18 Avqust 2026 14:42
175
SİYASƏT
A- A+
TRIPP layihəsi Azərbaycanın tranzit-logistika mövqeyini gücləndirə bilər

TRIPP layihəsi Azərbaycanın tranzit-logistika mövqeyini gücləndirə bilər


“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) reallaşdırılması Azərbaycanın Cənubi Qafqazda geosiyasi və geoiqtisadi mövqeyini gücləndirə biləcək strateji təşəbbüslərdən biri kimi qiymətləndirilə bilər. Layihənin əhəmiyyəti yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında fasiləsiz nəqliyyat bağlantısının yaradılması ilə məhdudlaşmır. Onun Orta Dəhlizə inteqrasiyası ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat sistemlərinin qovşağındakı mövqeyini daha da möhkəmləndirə bilər.

Bu fikirləri AZƏRTAC-a açıqlaması zamanı iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Təbriz Yadigarov səsləndirib.

Onun sözlərinə görə, mövcud statistik məlumatlar Azərbaycanın tranzit potensialının artmaqda olduğunu göstərir.

“2024-cü ildə ölkənin nəqliyyat dəhlizləri ilə 33 milyon 258 min ton yük daşınaraq 324 milyon 366 min 900 manatlıq gəlir əldə edilib. Xüsusilə diqqətçəkən məqam Şimal-Cənub istiqamətində tranzit yüklərin 2023-cü ildəki 1 milyon 829 min 300 tondan 2024-cü ildə 2 milyon 240 min100 tona yüksəlməsi, yəni 22,4 faiz artmasıdır. Şimal-Qərb dəhlizində tranzit yükdaşımalar 2024-cü ildə əvvəlki ilə nisbətən 95 min 500 ton artaraq 5 milyon 984 min 900 ton, Cənub-Qərb dəhlizində isə 2023-cü illə müqayisədə tarzit daşımalar 141 min 300 ton artaraq 394 min 200 ton təşkil edib. Şərq–Qərb dəhlizi üzrə tranzit daşımaların həcmi 2024-cü ildə 10 milyon 220 min 900 ton təşkil edib. Son illərdə nəqliyyat növləri üzrə də müsbət struktur dəyişiklikləri müşahidə olunur. 2024-cü ildə dəmir yolu ilə yükdaşımalar 15 milyon 280 min tona, avtomobil nəqliyyatı ilə 10 milyon 900 min tona çatıb. Dəmir yolu ilə tranzit daşımaların həcmi bir il ərzində 6 milyon 540 min tondan 7 milyon 120 min tona yüksəlib. Bu, təxminən 8,9 faizlik artım deməkdir. Dəmir yolu daşımalarından əldə olunan gəlir də 349 milyon 600 min manatdan 362 milyon manata yüksəlib.

Bu istiqamətdə TRIPP Naxçıvanın coğrafi mövqeyini real iqtisadi üstünlüyə çevirmək üçün yeni imkan yarada bilər. Coğrafi baxımdan, Türkiyə və İranla həmsərhəd olan Naxçıvanda logistika mərkəzlərinin, terminalların, anbar komplekslərinin və ixracyönümlü istehsal sahələrinin inkişafı tranzit yük axınlarından əlavə dəyər əldə edilməsinə şərait yaradar. TRIPP-in Orta Dəhlizlə inteqrasiyası isə Mərkəzi Asiya–Xəzər–Azərbaycan–Naxçıvan–Türkiyə–Avropa xəttinin şaxələnməsinə xidmət edə bilər. Beləliklə, TRIPP yalnız nəqliyyat layihəsi deyil, Naxçıvanın iqtisadi inteqrasiyasını sürətləndirən və Azərbaycanın Avrasiyanın əsas tranzit-logistika qovşaqlarından biri kimi mövqeyini gücləndirən geoiqtisadi imkan kimi dəyərləndirilə bilər”, - deyə o qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri DSX-nin hospitalını və hərbi hissələrini ziyarət ediblər

15:35
18 Avqust

Azərbaycan muğamı Rumıniyada beynəlxalq festivalda təqdim olunub

15:33
18 Avqust

Prezident İlham Əliyev Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

15:30
18 Avqust

Süni intellekt kənd təsərrüfatında: Qusarda innovativ layihələr təqdim olunub

15:26
18 Avqust

Ekspert: TRIPP Orta Dəhlizin dayanıqlığını gücləndirən yeni bağlantı imkanları yaradır

15:24
18 Avqust

Naxçıvan yeni inkişaf mərhələsinə qədəm qoyub

14:52
18 Avqust

Azərbaycan klubu 4 legioner voleybolçu transfer edib

14:49
18 Avqust

Almaniya Silahlı Qüvvələrində 186 min 700 kişi və qadın xidmət edir

14:47
18 Avqust

Hazırda 4 minədək uşağa sosial xidmət və reabilitasiya dəstəyi göstərilir

14:45
18 Avqust

TRIPP layihəsi Azərbaycanın tranzit-logistika mövqeyini gücləndirə bilər

14:42
18 Avqust

Naxçıvan geosiyasi və iqtisadi reallıqlar fonunda yeni inkişaf mərhələsinə qədəm qoyur 

14:39
18 Avqust

Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb

14:37
18 Avqust

Myanma 300 min müsəlmanın qayıdışına şərt qoyub

14:35
18 Avqust

Kolumbiyada zəlzələdən dəymiş ziyanın məbləği 9,5 milyard dollardır

14:33
18 Avqust

Tramp Administrasiyasında zəngin məmurların sayı rekord həddə çatıb

14:30
18 Avqust

Fransanın qərbində yanğın nəzarət altına alınıb

14:27
18 Avqust

C vitamini soyuqdəyməni müalicə edirmi?

14:25
18 Avqust

Avropada təbii qaz bahalaşmağa başlayıb

14:21
18 Avqust

Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin tarixi uğurunu xüsusi qeyd edib

13:46
18 Avqust

Bu il dövlət büdcəsinin xərclərinin 40,8 milyard manat olacağı gözlənilir

13:44
18 Avqust

Türk dünyasının arxeoloqları Macarıstanda ortaq rəqəmsal irs bazası yaradacaqlar

13:42
18 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!