28 Oktyabr 2024 20:13
85
CƏMİYYƏT
A- A+
“Naxçıvan Muxtar Respublikasının yaranmasının Azərbaycanın siyasi tarixində rolu” mövzusunda konfrans işə başlayıb 

“Naxçıvan Muxtar Respublikasının yaranmasının Azərbaycanın siyasi tarixində rolu” mövzusunda konfrans işə başlayıb 

Oktyabrın 28-də “Naxçıvan Muxtar Respublikasının yaranmasının Azərbaycanın siyasi tarixində rolu” mövzusunda konfransın açılış tədbiri keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət edib, abidə önünə tər güllər düzüb, ehtiramlarını ifadə ediblər.

Sonra Heydər Əliyev Muzeyi ziyarət olunub. Ziyarətçilər Ulu Öndərin mənalı ömür yolunu və zəngin ictimai-siyasi fəaliyyətini əks etdirən dəyərli eksponatlara, o cümlədən muzeydə yeni yaradılan “Heydər Əliyev və Azərbaycanın yeni enerji strategiyası” bölməsinə baxıblar.

Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş sərgiyə baxış zamanı məlumat verilib ki, sərgidə mövzuya həsr olunmuş elmi ədəbiyyatlar, dövri mətbuat və digər nəşrlər, rəsm və əl işləri nümayiş etdirilir.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli dövlət başçısının 2023-cü il dekabrın 30-da “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzaladığını, Sərəncama əsasən Naxçıvan Muxtar Respublikasının yaranmasının Azərbaycanın siyasi tarixində çox mühüm hadisə olduğu nəzərə alınaraq silsilə yubiley tədbirləri keçirildiyini bildirib. Vurğulayıb ki, “Naxçıvan Muxtar Respublikasının yaranmasının Azərbaycanın siyasi tarixində rolu” mövzusundakı konfrans da bu tədbirlərin davamı kimi mühüm əhəmiyyət kəsb edir. Çünki Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi böyük əhəmiyyətə və mühüm strateji-coğrafi mövqeyə malikdir.

Səlahiyyətli nümayəndə qeyd edib ki, 5 min ildən artıq şəhərsalma mədəniyyətinə və dövlətçilik tarixinə malik olan Naxçıvan ötən 100 ildə gərgin hərbi-siyasi mübarizələrin mərkəzinə çevrilib. Bir əsrdə Naxçıvan iki dəfə ağır sınaqlar qarşısında qalıb. Əgər XX əsrin əvvəllərində Naxçıvan muxtariyyət statusu alaraq çətin hərbi-siyasi mübarizələrin nəticəsi olaraq işğaldan qorunmuşdursa, 1990-1993-cü illərdə Ümummilli Liderimiz, müdrik dövlət xadimi Heydər Əliyevin şəxsi nüfuzu, gərgin siyasi mübarizəsi və qətiyyəti nəticəsində bu qədim diyarımız erməni işğalından, muxtariyyəti isə ləğv olunmaq təhlükəsindən xilas olub. Fuad Nəcəfli qeyd edib ki, 100 illik muxtariyyət tariximizin ötən 21 illik inkişaf və tərəqqi dövrü Prezident İlham Əliyevin adı ilə bağlıdır. Bu dövrdə Naxçıvanda mühüm infrastruktur tədbirləri həyata keçirilib, sosial-iqtisadi inkişaf təmin edilib, muxtar respublikanın müdafiə potensialı gücləndirilib. Zəngəzur dəhlizinin açılması perspektivində Naxçıvan Muxtar Respublikası ölkəmizin digər bölgələri ilə quru əlaqəsini də təmin edəcək. Prezidentin diqqət və qayğısının nəticəsi olaraq Naxçıvanda müasir idarəetmə modelinin tətbiqi, aparılan institusional islahatlar, nəqliyyat imkanlarının genişləndirilməsi, bütün bunların yekunu olaraq isə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunması Naxçıvanda yeni inkişaf mərhələsinin əsasını qoyub. Ölkə Prezidentinin rəhbərliyi ilə Naxçıvan muxtariyyətinin 100 illiyini uğurla başa vurur. Qarşıda daha böyük hədəflər var. Əsas vəzifə ölkəmizin ümumi inkişafının tərkib hissəsi kimi Naxçıvanın da kompleks inkişafına nail olmaq, daha böyük nailiyyətlər qazanmaqdır. Hesab edirik ki, istər Zəngəzur dəhlizinin açılması ilə yaranacaq yeni imkanlar, istərsə də Dövlət Proqramının icrası ilə reallaşan yeni sosial-iqtisadi mühit Naxçıvanı tarixin ən güclü inkişaf dövrünə yüksəldəcək, qədim diyarımız Türk dünyasının və regionun əsas nəqliyyat-tranzit və iqtisadi-ticarət mərkəzinə çevriləcək.

Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən “Naxçıvan Muxtar Respublikasının yaranmasının Azərbaycanın siyasi tarixində rolu" mövzusundakı konfransda aparılan müzakirələrin Naxçıvanın muxtariyyət tarixinin öyrənilməsi və təbliği baxımından əhəmiyyətli olacağını, yeni yanaşmalar ortaya qoyulacağını diqqətə çatdıran səlahiyyətli nümayəndə konfransın işinə uğurlar arzulayıb, iştirakçılara və təşkilatçılara təşəkkürünü bildirib.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxışında deyib ki, Türk-İslam mədəniyyətinin mühüm elementlərini özündə yaşadan Naxçıvanın İslamaqədər və İslamdan sonrakı tarixi dövrləri türk etnoslarının tarix və mədəniyyətinin öyrənilməsində önəmli mərhələ təşkil edir. Mərkəzi Asiya, Yaxın Şərq, eləcə də Osmanlı arxivlərində Naxçıvan tarixinə, mədəniyyətinə dair dəyərli mənbələr mövcuddur. Sevindirici haldır ki, gənc alimlər bu mənbələri araşdırmaqla Naxçıvanı ətraflı tədqiq edir, dəyərli elmi əsərlər ərsəyə gətirirlər. Bununla belə qədim diyarımızın tarixinin öyrənilməyən səhifələri, araşdırılacaq çox mövzu və mənbələr mövcuddur. Bu istiqamətdə tədqiqatlar davam etdirilməlidir. Bu gün keçirilən konfrans da birgə araşdırmaların nəticələrinin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır.

Sonra Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov, AMEA Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Türkiyənin Ağrı İbrahim Çeçen Universitetinin rektoru, professor Abdulhalik Karabulut və Qars Qafqaz Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, Qafqaz və Orta Asiya Araşdırmalar Mərkəzinin direktoru, professor Hacalı Nəcəfoğlu çıxış ediblər. Vurğulanıb ki, Naxçıvan tarixin müxtəlif mərhələlərində üzərinə düşən vəzifələri uğurla yerinə yetirib. Böyük dövlətlərin maraqlarına sinə gərən bu diyarın əhalisi əzmkarlıq göstərib, bölgənin müdafiəsini təmin edib. Dövlət başçısının “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı muxtar respublikanın Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında rolunun daha dərindən öyrənilməsinə xidmət edən mühüm tarixi qərardır.

Sonda Naxçıvan Dövlət Universitetinin Tələbə teatr studiyası və simfonik orkestri kompozisiya və konsert proqramı ilə çıxış ediblər.

Konfrans işini sabah bölmə iclasları ilə davam etdirəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Beynəlxalq Bankı COP29-un əsas tərəfdaş bankı seçilib

21:00
28 Oktyabr

Avropa Azərbaycan Mərkəzi Avropa Parlamentinin qərəzli qətnaməsinə etiraz edib

20:59
28 Oktyabr

“Qlobal İnnovasiya İndeksi 2024”də texnologiya və innovasiyalarla bağlı göstəricilər ətraflı təhlil olunub

20:56
28 Oktyabr

Azərbaycan Prezidenti İlham Əliyev özbəkistanlı həmkarını təbrik edib

20:54
28 Oktyabr

Füzulidə vətəndaşların Böyük Qayıdışla bağlı müraciətləri dinlənilib

20:52
28 Oktyabr

Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab Şavkat Mirziyoyevə

20:48
28 Oktyabr

Azərbaycan Kazanda BRICS-ə üzv ölkələrin milli statistika xidmətləri rəhbərlərinin görüşündə təmsil olunur  

20:42
28 Oktyabr

Milli Məclisin deputatları Özbəkistanda parlament seçkiləri ilə əlaqədar mətbuat konfransında iştirak ediblər

20:34
28 Oktyabr

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Sumqayıtda “Ülviyyət” adlı tədbirdə iştirak edib

20:28
28 Oktyabr

COP29-a hazırlıqla bağlı FHN tərəfindən görülən işlərin böyük hissəsi yekunlaşıb  

20:24
28 Oktyabr

Ağdamda 10 mindən çox ağac əkilib

20:14
28 Oktyabr

“Naxçıvan Muxtar Respublikasının yaranmasının Azərbaycanın siyasi tarixində rolu” mövzusunda konfrans işə başlayıb 

20:13
28 Oktyabr

Ən yaxşı ordusu olan ölkələr açıqlandı

19:27
28 Oktyabr

Zelenski: ABŞ-nin siyasəti dəyişsə, bizim üçün çətin olacaq

19:12
28 Oktyabr

Azərbaycan-Pakistan hərbi əməkdaşlığının daha da möhkəmləndirilməsi istiqamətində atılacaq addımlar müzakirə edilib

19:10
28 Oktyabr

“Volkswagen”in üç zavodu bağlanır  

19:05
28 Oktyabr

İndoneziyada Merapi vulkanı yenidən aktivləşib

18:58
28 Oktyabr

"Mançester Yunayted" Ten Haqı istefaya göndərdi - Rəsmi

18:44
28 Oktyabr

"Bütün xəyallarımı gerçəkləşdirirəm" – Aktürkoğlu

18:23
28 Oktyabr

Zelenski: Sülh sammiti Hindistanda keçirilə bilər

18:15
28 Oktyabr

Ağdam Sənaye Parkındakı müəssisələrdə artıq 100-dək şəxs işlə təmin edilib

18:05
28 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!