18 Avqust 2026 17:59
144
Mədəniyyət
A- A+
Naxçıvanın daşları nə danışır? – Abidələrin arxasındakı böyük Azərbaycan tarixi

Naxçıvanın daşları nə danışır? – Abidələrin arxasındakı böyük Azərbaycan tarixi


Naxçıvanda Eldənizlər dövrünə, Azərbaycan Atabəyləri dövlətinə aid tarixi və memarlıq abidələrinin bərpası, qorunması və geniş şəkildə təbliğ edilməsi olduqca vacibdir. Təəssüf ki, istər sovet dövrünün tarixşünaslığında, istərsə də sonrakı illərdə Eldənizlər dövləti, Azərbaycan Atabəyləri dövləti haqqında kifayət qədər geniş və dolğun məlumat verilməyib. Halbuki Atabəylər Azərbaycan dövlətçilik tarixinin ən parlaq səhifələrindən biridir. Yaxın Şərqdə mühüm proseslərə təsir göstərmiş bu dövlətin əsas mərkəzlərindən biri Naxçıvan və Ordubad olub.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Qafqaz Tarixi Araşdırmalar Mərkəzinin direktoru Rizvan Hüseynov deyib.

O bildirib ki, Azərbaycan Atabəyləri dövləti XII–XIII əsrlərdə regionun və bütövlükdə İslam dünyasının siyasi tarixində mühüm rol oynayıb. “Eldənizlər dövründə Azərbaycan Atabəyləri dövləti böyük siyasi və hərbi gücə malik olub, Yaxın Şərqdə gedən proseslərə ciddi təsir göstərib, Bağdad xəlifəliyi ilə münasibətlərdə mühüm siyasi mövqe tutub. Onun siyasi mərkəzlərindən biri Naxçıvan olub, Ordubad bu tarixi proseslərdə mühüm yer tutub. Atabəylər dövrünə aid irsin həm bərpa edilməsi, həm də geniş şəkildə təbliğ olunması prinsipial əhəmiyyət daşıyır. Azərbaycan tarixinin bu mühüm mərhələsinin daha dərindən araşdırılması xalqımızın qədim və zəngin dövlətçilik ənənələrinin yeni tərəflərinin üzə çıxarılmasına imkan verir. Sovet dövründə Azərbaycan Atabəyləri dövləti və xüsusilə Naxçıvanın bu dövlətin tarixindəki rolu barədə məlumatların geniş şəkildə təqdim edilməsinə müxtəlif səbəblərdən kifayət qədər imkan verilməyib. Biz indi bu ənənəni dəyişməliyik. Azərbaycan Atabəyləri dövlətinin dünya tarixindəki rolunu daha geniş şəkildə araşdırmalı və cəmiyyətə çatdırmalıyıq. Bu dövlət orta əsrlərdə yalnız Azərbaycan tarixində deyil, Yaxın Şərqin siyasi tarixində də mühüm rol oynayıb. Səlib yürüşlərinin qarşısının alınması proseslərində, Yaxın Şərqdə siyasi sabitliyin formalaşmasında, İraq, Suriya, Şam ərazilərində, eləcə də İran və Qafqazda gedən siyasi proseslərdə ciddi təsirə malik olub”, – deyə Qafqaz Tarixi Araşdırmalar Mərkəzinin direktoru bildirib.

Tarixçi alim diqqətə çatdırıb ki, bu baxımdan Eldənizlər və Azərbaycan Atabəyləri dövlətinin tarixinin araşdırılması yalnız bir dövlətin və ya müəyyən bir tarixi dövrün öyrənilməsi ilə məhdudlaşmır. Bu araşdırmalar Azərbaycanın orta əsrlərdə Yaxın Şərq və İslam dünyasında oynadığı siyasi, mədəni və hərbi rolu daha aydın şəkildə ortaya qoymağa imkan verir. Qafqaz Tarixi Araşdırmalar Mərkəzi bu istiqamətdə müəyyən araşdırmalar aparır. Azərbaycan Atabəyləri dövləti ilə yanaşı, Mahmud Nurəddin Zəngi və onun tələbəsi, möhtəşəm sərkərdə Səlahəddin Əyyubi ilə bağlı araşdırmalar aparılır. Bu şəxsiyyətlər Yaxın Şərqin siyasi və hərbi tarixində mühüm iz qoyublar, regionun İslam tarixində yeni mərhələnin formalaşmasına təsir göstəriblər. Bu baxımdan həmin dövrü bütöv şəkildə araşdırmaq olduqca vacibdir. Memar Əcəmi Naxçıvani həmin dövrün Azərbaycan memarlıq məktəbinin ən böyük nümayəndələrindən biridir. Möminə xatun isə təkcə tarixi abidə ilə deyil, həm də Azərbaycan Atabəyləri dövlətinin siyasi tarixində mühüm mövqeyi olan hökmdar ailəsinin nümayəndəsi kimi diqqət çəkir. Bu tarixi irsi bir-birindən ayrı təsəvvür etmək olmaz.

“Azərbaycan Atabəyləri dövlətinin mühüm mərkəzlərindən biri də Gəncə olub. Nizami Gəncəvinin yaşayıb-yaratdığı dövr də məhz həmin tarixi mərhələyə təsadüf edir və bu fakt Azərbaycan Atabəyləri dövrünün yalnız siyasi və hərbi deyil, həm də mədəni baxımdan nə qədər zəngin olduğunu göstərir. Biz burada çox böyük bir tarixi mənzərə ilə qarşılaşırıq. Bir tərəfdə Azərbaycan Atabəyləri dövlətinin siyasi və hərbi gücü, digər tərəfdə Memar Əcəmi Naxçıvaninin yaratdığı möhtəşəm memarlıq məktəbi, Nizami Gəncəvinin dünya ədəbiyyatına verdiyi töhfələr, Möminə xatun kimi tarixi şəxsiyyətlərin fəaliyyəti dayanır. Bütün bunlar eyni tarixi mühitin məhsuludur. Naxçıvanda Eldənizlər dövrünə aid abidələrin bərpası bu baxımdan yalnız memarlıq nümunələrinin fiziki qorunması məsələsi deyil. Burada daha geniş məqsəd – Azərbaycan xalqının həmin dövrdə yaratdığı dövlətçilik, memarlıq və mədəniyyət irsinin gələcək nəsillərə çatdırılması dayanır. Biz bu irsi bərpa etməklə yanaşı, onu insanlara tanıtmalıyıq. Naxçıvana gələn insan bilməlidir ki, qarşısında sadəcə qədim bir abidə dayanmır. O abidənin arxasında böyük bir dövlətçilik tarixi, böyük bir memarlıq məktəbi və Azərbaycan xalqının dünya və İslam tarixində oynadığı mühüm rol dayanır. Məncə, əsas məsələ də məhz budur – biz öz tariximizin bu möhtəşəm səhifələrini həm araşdırmalı, həm qoruyub saxlamalı, həm də dünyaya təqdim etməliyik”, – deyə Rizvan Hüseynov fikirlərini yekunlaşdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şahzadə Diananın qardaşı onun haqqında kitab yazacaq

18:50
18 Avqust

Azərbaycanın Milli Qəhrəmanı, itkin şəhid Xəqani Aslanovun xatirəsi yad edilib

18:45
18 Avqust

Azərbaycanın üç güləşçisi dünya çempionatında yarımfinala yüksəlib

18:43
18 Avqust

Çempionlar Liqası: “Hapoel” “Sabah”la oyuna tam heyətlə hazırlaşır

18:40
18 Avqust

TRIPP mövcud nəqliyyat dəhlizlərinə rəqib deyil, onları tamamlayan layihədir 

18:38
18 Avqust

Azərbaycanda bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub

18:05
18 Avqust

ABŞ-də Azərbaycan diasporunun fəaliyyəti və yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib

18:00
18 Avqust

Naxçıvanın daşları nə danışır? – Abidələrin arxasındakı böyük Azərbaycan tarixi

17:59
18 Avqust

Keçmiş məcburi köçkünlərin qayıdışı ilə bağlı müraciətləri dinlənilib

17:56
18 Avqust

Baş prokuror Qubada vətəndaşların müraciətlərini dinləyib

17:52
18 Avqust

Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri DSX-nin hospitalını və hərbi hissələrini ziyarət ediblər

15:35
18 Avqust

Azərbaycan muğamı Rumıniyada beynəlxalq festivalda təqdim olunub

15:33
18 Avqust

Prezident İlham Əliyev Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

15:30
18 Avqust

Süni intellekt kənd təsərrüfatında: Qusarda innovativ layihələr təqdim olunub

15:26
18 Avqust

Ekspert: TRIPP Orta Dəhlizin dayanıqlığını gücləndirən yeni bağlantı imkanları yaradır

15:24
18 Avqust

Naxçıvan yeni inkişaf mərhələsinə qədəm qoyub

14:52
18 Avqust

Azərbaycan klubu 4 legioner voleybolçu transfer edib

14:49
18 Avqust

Almaniya Silahlı Qüvvələrində 186 min 700 kişi və qadın xidmət edir

14:47
18 Avqust

Hazırda 4 minədək uşağa sosial xidmət və reabilitasiya dəstəyi göstərilir

14:45
18 Avqust

TRIPP layihəsi Azərbaycanın tranzit-logistika mövqeyini gücləndirə bilər

14:42
18 Avqust

Naxçıvan geosiyasi və iqtisadi reallıqlar fonunda yeni inkişaf mərhələsinə qədəm qoyur 

14:39
18 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!