28 Dekabr 2024 02:29
140
Sərəncamlar
A- A+
"Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində "Avtomobil yolları" Məqsədli Büdcə Fondunun yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 12 oktyabr tarixli 1729 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

"Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində "Avtomobil yolları" Məqsədli Büdcə Fondunun yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 12 oktyabr tarixli 1729 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. "Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində "Avtomobil yolları" Məqsədli Büdcə Fondunun yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 12 oktyabr tarixli 1729 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 10, maddə 870 (Cild I) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. birinci abzasdan "dövlət büdcəsinin" sözləri çıxarılsın;

1.2. 2.2 - 2.4-cü və 2.6-cı bəndlər ləğv edilsin;

1.3. 2.7-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.8-ci bənd əlavə edilsin:

"2.8. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq göstərdiyi ödənişli xidmətlərdən əldə etdiyi gəlirlər, ianələr, qrantlar və qanunla qadağan edilməyən digər mənbələr.".

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Bu Sərəncam 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 27 dekabr 2024-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkmənistan Hava Yolları Moskvaya uçuşları dayandırıb  

18:11
28 Dekabr

"Top 8" turnirində qaliblər müəyyənləşib

17:59
28 Dekabr

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.  

17:57
28 Dekabr

Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevdən

17:56
28 Dekabr

Nazir Məcnun Məmmədov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

17:54
28 Dekabr

Vardanyan Ruben Karlenoviç barəsində cinayət işi məhkəməyə göndərilib  

17:53
28 Dekabr

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacaq - PROQNOZ  

17:52
28 Dekabr

XİN: Azərbaycan cari ildə qlobal miqyasda yardım və humanitar dəstək fəaliyyətini artırıb  

17:50
28 Dekabr

Nazirlik: Azərbaycan mina problemin aradan qaldırılması üçün diplomatik fəallıq göstərib  

17:49
28 Dekabr

XİN: Azərbaycan il ərzində ikitərəfli və çoxtərəfli əsasda 40 ölkə ilə 204 sənəd imzalayıb  

17:48
28 Dekabr

Baş Prokurorluqda 2024-cü ilin nəticələri və qarşıda duran vəzifələr müzakirə edilib

17:46
28 Dekabr

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib

17:45
28 Dekabr

UNICEF: Bu il 64 min uşaq Bolqarıstanda himayə üçün müraciət edib  

16:51
28 Dekabr

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib

16:48
28 Dekabr

Dövlət Xidməti sahibkarlara müraiciət edib

16:40
28 Dekabr

Azərbaycan ilə Misir arasında kənd təsərrüfatı sahəsində əlaqələrin genişləndirilməsi üçün böyük potensial mövcuddur  

16:38
28 Dekabr

Xankəndi, Xocalı və Ağdərədə uşaqlara bayram sovqatı paylanılıb

16:14
28 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

16:12
28 Dekabr

Braziliya Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinin nümayəndələri Aktauya gəliblər  

16:11
28 Dekabr

Təyyarə qəzasında yaralananlara səyyar “ASAN xidmət” göstərilib

16:10
28 Dekabr

Bu ilin 11 ayında əmək müqavilələrinin sayı 75 min artıb

16:08
28 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!