Oktyabr

Macarıstanın Baş naziri Gürcüstana səfər edəcək

17:55
28 Oktyabr

Papuaşvili: Prezident mitinqlərin təşkilində iştirakçıdır

17:40
28 Oktyabr

Dünyanın ilk hidrogenli tankı istehsal ediləcək

17:39
28 Oktyabr

Lavrov: Qərbin hərbçiləri Ukraynadadırlar  

17:38
28 Oktyabr

Xameneinin müşaviri: Qərblə əməkdaşlığa açığıq

17:21
28 Oktyabr

Fransanın Ermənistanı silahlandırması həm də erməni xalqına qarşı düşmənçilikdir

17:19
28 Oktyabr

“iPhone 16”-nın satışı qadağan edildi

17:00
28 Oktyabr

Kənd təsərrüfatı naziri Yevlax və Goranboyda pambıq sahələrinə baxış keçirib

16:47
28 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!