30 May 2025 08:00
1367
SİYASƏT
A- A+
3. SİYASİ İRADƏ, MÜSTƏQİL SİYASƏT, İQTİSADİ GÜC, QÜDRƏTLİ ORDU VƏ BİR DƏ REALLAŞAN MÖHTƏŞƏM LAYİHƏLƏR

3. SİYASİ İRADƏ, MÜSTƏQİL SİYASƏT, İQTİSADİ GÜC, QÜDRƏTLİ ORDU VƏ BİR DƏ REALLAŞAN MÖHTƏŞƏM LAYİHƏLƏR


"Bu, bizim hamımızın Qələbəsidir. Azərbaycan xalqı bu Qələbəni əldə etməklə öz tarixi böyüklüyünü bütün dünyaya nümayiş etdirdi".

İlham ƏLİYEV 


"Biz müzəffər xalqıq, qalib xalqıq. Öz torpağımızda yaşayırıq. Bir daha sübut etdik ki, bu torpaqların sahibi bizik, çünki biz dağıdan yox, qurub-yaradanıq və bundan sonra da bu torpaqlarda əbədi yaşayacağıq".

İlham ƏLİYEV 


"Bizə qarşı soyqırımı törədilmişdir, bizə qarşı urbisid törədilmişdir, ekosid törədilmişdir. Erməni faşizmi bu bölgəni daim işğal altında saxlamaq istəyirdi və əfsuslar olsun ki, onların arxasında duran bəzi xarici dövlətlər onlarla həmrəy idi. 

Açıq olmasa da, gizli kanallarla onlara verilən mesajlar ondan ibarət idi ki, Azərbaycan cürət edib heç vaxt azadlıq müharibəsinə başlamayacaq, biz sizin arxanızdayıq, biz sizə dəstək olacağıq, sizə silah veririk, mənəvi dəstək veririk, sizin üçün mənəvi dayağıq".

İlham ƏLİYEV 


"Biz açıq-aydın başa düşürdük və görürdük ki, hansı qüvvələr Ermənistana dəstək verir, hansı qüvvələr onların arxasındadır, hansı qüvvələrlə biz üz-üzə gələ bilərik və gəlmişik də. Amma bu, bizi çəkindirmədi. Artıq biz "öldü var, döndü yoxdur" şüarı ilə yaşayırdıq və 44 günlük Vətən müharibəsi həm peşəkarlıq, həm qəhrəmanlıq, həm milli ruh salnaməsidir. Bu, bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi. Onu göstərdi ki, Azərbaycan xalqı mütləq və tam qələbə qazanmaq üçün öz canından keçməyə hazırdır".

İlham ƏLİYEV 


TOY-BAYRAMLA DÖNÜŞ


Vətəndən ayrı düşmək dözülməz dərddir...

Torpaq itkisi müsibətdir.

Təəssüf  ki, hər iki dərdi və kədəri yaşadıq.

Yurdsuz-yuvasız qalaraq olmazın ehtiyac və çətinliklərə sinə gərməyə  məcbur olduq.

Bəzən inamımızı  itirsək də, ümidimizi  üzmədik.

Əmanət qəbirlərə gömülərək  sonradan doğma yurda nəşimizin qaytarılmasını vəsiyyət etdik.

Çünki biz belə xalqıq, belə millətik!

Vətənsiz yaşaya bilmərik!

Aləm cənnətə dönsə də, Qarabağı  unutmarıq!

Həm də ona görə unutmarıq ki, Qarabağı itirəndə iyirmi min övladımızı da şəhid vermişdik.

Yəni döyüşərək, özümüzdən qat-qat güclü,  arxalı  düşmənə uduzaraq Vətən  torpağını tərk etmişdik.

Amma heç vaxt məğlubiyyəti qəbul etmədik!

Heç zaman vətənsizliklə barışmadıq!

Bildik ki, nə vaxtsa doğma torpaqlara qayıdacağıq!

İnandıq ki, haçansa bizə bu  zülmü yaşadan  düşmənə qalib gələrək qisasımızı alacağıq! 

Həm də bilirdik ki, Ulu Öndərimiz heç zaman bizi köməksiz qoymayacaq!

Əmin idik ki, o, geriyə dönərək bizi yenidən  toparlayacaq,  torpaqlarımızı bizə, bizi isə yenidən  Vətənə qaytaracaqdır!

Belə də oldu.

Xalqın arzu və tələbi ilə Ulu Öndər Heydər Əliyev yenidən ölkə rəhbərliyinə qayıtdı.

Böyük uzaqgörənliklə  həm cari və təxirəsalınmaz məsələlərlə, həm də gələcəyə ünvanlanan işlərlə məşğul oldu!

Bir dövlət kimi məhvolma həddinə çatdırılan Azərbaycanı  qüdrətli inkişafın astanasına  çatdıraraq əbədiyyətə qovuşdu!

Bu məqamda da dövlətin sonrakı taleyini  düşündü.

Yarımçıq qalmış işlərini ən layiqli siyasi varisinə vəsiyyət edərək ona özü qədər inandığını və məhz onun həmin işləri  uğurla başa çatdıracağına  əminliyini bildirdi.

Cənab İlham Əliyev bu etimadı şərəflə doğrultdu, ata vəsiyyətini də sonadək yerinə yetirdi.

Müzəffər Ali Baş Komandan İlham Əliyev möhkəm təməl üzərində  xarüqələr yaratdı!

Düşmən ordusunu "dəmir yumruğ"u ilə məhv etdi!

Qisasımızı döyüş meydanında aldı!

Bu gün isə yeni möcüzələr yaradaraq bizi tikib qurduğu, cənnətə çevirdiyi Qarabağa qaytarır.

Həm də elə-belə yox...

Toy-bayramla, fəxarətlə, qürurla!

Əsl qaliblərə məxsus sevinc və şadyanalıqla!

Artıq Ağdama da köç başlayıb.

 Sarıcalı, Kəngərli kəndlərinin əsl sahibləri deyə-gülə geriyə qayıdırlar.

Bəli, Ağdam həm də Qarabağın toy otağıdır!

Qədim el sənəti  muğamlarımızı yaşadan neçə-neçə görkəmli sənətkarımızın doğulduğu yerdir.

Bütün bu məqamları nəzərə alan Prezident İlham Əliyev Ağdamda ikinci  Muğam Mərkəzinin də açılışını etdi.

Birinci  Muğam Mərkəzi Quzanlıda  hələ 2018-ci ildə istifadəyə verilmişdi.

Prezidentimiz belə qərar qəbul etdi ki,  Ağdama qayıdanların ilk sıralarında  muğamlarımız da olmalıdır.

Arxitektura və akustika cəhətdən unikal olan  yeni  Muğam Mərkəzinin açılışı  qeyri-adi hadisəyə çevrildi.

Bu həm də muğamlarımızın  yaşadıcısı olan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın  təşəbbüsü  və himayəsi ilə keçirilən yeni müsabiqənin açılışı  ərəfəsində idi.

Bir-birindən gözəl ifalar göstərdi ki, muğam sənəti yaşayır və əbədi yaşayacaqdır!

Çünki onun İlham Əliyev kimi qədirbiləni və Mehriban xanım Əliyeva kimi  hamisi var!

***  


XALQIN TÜKƏNMƏZ İSTƏK VƏ MƏHƏBBƏTİ            


Bu gün dünyada çox mürəkkəb və qarışıq proseslər gedir.

* Rusiya ilə Ukrayna bütün təklif və təşəbbüslərə baxmayaraq, atəşkəsə əməl etmir, danışıqlara gəlmir, sülh müqaviləsini imzalamaqdan hələ çox uzaqda  olduqlarını nümayiş etdirirlər.

* Fransanın  koloniyaları ayağa qalxaraq  müstəqillik tələb edir, neokolonializm siyasəti yürüdən bu qədim  və  "demokratik"  dövləti küncə sıxışdırırlar!

* İsrail-Qəzza  müharibəsi humanitar fəlakətə gətirib çıxarıb.

* Heç kəsin gözləmədiyi halda Hindistan Pakistana hücum etdi,  Pakistan isə hücumu dəf  edərək  ona elə zərbə  endirdi ki,  Hindistan dərhal müharibəni dayandıraraq  səsini içinə saldı!

* Korrupsiya  girdabında çabalayan Avropa  İttifaqı  ABŞ-dən  inciyərək  yeni böhranlara tuş gəlib.

* ABŞ isə  "yeni ştatlar yaratmaq" və "rüsum siyasəti" ilə aləmi bir-birinə vurub.

Əslində, yeni dünya düzəni formalaşır.

Adətən belə  "dəyişmələr" asan və rahat keçmir.

Təkcə Azərbaycan  44 gündə 30 illik işğala son qoyaraq bu vurhavurda ikiəsrlik tarixi olan ən böyük problemini həll edə bilib!

Həm də təkcə torpaqlarını erməni işğalından azad etməyib!

Güclü siyasi iradə nümayiş etdirərək:

* Ərazi bütövlüyünü bərpa edib;

* Dövlət suverenliyinə və Konstitusiya əsaslarının təmininə  nail olub;

* Separatizmə birdəfəlik və əbədi son qoyub!

Bütün bunlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin  siyasi dühası, müdrikliyi və uzaqgörənliyi, sarsılmaz  qətiyyəti  və möhkəm  iradəsi sayəsində mümkün olub!

"Dəmir yumruğ"unu əvvəlki vəziyyətinə gətirərək ölkənin  etibarlı  müdafiəçisinə nail olan cənab İlham Əliyev sülh müqaviləsinin dəyişməz şərtlərini açıq şəkildə bəyan edərək Ermənistanın ağıla gəlməsini gözləməklə bahəm, Azərbaycanın yeni dünya düzənində yüksək, əlverişli və faydalı yer tutmasına çalışır, ölkəmizin dostlarının, strateji tərəfdaşlarının sayını getdikcə artırır.

Azərbaycanın digər vacib işi isə erməni barbarları tərəfindən dağıdılan  əraziləri bərpa edərək keçmiş məcburi köçkünlərin geriyə qayıdışını mümkün qədər tezləşdirməkdir!

***

Dövlətin başını dik tutmasının əsas səbəblərindən biri  iqtisadi gücü və imkanlarıdır.

İqtisadi cəhətdən müstəqil yaşaya bilməyən, kimdənsə müxtəlif formada  maliyyə asılılığı olan dövlət heç zaman müstəqil siyasət də yürüdə bilməz!

Azərbaycan Prezidenti İlham Əliyev qarşıya qoyduğu hədəflərə yetmək üçün ilk növbədə tarixinin ən qüdrətli Azərbaycanını yaratdı.

Bu, dövlət başçısına  məqsədlərinə çatmaqda  ən mühüm dayaq nöqtəsi oldu!

Dediklərimizi azad Ağdamın timsalında nəzərdən keçirək.

Prezidentliyə başladığı ilk  günlərdən cənab İlham Əliyev işğalla bağlı  prinsipial  və qətiyyətli mövqeyini bəyan etmiş və daim  dediyinin üstündə durmuşdur:

* Azərbaycan  xalqı heç zaman torpaqlarının işğalda qalması ilə barışmayacaqdır!

* Biz bir qarış torpağımızı belə düşmənə güzəştə getməyəcəyik!

* Azərbaycan öz ərazisində ikinci  erməni dövlətinin yaradılmasına  əsla yol verməyəcəkdir!

* Lazım gəlsə, Azərbaycan öz torpaqlarını hərbi yolla azad edəcəkdir!

Əlbəttə, torpaqlar müharibə yolu ilə azad edildi.

Çünki  ATƏT-in Minsk qrupu riyakarlıq göstərərək sülh danışıqları imitasiyası yaradır, əslində, vaxtı uzatmaqla  işğalı əbədiləşdirmək  niyyətini güdürdü.

Arxalı düşmənə qalib gəlmək üçün isə güclü və döyüşkən ordun  olmalıdır.

Güclü ordu isə  yetərincə vəsaitlə yaradılır.

Belə vəsaiti qazanmaq, dövlətin zəruri ehtiyaclarını ödəməklə yanaşı,  ordu quruculuğuna sərf  etmək də xüsusi bacarıq və uzaqgörənlik tələb edir.

Müzəffər Ali Baş Komandan İlham Əliyev  elə bir  qüdrətli ordu qurdu ki,  otuz il ərzində yaxın dostlarının köməyi ilə  Ağdamda altıqat müdafiə xətləri  yaradan, lovğalıqla ad qoyduqları  "keçilməz  Ohanyan xətti"ni  çəkən, dağların altında beton bunkerlər tikən Ermənistan  bir güllə belə atılmadan  Ağdamı, üstəlik, Laçın və Kəlbəcəri də geri qaytardı.

"Dəmir yumruğ"un qorxusundan,  reallıqları gördüyündən  buna məcbur oldu.

***

Qürur  və fərəh doğuran  bir neçə nadir faktı da  diqqətə  çəkmək istəyirik:

* Dünyanın heç bir yerində heç bir dövlət rəhbəri bir  müharibədə üç  müstəvidə  qələbə qazana  bilməyib!

Bunu İlham Əliyev etdi!

*  Müzəffər Ali Baş Komandan İlham Əliyev  44 günlük Zəfər müharibəsində  "dəmir yumruğ"u  ilə  Ermənistan ordusunu  əzərək məhv etdi!

* İradə və qətiyyətlə  apardığı  diplomatiya  müharibəsində  də qalib  gələrək qoyduğu şərtə nail oldu - yalnız Ermənistan  ordusunun  ərazilərimizdən çıxarılma  qrafiki təqdim edildikdən sonra  hərbi əməliyyatları dayandırdı!

* İnformasiya  savaşının  yeganə  baş qəhrəmanına çevrildi, 30-dan çox dünya KİV-inə, o cümlədən informasiya  agentliklərinə, məşhur televiziya  kanallarına müsahibə  verərək həmin  tribunalardan  məharətlə istifadə  sayəsində  düşmənin feyk xəbərlərini ifşa edərək  özlərinə qarşı  çevirdi!

Bütün bunlar dünyanın və  hamımızın  gözləri  qarşısında baş verdi!

* Dünyanın heç bir yerində  heç bir dövlət  başçısı çoxsaylı  müdafiəçisi və dəstəkçisi olan, gizli və aşkar  şəkildə  müxtəlif mənbəli maliyyə vəsaiti və silah-sursatla yardım göstərilən dövləti belə  biabırçı məğlubiyyətə uğradaraq rəzil günə sala bilməyib!

Bunu İlham Əliyev bacardı!

* Dünyanın heç bir yerində heç bir dövlət başçısı BMT-nin, ATƏT-in, Avropa İttifaqının, Avropa Şurasının, beynəlxalq hüququn birlikdə 30 il ərzində edə bilmədiyini təkbaşına bacarmayıb!

İlham Əliyev bunu  da etdi! 

* Dünyanın heç bir yerində heç bir dövlət rəhbəri ölkəsindəki separatizmin kökünü tam və qəti şəkildə kəsə bilməmişdir!

İlham Əliyev bunun da öhdəsindən gəldi!

Azərbaycan Konstitusiyasını qəbul etməyən, Azərbaycan qanunları əsasında yaşamaq istəməyən haylar dinməz-söyləməz, könüllü şəkildə, bir nəfərin burnu belə qanamadan ölkə ərazisini tərk etdilər! 

Bu gün Azərbaycanda vur-tut 15 nəfər keçmiş separatçı, terrorçu və  müharibə canisi vardır.

Onlar da  Bakıda məlum ünvanda "çay içirlər".

Azərbaycan  XXI əsrin  "Nürnberq məhkəməsi"ni  quraraq insanlığa qarşı  ağır cinayətlər - müharibə cinayətləri, terror əməlləri, soyqırımları törədənləri açıq şəkildə, şahidlərin və zərərçəkmişlərin  iştirakı ilə və bütün beynəlxalq  hüquqi prosedurları  gözləməklə  mühakimə edir!

Sonda obyektiv və ədalətli  hökmünü də çıxaracaqdır!

***

Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyev  Vətən müharibəsində yaratdığı  möcüzələri bərpa və quruculuq meydanında  yeni möcüzələrlə davam etdirir!

Doğrudur, ərazilərin minalardan təmizlənməsi müəyyən  qədər vaxt aparan maneədir.

* O minalar ki  ermənilər onları son günlərinədək  Ermənistandan  daşıyaraq ölkəmizə gətirmiş, rusiyalı  sülhməramlıların  gözləri görə-görə  ölüm  tələləri kimi  torpaqlarımızda basdırmışlar.

* O minalar ki Ermənistan onların yerləşdirilməsilə bağlı həqiqi xəritələri indiyədək bizə verməmişdir.

Təəssüf ki, heç bir beynəlxalq qurum və təşkilat indiyədək həqiqi xəritələrin verilməsilə bağlı  onlara təsir və təzyiq göstərməmiş, bunu təmin etməmişdir.

Azərbaycan isə heç kimdən kömək istəmədən, kimsədən yardım gözləmədən öz gücü ilə ərazisini minalardan təmizləyir.

Həm də bu işi uğurla görür.

Nəticə isə fərəh doğurur!

***

Keçmiş məcburi köçkünlər artıq  doğma yurda dönərək  yenidən xoşbəxt günlərini yaşayırlar. 

İndiyədək 14 mindən çox keçmiş məcburi köçkün əzəli torpağına qovuşub. Onlardan  175 ailə (871 nəfər) Zəngilan rayonunun Ağalı kəndində, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndində, 571 ailə (2091 nəfər) Laçın şəhərində, 823 ailə (3136 nəfər) Füzuli şəhərində, 217 ailə (823 nəfər) Laçın rayonunun Zabux kəndində, 59 ailə (215 nəfər) Laçın rayonunun Sus kəndində, 376 ailə (1409 nəfər) Şuşa şəhərində, 86 ailə (346 nəfər) Xocalı şəhərində, 512 ailə (2293 nəfər) Cəbrayıl şəhərində, 180 ailə (840 nəfər) Xocalı rayonunun Ballıca kəndində, 90 ailə (306 nəfər) Ağdərə rayonunun Həsənriz kəndində, 180 ailə (592 nəfər) Ağdərə rayonunun Suqovuşan kəndində, 184 ailə (767 nəfər) Ağdam rayonunun Sarıcalı kəndində məskunlaşıb. Bundan başqa, Laçının Bəylik kəndinə də köç prosesinə başlanılıb. Bəylik kəndində ümumilikdə 360 nəfərin (90 ailə) məskunlaşdırılması planlaşdırılır.

Kəngərli kəndi bərpa edilən sayca 15-ci, Ağdam rayonunun isə ikinci yaşayış məntəqəsidir. Ağdamın Kəngərli kəndinə  köçən keçmiş məcburi köçkünlərin sayı isə 487 nəfərdir (109 ailə).

Beləliklə, bu günədək 15 yaşayış məntəqəsində, yəni 5 şəhər və 10 kənddə daimi məskunlaşma reallaşdırılıb.

Bütövlükdə, Dövlət Statistika Komitəsinin 1 may 2025-ci il tarixli rəsmi məlumatına görə, azad edilən ərazilərdə 43 min 144 nəfər məskunlaşmışdır.

Bir məqamı xüsusi  vurğulamaq istərdik.

Artıq məskunlaşma  prosesi elə bir intensiv hal alıb ki,  doğma el-obaya dönənlərin  sayını dəqiq söyləmək  çətinlik törədir.

Çünki bu rəqəmlər hər gün, hər həftə dəyişir.

Köç prosesinin bütün ağırlığını  dövlət öz üzərinə götürdüyündən  və mütəşəkkil  qaydada  aparıldığından  belə rəqəm dəyişmələri yalnız  sevinc və fərəh doğurur.

***

Dövlət başçısı İlham Əliyevin göstərişi və rəhbərliyi ilə hazırlanaraq sürətlə icra olunan "Böyük qayıdış" Dövlət Proqramı ilə bərabər, bir sıra yerli və beynəlxalq əhəmiyyətli layihələr də reallaşdırılır.

Bunlardan biri yeni yol infrastrukturunun yaradılmasıdır.

Evlər, binalar, məktəblər, uşaq bağçaları və digər sosial  obyektlərlə yanaşı, yeni dəmir yolları və şose yolları da  inşa olunur,  körpülər, viaduklar salınır, dağların altından tunellər qazılır, vağzallar tikilir, bölgəyə müxtəlif nəqliyyat vasitələri ilə rahat gediş-gəliş təmin olunur.

İnşası  "Ginnesin  Rekordlar Kitabı"na düşəcək sürətlə - cəmi  səkkiz aya başa çatan Füzuli hava limanından sonra Zəngilan və Laçın aeroportları istifadəyə verilib.

Bütövlükdə  Azərbaycanda 9 hava limanı fəaliyyət göstərir ki, bunlar da ölkəmizi dünyanın hər tərəfi ilə bağlayan hava yolları sayılır.

İki mühüm beynəlxalq əhəmiyyətli layihəni xüsusi qeyd etmək istərdik.

Dünyada  heç kəsin ağlına belə gəlməzdi ki, nə vaxtsa Rusiya ilə Ukrayna  müharibə aparacaq, bu səbəbdən Avropa İttifaqı rus qazından  sanksiyalar səbəbindən  imtina edəcəkdir.

Sanki cənab İlham Əliyev bütün bunları  irəlicədən görürmüş və bilirmiş!

Belə ki, mövcud Cənubi Qafqaz Boru Kəməri genişləndirildi. TANAP və TAP kəmərləri çəkildi. Bu üç xətt birləşdirilərək 

"Cənub qaz dəhlizi"ni yaratdı.

Prezident İlham Əliyevin təşəbbüsü və yaratdığı beynəlxalq tərəfdaşlıq platforması sayəsində gerçəkləşən bu dəhliz vasitəsilə Azərbaycan qazı Avropa bazarına çıxarıldı.

Bu gün Rusiya qazından imtina edən Avropa  bizim təbii qazımıza böyük ehtiyac duyur.

Azərbaycan isə 8-i Avropa İttifaqının üzvü olan  10 Avropa dövlətinə, bütövlükdə  12 ölkəyə mavi qaz satır.

İldən-ilə satılan qazın həcmi də artır.

"Böyük qayıdış" prosesində ən mühüm məsələlərdən biri doğma yurda dönənlərin işlə təminatıdır.

Bu sahədə də sistemli iş aparılır.

Ağdam və Cəbrayılda yaradılan sənaye parklarında  çoxsaylı iş yeri açılmaqdadır.

Mütəmadi olaraq  əmək yarmarkaları keçirilir, keçmiş məcburi köçkünlər doğma yurdda ixtisas və peşələrinə uyğun işlə təmin olunurlar.

Bərpa və quruculuq prosesində həyata keçirilən iki  beynəlxalq layihəni xüsusi qeyd etmək istərdik.

Onlardan biri  "yaşıl enerji" ixracı  ilə bağlıdır.

Ölkəmizin böyük uğurla və mütəşəkkilliklə keçirdiyi  COP29-da da qeyd olunduğu kimi, dünya tədricən  "qazıntı yanacağı"ndan  imtina etməkdədir.

Təbii, bu, uzun müddət çəkən və müəyyən  hazırlıqlar tələb edən prosesdir.

Lakin Azərbaycan Prezidenti cənab İlham Əliyev artıq xeyli vaxtdır ki, bu dəyişikliyə də hazırlaşır.

Artıq ölkəmizdə bərpaolunan enerji istehsalı ilə bağlı çoxsaylı layihə uğurla icra olunmuşdur.

Azərbaycan dost dövlətlərlə birlikdə Qara dənizin  dibi ilə Avropaya uzanacaq yeni kabel xəttinin çəkilişinə başlayıb.

Qarabağda və Şərqi Zəngəzurda isə  bir-birinin ardınca su anbarları, sututarlar  yaradılır, yeni su-elektrik stansiyaları tikilir,  "yaşıl enerji" istehsalı artır.

Qarabağın və Şərqi Zəngəzurun beynəlxalq  turizm məkanına çevrilməsi  də mühüm layihələrdən sayılır.

Buraların  əsrarəngiz təbiəti, görməli yerləri turistlər üçün olduqca cəlbedicidir.

Eyni zamanda turizmin inkişafı  iqtisadi yüksəlişə, yerli əhalinin sosial rifahının yüksəlməsinə də ciddi təsir göstərəcəkdir.

Lakin  sahənin əsas tələblərinə ciddi əməl olunmalı,  turistlərin təhlükəsizliyi, rahatlığı, vaxtlarını xoş keçirmələri, əyləncə maraqları da təmin edilməlidir.

Uzun müddətdir ki, bu istiqamətlərdə  səriştəli işlər görülür.

Turizmin inkişafı  iqtisadi səmərə ilə yanaşı, Azərbaycanın dünyaya inteqrasiyasına da  müsbət təsirini göstərəcəkdir.

***

Bu günlərdə Ağdam rayonunda keçirdiyi görüşdə cənab İlham Əliyev  mühüm bir tarixi məqama da toxundu: "Köçkünlər ən çətin şəraitdə  yaşayıblar. Siz bilirsiniz ki, işğal dövründə  köçkünlərlə mənim  çoxsaylı görüşlərim olub, həm çadır şəhərciklərində, - onlara söz vermişdim ki,  birinci prezidentlik  dövrümdə bir dənə də çadır şəhərciyi qalmayacaq və artıq  2007-ci ildə bir dənə də qalmamışdı, - həm də  yeni salınmış qəsəbələrdə, qəsəbələrin  açılışında. Biz  300 minə yaxın ovaxtkı köçkünü gözəl evlərlə təmin etmişdik. O görüşlər zamanı deyirdim ki,  bu, müvəqqəti yaşayış yerinizdir, torpaqlar azad olunandan sonra sizin üçün Qarabağda daha gözəl şərait  yaradacağıq.

Bugünkü mərasim  o sözlərin, necə deyərlər, möhürüdür".

***

Dünya  Azərbaycan  Prezidenti cənab İlham Əliyevi dediyini edən, sözünün sahibi olan  lider kimi tanıyır.

Azərbaycan xalqı isə yaxşı bilir  ki, əgər cənab İlham  Əliyev bir işə başlayıbsa, onu hökmən qələbə ilə başa çatdıracaqdır!

* Bu gün Azərbaycan qalib dövlətdir!

* Bu gün Azərbaycan  Cənubi Qafqazda söz sahibidir!

* Bu gün Azərbaycan  COP29-u  böyük uğurla keçirərək  Avropanın "yaşıl enerji" ilə təminatına mühüm  töhfələr verməyə hazırlaşan ölkədir!

Bütün bunlar İlham Əliyev müdrikliyinin  və uzaqgörənliyinin, xalqa sədaqətlə xidmətinin  real nümunələrinin konkret əməllərdə  təzahürüdür!


Bəxtiyar  SADIQOV

  


Dövlət başçısı cənab İlham Əliyevlə Ağdam görüşündən qayıtdıqdan sonra  ilk təəssüratlarımı ağsaqqal dostum və mogikan şairimiz Nəriman Həsənzadə ilə bölüşdüm.

Xalq şairi ürək sözlərini poetik qələmi ilə şeirə çevirərək gözəl bir nümunə yaratdı.

Həmin şeiri də hörmətli oxucularımızın diqqətinə  təqdim edirik.



ƏSRİN  NƏĞMƏSİ


Müzəffər Komandan inad elədi,

Bütün Qarabağı azad elədi.


Mehriban xanımdan gələn nümunə,

Muğamı qaytardı öz sahibinə.


Hələ Qarabağı görməyən gənclər,

Gedib Qarabağda cihad etdilər.


Şeirimiz, sözümüz, musiqimiz də

   səsləndi,

               dolaşdıq dünyanı biz də.


Elə ki Şuşanı azad elədi,

Qəmli könülləri o şad elədi.


"Əzizdir Atamın hər vəsiyyəti,

                   Yerinə yetirdim - 

                              O pak niyyəti"!

Şanlı tarixidir bir şah əsərin,

Əziz xatirəsi Ulu Öndərin.


İndi sevdasıdır Şuşa hər kəsin,

Cənab Prezident bir nitq söyləsin.


Dünya qulaq assın ona yenidən,

Sənindir bu şöhrət, bu şərəf, Vətən!


Vətən, qoy sevinsin qızın və oğlun,

Məhv etdi düşməni "dəmir yumruğ"un!


İndi hər könüldə yerin var, inan, 

Xalqın sevimlisi, qalib Komandan!


Ətrim bu torpaqdı,

   Ürəkdi, candı.

Havam - o havadı,

Səsim o səsdi,

   Qarabağ Azərbaycandır!                                              


Nəriman  HƏSƏNZADƏ,

Azərbaycanın Xalq şairi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanla Bolqarıstan arasında parlamentlərarası əlaqələr müzakirə olunub

20:52
17 İyun

Rusiya vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edilib

19:57
17 İyun

Azərbaycan-Şimali Makedoniya ikitərəfli münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib

19:47
17 İyun

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

19:27
17 İyun

İqtisadi fəal əhalinin sayı açıqlanıb

19:07
17 İyun

Energetika naziri Pərviz Şahbazov vətəndaşlarla görüşüb

18:48
17 İyun

İrandakı səfirliyimizə və baş konsulluğumuza 500 nəfərə yaxın Azərbaycan vətəndaşının müraciəti daxil olub

18:37
17 İyun

COP30-un icraçı direktoru: Hazırda biz Azərbaycandan öyrənərək Belemə hazırlıq görürük

18:25
17 İyun

BDU nümayəndə heyəti Qlobal Dayanıqlı İnkişaf Konqresinin açılış mərasimində iştirak edib

18:05
17 İyun

Türkiyənin naziri İran qazının tədarükü ilə əlaqədar fasilələrin olmadığını bildirib

17:55
17 İyun

Daha bir şirkət beyin implantı hazırlayıb

17:20
17 İyun

Bolqarıstan Milli Assambleyasının sədri Fəxri xiyabanı ziyarət edib

17:19
17 İyun

Xankəndi şəhərində Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib 

17:18
17 İyun

Bu il sənaye məhsulu istehsalının həcmi açıqlanıb

16:59
17 İyun

Bolqarıstan Milli Assambleyasının sədri Bakıda Zəfər parkını ziyarət edib

16:54
17 İyun

“BilBacar” müsabiqəsinin qalibləri mükafatlandırılıb

16:52
17 İyun

Politoloqlar: Gürcüstana qaçqın axını olmayacaq

16:50
17 İyun

Komitə: Əhalinin gəlirləri artıb

16:49
17 İyun

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb

16:48
17 İyun

Kreditlərin 94 faizi banklar tərəfindən verilib

16:47
17 İyun

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

16:46
17 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!