18 Avqust 2026 20:40
166
SİYASƏT
A- A+
907-ci düzəlişin ləğvi Azərbaycan-ABŞ strateji tərəfdaşlığında yeni imkanlar aça bilər 

907-ci düzəlişin ləğvi Azərbaycan-ABŞ strateji tərəfdaşlığında yeni imkanlar aça bilər 


Bildiyimiz kimi, ABŞ Dövlət Departamenti “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin Azərbaycanla bağlı tətbiqinin dayandırılması müddətinin yenidən uzadılması ilə əlaqədar Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə bildiriş göndərib.

AZƏRTAC xəbər verir ki, sənəddə 907-ci düzəlişin Azərbaycanla bağlı tətbiqinin dayandırılması müddətinin daha bir il uzadılması təklif olunur.

Bildirişin verilməsi icraedici hakimiyyətin - Ağ Evin və Dövlət Departamentinin Azərbaycanla bağlı siyasətdə mövcud hüquqi maneələrin aradan qaldırılması istiqamətində səylərinin göstəricisidir. Bununla da, rəsmi Vaşinqton Prezident Donald Tramp administrasiyasının rəhbərliyi ilə Azərbaycana birbaşa yardım proqramlarının maneəsiz şəkildə həyata keçirilməsinə sadiqliyini nümayiş etdirir.

1992-ci ildə ABŞ Konqresi tərəfindən qəbul edilən bu sənəd Azərbaycana birbaşa dövlət yardımının göstərilməsini qadağan etsə də, 2001-ci ildə ABŞ Senatı Ağ Evə bu məhdudiyyətlərin tətbiqini müvəqqəti dayandırmaq səlahiyyəti verən qətnamə qəbul edib. Ötən il avqustun 8-də Ağ Evdə keçirilən sülh sammiti çərçivəsində ABŞ Prezidenti Donald Tramp 907-ci düzəlişin Azərbaycanla bağlı tətbiqinin dayandırılması barədə sənəd imzalayıb. Prezident İlham Əliyev həmin imzalanma mərasimində iştirak edib. Azərbaycan Prezidenti İlham Əliyev 2026-cı il iyunun 1-də “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin tətbiqinin dayandırılması müddətinin uzadılması ilə bağlı sənədin imzalanmasına görə ABŞ Prezidenti Donald Trampa təşəkkürünü bildirib.

Qeyd edək ki, 907-ci düzəliş Azərbaycan-ABŞ əlaqələrində beynəlxalq və regional gündəliyi əhatə edən strateji tərəfdaşlıq prinsiplərinə zidd olan qanunvericilik maneəsidir. Hazırda bu düzəlişin hüquqi təsir dairəsi də yoxdur. Azərbaycan Prezidenti İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında 907-ci düzəlişin ləğvi üçün əsasları açıqlayıb. Dövlətimizin başçısı bildirib: “Buna səbəb təsvir edildiyi kimi, Azərbaycanın Ermənistana qarşı blokadası idi. İlk olaraq bu, düz deyil. Biz Ermənistanı blokadaya almamışıq. Ermənistan ərazimizi işğal edib və işğal olunmuş ərazilər məhz Ermənistan ilə Azərbaycan arasında yerləşir. Beləliklə, işğal olmasaydı, blokada, həmçinin olmazdı. İkincisi, bunu həmin vaxt görmək bizim üçün, əlbəttə, ağrılı idi, çünki ölkə çox yoxsul idi. Biz yeganə keçmiş sovet respublikası idik ki, ABŞ Konqresinin ayrı-seçkiliyinə məruz qaldıq. Bu gün həmin düzəliş tamamilə köhnəlib. Birincisi, Azərbaycan ilə Ermənistan arasında Prezident Trampın iştirakı ilə Ağ Evdə sülh sazişi paraflandı. İkincisi, Azərbaycan birtərəfli olaraq Ermənistana bütün tranzit məhdudiyyətlərini aradan qaldırdı və hazırda biz bunu etməklə 40 min tondan artıq müxtəlif yüklər Rusiya, Qazaxıstan və digər yerlərdən Ermənistana daşındı. Bundan əlavə, Azərbaycan özü Ermənistana neft məhsullarını təchiz etməyə başlayıb və bildiyimə görə artıq 10 min tondan çoxdur. Bu, xüsusən də indi - bir çox ölkələrin yanacağa çıxışdan əziyyət çəkdiyi dövrdə baş verir və Ermənistan Azərbaycanı etibarlı mənbə kimi görür. Əgər belə olmasaydı, ola bilsin, bu gün onlar bütün dünyada benzin və dizel yanacağı axtarmalı olacaqdılar”.

Aktın müvafiq maddəsi ABŞ icra hakimiyyətinin səlahiyyət dairəsinə daxil olmasa da, Donald Trampın dövlətimizin başçısı İlham Əliyevə xüsusi rəğbəti fonunda həmin sənədin tətbiqini dondurması təkcə simvolik məna çalarlarını əhatə etmir. Bu, ABŞ ilə Azərbaycan arasında strateji münasibətlərin ruhundan irəli gələn gündəliyə unikal fürsətlər verən yanaşmanın vacib ölçüsüdür. Bu məqsədlə Donald Tramp və onun administrasiyası maksimum dərəcədə iki məsələ üzərində fokuslanır:

- Əhəmiyyətli transformasiyadan keçən beynəlxalq nizamda Azərbaycan-ABŞ strateji əməkdaşlığı qarşılıqlı hörmətə əsaslanaraq müştərək prioritetləri faydalı strateji alətlər kateqoriyasına daxil edir;

- ABŞ Konqresində (Nümayəndələr Palatası və Senat) respublikaçıların çoxluğu Tramp administrasiyasının 907-ci düzəlişi ləğv etməsi üçün Konqreslə işləməsini asanlaşdıra bilər.

Göründüyü kimi, Azərbaycanla yanaşı, ABŞ rəhbərliyi də 907-ci düzəlişin tamamilə ləğvini yeni regional və beynəlxalq reallıqlarda eksklüziv əməkdaşlıq qurmaq üçün şans kimi görürlər.

Perspektiv üçün 907-ci düzəlişin ləğv olunduğu vəziyyətdə münasibətlərin səviyyəsi potensial olaraq iki istiqamətdə üstün cəhətlər yarada bilər:

- ABŞ-Azərbaycan əməkdaşlığında təhlükəsizlik gündəmi üzrə interaktiv proqram müzakirə predmetinə çevrilər. Bu, daha böyük regional çərçivədə ABŞ-nin Cənubi Qafqaz və Mərkəzi Asiya strategiyasında vahid prioritetlərə əsaslanan inkişaf səviyyəsini strukturlaşdırır. Bu prosesdə Azərbaycanın təhlükəsizlik arxitekturasındakı mövqeyi Zəngəzur dəhlizi (TRIPP marşrutu) amili ilə ABŞ-nin regional proqramına dəstək verir;

- Azərbaycanla ABŞ-nin müdafiə sənayesində və hərbi-texniki əməkdaşlığındakı səhifə açılır.

907-ci düzəliş regionda formalaşan yeni geosiyasi reallıqlar fonunda nəinki siyasi “məntiqini”, həm də hüquqi mahiyyətini tamamilə itirir. Ağ Evdə keçirilən sülh sammiti, Azərbaycanın Ermənistana qarşı tranzit və yanacaq məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırması Cənubi Qafqazda qarşılıqlı etimad və əməkdaşlıq mühitinin formalaşdığının əyani göstəricisidir. Bütün bunlar 907-ci düzəlişin hüquqi əsaslarını da əhəmiyyətli dərəcədə zəiflədir.

Gələcəkdə 907-ci düzəlişin tamamilə ləğv edilməsi ABŞ və Azərbaycan arasında gündəliyin TRIPP marşrutunun təhlükəsizlik aspektlərinə yönəldilməsi üçün yeni imkanlar yarada bilər. Digər tərəfdən, bu, Bakı ilə Vaşinqton arasında hərbi-texniki sahədə hərtərəfli əməkdaşlığın inkişafı üçün də geniş perspektivlər aça bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ebola virusu yayılan Konqo Demokratik Respublikasında narazılıqlar başlayıb

21:17
18 Avqust

Müəllimlərin işə qəbulu müsabiqəsində vakansiya seçimi mərhələsinin nəticələri elan olunub

20:46
18 Avqust

Azərbaycan Sərhəd Mühafizəsinin 107-ci ildönümü qeyd edilib

20:45
18 Avqust

“Neftçi” serbiyalı futbolçu ilə müqavilə imzalayıb

20:44
18 Avqust

Berlin administrasiyasına kiberhücum 50 mindən çox ailənin sosial ödənişlərini riskə atıb

20:42
18 Avqust

907-ci düzəlişin ləğvi Azərbaycan-ABŞ strateji tərəfdaşlığında yeni imkanlar aça bilər 

20:40
18 Avqust

Şahzadə Diananın qardaşı onun haqqında kitab yazacaq

18:50
18 Avqust

Azərbaycanın Milli Qəhrəmanı, itkin şəhid Xəqani Aslanovun xatirəsi yad edilib

18:45
18 Avqust

Azərbaycanın üç güləşçisi dünya çempionatında yarımfinala yüksəlib

18:43
18 Avqust

Çempionlar Liqası: “Hapoel” “Sabah”la oyuna tam heyətlə hazırlaşır

18:40
18 Avqust

TRIPP mövcud nəqliyyat dəhlizlərinə rəqib deyil, onları tamamlayan layihədir 

18:38
18 Avqust

Azərbaycanda bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub

18:05
18 Avqust

ABŞ-də Azərbaycan diasporunun fəaliyyəti və yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib

18:00
18 Avqust

Naxçıvanın daşları nə danışır? – Abidələrin arxasındakı böyük Azərbaycan tarixi

17:59
18 Avqust

Keçmiş məcburi köçkünlərin qayıdışı ilə bağlı müraciətləri dinlənilib

17:56
18 Avqust

Baş prokuror Qubada vətəndaşların müraciətlərini dinləyib

17:52
18 Avqust

Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri DSX-nin hospitalını və hərbi hissələrini ziyarət ediblər

15:35
18 Avqust

Azərbaycan muğamı Rumıniyada beynəlxalq festivalda təqdim olunub

15:33
18 Avqust

Prezident İlham Əliyev Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

15:30
18 Avqust

Süni intellekt kənd təsərrüfatında: Qusarda innovativ layihələr təqdim olunub

15:26
18 Avqust

Ekspert: TRIPP Orta Dəhlizin dayanıqlığını gücləndirən yeni bağlantı imkanları yaradır

15:24
18 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!