29 İyun 2022 02:16
1073
İQTİSADİYYAT
A- A+
5 ayda kənd təsərrüfatı məhsullarının istehsalı 3,3 faiz artıb

5 ayda kənd təsərrüfatı məhsullarının istehsalı 3,3 faiz artıb

 

İl yarıdır. Bu isti yay günləri kəndli üçün ikiqat qaynar dövrdür. Aqrar sektorun bir çox sahələrində məhsul yığımı sürətlə davam edir. Bir sıra sahələrdə isə yığıma hazırlıq görülür, əsas diqqət məhsulun yetişdirilməsinə, keyfiyyətinin yüksək olmasına yönəldilir.

Əslində, kəndlinin işi il boyu dayanmır. Dövlət Statistika Komitəsindən aldığımız məlumatlar da cari ilin yanvar-may ayları ərzində ölkənin kənd təsərrüfatında görülmüş işlərin fakt və rəqəmlərdə ifadəsidir. Belə ki, ilin 5 ayında kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 2 milyard 639,8 milyon manat təşkil edib. Bunun 2 milyard 28,4 milyon manatı heyvandarlıq, 611,4 milyon manatı bitkiçilik məhsullarının payına düşüb. 2021-ci ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalı 3,3, o cümlədən heyvandarlıq üzrə 2,8, bitkiçilik üzrə 5,1 faiz artıb. 

Məlumatda iyunun 1-nə ölkədə yaz-tarla işlərinin davam etdiyi bildirilir. İlin əvvəlindən həmin vaxtadək 382,6 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb. Sözügedən dövrdə 63,4 min hektar sahədə dənlilər və dənli paxlalı bitkilər əkilib ki, bunun da 29,3 min hektarı qarğıdalıdır. Eyni zamanda 54,7 min hektar sahədə kartof, 64 min hektarda tərəvəz, 20 min hektarda bostan bitkiləri, 104,3 min hektarda pambıq, 11,4 min hektarda dən üçün günəbaxan, 5 min hektarda şəkər çuğunduru, 2,2 min hektarda tütün, 55,3 min hektarda çoxillik otlar, 1 min hektar sahədə birillik otlar və 1,3 min hektarda digər yazlıq bitkilər əkilib. 

Yaz-tarla işləri ilə yanaşı, kənd təsərrüfatı məhsullarının yığımına da başlanıb. İyun ayının 1-nə kimi tarlalardan 54,7 min ton taxıl, 195,5 min ton kartof, 326,2 min ton tərəvəz, 24,1 min ton meyvə və giləmeyvə, 372,6 ton yaşıl çay yarpağı yığılıb. Toplanan kartof, tərəvəz və meyvələr əvvəlki ilin eyni dövrü ilə müqayisədə çox, taxıl və yaşıl çay isə az olub.

Əsas heyvandarlıq məhsullarının istehsalında artım müşahidə edilib. Belə ki, əvvəlki ilin müvafiq dövrünə nisbətən quş əti də daxil olmaqla diri çəkidə ət istehsalı 3 faiz artıb. 5 ayda bu sahədə istehsal 220,1 min ton təşkil edib. 890,9 min ton süd, 824,8 milyon ədəd yumurta istehsal olunub. Bu məhsullar müvafiq olaraq 1,9 və 3 faiz artıb. Yalnız un istehsalı azalıb.

Ənənəvi kənd təsərrüfatı sahələrinin dirçəldilməsinə dövlət dəstəyi baramaçılıqda da özünü müsbət nəticələrlə göstərir. İyunun əvvəlinə 32,7 ton barama istehsal edilib ki, bu da 2021-ci ilin eyni vaxtının göstəricisindən 2,9 dəfə çoxdur.

Qarşıdakı aylar da kəndlidən gərgin zəhmət və böyük məsuliyyət tələb edir. Kəndli və fermerlər aqrar sektorun bütün sahələrində yetişdirdikləri bol məhsulu itkisiz toplamalı, bazara vaxtında çatdırmalı və qışa tədarük etməlidirlər.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında

02:33
28 Dekabr

“Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 93-VIIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə

02:32
28 Dekabr

Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında

02:30
28 Dekabr

"Qrant haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 75-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

02:29
28 Dekabr

"Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində "Avtomobil yolları" Məqsədli Büdcə Fondunun yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 12 oktyabr tarixli 1729 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

02:29
28 Dekabr

"Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

02:28
28 Dekabr

"Sosial sığorta haqqında", "Tibbi sığorta haqqında" və "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

02:27
28 Dekabr

"Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə

02:27
28 Dekabr

"Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında

02:26
28 Dekabr

İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında

02:25
28 Dekabr

"İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 95-VIIQ nömrəli Qanununun tətbiqi barədə

02:24
28 Dekabr

"Qrant haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:24
28 Dekabr

Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında

02:23
28 Dekabr

"Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 94-VIIQ nömrəli Qanununun tətbiqi barədə

02:22
28 Dekabr

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında

02:21
28 Dekabr

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 98-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

02:20
28 Dekabr

“Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 28 sentyabr tarixli 142 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 

02:17
28 Dekabr

Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi və “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi və “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi və “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 mart tarixli 89 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 28 fevral tarixli 68 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 14 yanvar tarixli 12 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” 2023-cü il 16 yanvar tarixli 12 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında 

02:16
28 Dekabr

“İdman sahəsində seleksiya üzrə baş mütəxəssislərə aylıq vəzifə maaşlarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli 86 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:15
28 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 noyabr tarixli 205 nömrəli Qərarı ilə təsdiq edilmiş “Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri”ndə dəyişiklik edilməsi haqqında

02:13
28 Dekabr

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları”nın təsdiq edilməsi və “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 23 dekabr tarixli 226 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

02:12
28 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!