17 Avqust 2026 18:23
812
Mədəniyyət
A- A+
Gədəbəydə Qafqaz Albaniyası dövrünə aid 560 qəbirin aşkarlandığı Xarxar nekropolunda genişmiqyaslı qazıntılar aparılır

Gədəbəydə Qafqaz Albaniyası dövrünə aid 560 qəbirin aşkarlandığı Xarxar nekropolunda genişmiqyaslı qazıntılar aparılır


Gədəbəyin Xarxar kəndində yerləşən eyniadlı nekropolda arxeoloji qazıntılar aparılır.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, arxeoloji tədqiqatlar AMEA Arxeologiya və Antropologiya İnstitutu ilə “Azərbaycan İnterneşnl Mayning Kompani” (AİMK) arasında bağlanmış birgə əməkdaşlıq müqaviləsi çərçivəsində həyata keçirilir.

Arxeoloji ekspedisiyaya institutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfov rəhbərlik edir. Alimin bildirdiyinə görə, Qafqaz Albaniyasına məxsus arxeoloji abidələrin, xüsusilə də qəbir abidələrinin tədqiqi Azərbaycan arxeologiyasının ən aktual mövzularından biridir. Xarxar nekropolunda aparılan arxeoloji qazıntılar alban irsinin araşdırılmasında mühüm addımlardandır. İndiyədək rayonda, eləcə də bölgədə alban dövrünə aid heç bir nekropolda belə irimiqyaslı arxeoloji tədqiqatlar həyata keçirilməyib.

Xarxar nekropolu 2012-ci ildə mərhum arxeoloq, dosent Qoşqar Qoşqarlı tərəfindən Şəmkir və Gədəbəy ərazisində alban dövrünə aid arxeoloji abidələrin qeydiyyatını aparan zaman yerli əhalinin verdiyi məlumat əsasında müəyyən edilib. İlk dəfə olaraq alimlər Şamil Nəcəfov və Samir Kərimovun iştirakı ilə ekspedisiya qrupu əraziyə baxış keçirib, ilkin müşahidələr əsasında abidənin yeri, dövrü və təyinatı haqqında məlumat götürülüb. Nekropol Xarxarçayın kiçik dağ çayı qolunun hündür sol sahilində, yüksək dağ zirvəzindən çay dərəsinə yönəlik yastı, az maili təpəliyin üzərində yerləşir, sahəsi 1 hektardan bir qədər artıqdır.

“Müşahidələr onu deməyə əsas verir ki, zamanında nekropolun sərhədləri daha geniş əraziləri əhatə edib, yaxın ətraflardan, xüsusilə əkin yerlərindən tapılan eyni formalı qəbir daşlarının aşkarlanması da bu fikri sübut edir. Nekropolda ilkin müşahidələr zamanı yerüstü əlamətləri bilinən 130-a qədər qəbir abidəsinin mövcudluğu qeydə alınsa da, arxeoloji qazıntıların 1-ci mərhələsinin yekununda, torpağın üst örtüyünün götürülməsi zamanı yerüstü əlamətləri bilinməyən və torpaq altında yatıb qalmış yeni qəbirlər (sinə daşları) də üzə çıxıb və onların sayı 560-a çatır. Qəbirlər dikinə basdırılmış baş və ayaq daşları, qəbir kameraları üzərində əsasən cənub-qərb – şimal-şərq istiqamətində və qərb-şərq istiqamətində uzadılmış sinə daşları ilə müşayiət olunur. Yalnız sinə daşları olan qəbirlərin sayı daha çoxdur”, - deyən Şamil Nəcəfov bildirib ki, qəbirlər sıx yerləşdirilib və bəzən sıra ardıcıllığı izlənilir. Qəbirüstü daşların ölçüsündə qeyri-standartlıq müşahidə olunur. Baş və sinə daşları təxminən 2-2,5 metr uzunluğunda, 50-80 santimetr qalınlığında olub, ağırlıqları 200-300 kiloqramdan 1 tona qədərdir.

Xarxar nekropolunda üzərində alban xaçları təsvir edilmiş baş və sinə daşlarının sayı 19 ədəddir. Qəbirlərin açılması, onların strukturunun müəyyən edilməsi, dəfn qaydalarının öyrənilməsi ilə yanaşı, paralel olaraq insan qalıqları üzərində antropoloji təhlillər də aparılmaqdadır. Bu təhlillər dəfn olunan insanların cinsi, yaşı, xəstəlikləri, ümumiyyətlə isə antropoloji tipi haqqında müəyyən elmi fikirlər söyləməyə imkan verir. Bu barədə danışan arxeoloq qeyd edib ki, insan sümüklərindəki patoloji vəziyyətin öyrənilməsi, bioloji antropologiyanın metodlarından biri olan insan kəllələrinin ölçülməsi, radioloji, DNK, bir sözlə texnoloji vasitələrdən istifadə edilməsi planlaşdırılır. Hələ ki, 90-a yaxın qəbrin üzəri açılıb, dəfn kameralarının çox sıx və yanaşı salınması müəyyən edilib. Uşaq skeletlərinə az rast gəlinir. Mütləq yaşın təyin edilməsi məqsədilə sümük materialları əsasında radiokarbon analizlərin aparılması planlaşdırılır.

“Bəzi qəbir kameralarından VII-IX əsrlərə aid keramika nümunələrinin tapılması qəbirlərin aid olduğu dövrün xronoloji mənzərəsini yaratmaqda yardımçı olur. İndiyədək açılmış dəfn yerləri əsasında müəyyən edilib ki, nekropolda dəfnlər IV əsrdən xristianlığı dövlət dini kimi qəbul etmiş albanlara məxsusdur. Sonrakı 4-5 əsr ərzində dəfnlər ardıcıl olaraq icra edilib”, - deyə Şamil Nəcəfov vurğulayıb.

Hazırda ərazidə tədqiqatlar davam edir. Arxeoloji ekspedisiyanın fəaliyyət müddəti dövründə nekropoldakı qəbir abidələrinin tamamilə tədqiq edilməsi, dəfn adətlərinin öyrənilməsi, gələcəkdə müvafiq elmi nəşrlərin hazırlanması nəzərdə tutulur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib

19:32
22 Sentyabr

ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq

19:21
22 Sentyabr

Tramp: ABŞ və Venesuela dünya neftinin 60 faizindən çoxuna sahibdir

19:12
22 Sentyabr

ABŞ Prezidenti: İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verməyəcəyəm

19:03
22 Sentyabr

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının açılışında iştirak edib

18:58
22 Sentyabr

Formula 1 Azərbaycan Qran-Prisinə son 2 gün: Bakı sürət yarışına hazırdır

18:56
22 Sentyabr

Azərbaycan XİN: Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”nin nəticələrini tanımırıq

18:49
22 Sentyabr

Dublində qədim qala tapılıb

18:47
22 Sentyabr

Süni intellektə tələbat yaddaş çiplərinin qiymətini rekord həddə çatdırıb  

18:39
22 Sentyabr

Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK

18:34
22 Sentyabr

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

18:32
22 Sentyabr

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin açılış mərasimi olub

18:28
22 Sentyabr

 Şirin içkilərin tez-tez qəbulunun gizli təhlükəsi 

18:28
22 Sentyabr

Quterreş: Şəbəkələşmiş gələcəyin qurulması super dövlətlərin müəyyən hədlərin mövcudluğunu qəbul etməsi ilə başlayır

18:18
22 Sentyabr

BMT-nin Baş katibi: Afrikanın daimi təmsil olunmadığı Təhlükəsizlik Şurası ədalətsizdir

18:13
22 Sentyabr

Tarixdə ilk dəfə pilotsuz sualtı aparatdan ağır torpeda buraxılıb

18:04
22 Sentyabr

Azərbaycan ilə Almaniya enerji əməkdaşlığının genişləndirilməsini dəyərləndirib

17:54
22 Sentyabr

Göz quruluğuna qarşı təbii vasitə aşkar edilib   

17:49
22 Sentyabr

Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

17:48
22 Sentyabr

Süni intellekt müəllimin köməkçisi ola bilərmi?

17:45
22 Sentyabr

“ADEX 2026” və “Securex Caspian” sərgiləri 3 gün davam edəcək

17:41
22 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!