23 Dekabr 2025 08:10
269
İQTİSADİYYAT
A- A+
2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan olunması bu sahədə tarixi ənənələrin yaşadılmasına və mütərəqqi yanaşmaların tətbiqinə çağırışdır

2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan olunması bu sahədə tarixi ənənələrin yaşadılmasına və mütərəqqi yanaşmaların tətbiqinə çağırışdır


Azərbaycan zəngin tarixi və mədəni irsi ilə şəhərsalma və memarlıq sahəsində unikal tikililər ölkəsidir. Coğrafiyamızın müxtəlif bölgələrində qədim dövrlərdən qalma memarlıq nümunələri ilə birlikdə müasir dövrdə inşa edilmiş tikililər bir araya gələrək həm estetik, həm də funksional cəhətdən şəhər mühitinin inkişafına töhfə verir.

Şəhərsalma yalnız binaların yerləşdirilməsi və yolların planlaşdırılması deyil. O,  insanların yaşayış keyfiyyətini artıran sosial, mədəni və ekoloji aspektləri əhatə edir. Bu gün Azərbaycanın şəhərlərinə baxarkən keçmişlə gələcəyin bir nöqtədə qovuşduğunu görmək mümkündür. Qədim qala divarları ilə əhatələnmiş İçərişəhərdən tutmuş şüşə və metal konstruksiyaları ilə seçilən müasir binalara qədər hər detal şəhərsalmanın inkişaf etdiyini göstərir. 

Şəhər insanların gündəlik həyat tərzini, dünyagörüşünü və mədəniyyətini formalaşdıran canlı bir orqanizmdir. Danılmaz bir həqiqət də var ki, ölkəmizdə  şəhərsalma və memarlıq ənənələri əsrlərin sınağından çıxmış zəngin tarixə söykənir. İpək yolunun üzərində yerləşən Azərbaycan  tarixən ticarət, sənətkarlıq və mədəniyyət mərkəzi kimi tanınıb. Şərq ölkələri ilə qurulan sıx iqtisadi, siyasi və mədəni əlaqələr iri şəhərlərimizin formalaşmasına güclü təsir edib. Məhz bu əlaqələrin nəticəsində yaranan memarlıq abidələri şəhərlərimizin simasını müəyyənləşdirən əsas amillərdən birinə çevrilib.

Azərbaycan şəhərləri tarix boyu təbii-coğrafi şəraitə və sosial tələbatlara uyğun şəkildə formalaşıb. Dar küçələr, kölgəli həyətlər və milli memarlıq üslubu insan rahatlığını ön plana çəkib. Zaman keçdikcə artan əhali, nəqliyyat sıxlığı və urbanizasiya yeni şəhərsalma yanaşmalarını zəruri edib. Geniş prospektlər, abadlaşdırılan parklar və müasir yaşayış kompleksləri həmin dəyişikliklərin nümunəsidir. 

Son illər həyata keçirilən yenidənqurma və abadlıq işləri şəhər mühitinə yeni nəfəs gətirib. Paytaxt Bakı ilə yanaşı, regionlarda da müasir memarlıq layihələrinin icrası diqqət çəkir. Lakin əsas məsələ sadəcə yeni binaların tikilməsi deyil, tarixi irsin qorunması ilə müasirliyin uzlaşdırılmasıdır. Məhz bu balans şəhərin simasını saxlayır və onu gələcək nəsillər üçün qoruyur. 

Memarlığa gəlincə, bu gün Azərbaycanın müxtəlif bölgələrində dövlət tərəfindən mühafizə edilən çoxsaylı abidələr mövcuddur. Müdafiə qalaları, karvansaralar, məscidlər, məbədlər və türbələr milli memarlıq ənənələrinin əyani nümunələridir. Deyə bilmərik ki, bu abidələr təkcə daş və kərpicdən ibarətdir. Yox, əlbəttə! Bədii və memarlıq baxımından yüksək səviyyədə inşa olunmuş bu nümunələr hər zaman qürur hissi doğurur. Möminə xatun türbəsi, Xudafərin körpüsü və Atəşgah kompleksi dünya əhəmiyyətli abidələr sırasında xüsusi yer tutur. Bu daş əsərlər Azərbaycan memarlığının zənginliyini və özünəməxsusluğunu nümayiş etdirən nadir incilərdir. 

UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş abidələrimiz Azərbaycan şəhərsalma və memarlıq sənətinin dünya miqyasında tanındığını göstərir. Qədim və Orta əsr şəhər mədəniyyətini yaşadan İçərişəhər və Şirvanşahlar sarayı kompleksi bu irsin əsas nümunələrindəndir. Əsrlərə sinə gərmiş Qız qalası indi də əzəmətini qoruyur. Şəkinin tarixi mərkəzi və Xan sarayı isə milli memarlıq zövqünün nadir örnəkləri kimi diqqət çəkir. Bu abidələr Azərbaycan memarlığının dünya inciləri sırasında layiqli yer tutur. 

Azərbaycan memarlıq məktəbinin zirvəsində isə dahi sənətkar Əcəmi Naxçıvani dayanır. Onun yaradıcılığı təkcə ölkəmizdə deyil, bütün Yaxın Şərqdə orta əsr memarlığının inkişafına güclü təsir göstərib. UNESCO çərçivəsində 900 illiyi qeyd olunan bu böyük şəxsiyyətin əsərləri dövrünün yüksək sənətkarlıq səviyyəsini aydın şəkildə nümayiş etdirir.

Azərbaycan şəhərləri qlobal şəhərsalma modellərindən bəhrələnsə də, öz tarixi, mədəni və coğrafi xüsusiyyətlərini qoruyaraq inkişaf yolunu davam etdirir. Məhz bu inkişafın ardıcıl və sistemli şəkildə davam etdirilməsi məqsədilə Prezident İlham Əliyevin sərəncamı ilə  2026-cı il "Şəhərsalma və Memarlıq İli" elan edilib. Bu, təbii ki, xüsusi əhəmiyyət daşıyır və  şəhər mühitinin daha planlı qurulmasına, memarlıq irsinin qorunmasına əlavə imkanlar açacaq, daha geniş şərait yaradacaq.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

TÜRKPA nümayəndə heyəti Qazaxıstan Prezident Mərkəzini ziyarət edib  

23:56
27 Dekabr

Leyla Əliyeva və Alena Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət ediblər  

23:51
27 Dekabr

Prezident Ərdoğan: Türkiyənin inkişafının qarşısını almaq cəhdləri iflasa məhkumdur  

21:06
27 Dekabr

Rumıniyalı politoloq 907-ci düzəlişin aradan qaldırılmasını Cənubi Qafqazda sülhə dəstək kimi qiymətləndirib

20:53
27 Dekabr

Medianın İnkişafı Agentliyi Səməd Seyidovun adından yayılan “deep fake” videoya münasibət bildirib  

20:40
27 Dekabr

Vəkil Günü münasibətilə Vəkillər Kollegiyasının təntənəli mərasimi keçirilib YENİLƏNİB  

19:58
27 Dekabr

Xankəndidə “Qış nağılı” bayram yarmarkası fəaliyyətə başlayıb  

19:11
27 Dekabr

ABŞ Konqresinin saytında Azərbaycana yardımla bağlı məhdudiyyətin ləğvi barədə qanun layihəsinin mətni yerləşdirilib  

18:29
27 Dekabr

Leyla Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün “Cırtdan Meqa Şousu” təşkil olunub  

18:11
27 Dekabr

Bu il 1218 nəfər sosial adaptasiya məqsədilə məşğulluq tədbirlərinə cəlb edilib  

17:36
27 Dekabr

Volodimir Zelenski: Rusiyanın növbəti zərbəsi əsas hədəfin Kiyev olduğunu göstərir  

15:08
27 Dekabr

Suriyada məsciddə partlayış nəticəsində ölənlərin sayı artıb

14:57
27 Dekabr

Ağdərənin Vəngli kəndinə növbəti köç yola salınıb

14:55
27 Dekabr

Macarıstanlı ekspert: “907-ci düzəliş” tamamilə ləğv edilməlidir

14:53
27 Dekabr

Ankarada Liviya təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlarla vida mərasimi keçirilib

14:52
27 Dekabr

Sabahın hava proqnozu – yağış və qar yağacaq

13:48
27 Dekabr

Anar Bağırov: 60 yeni vəkilin and içməsindən sonra Azərbaycanda vəkillərin ümumi sayı 2

13:47
27 Dekabr

Baş prokuror: Yaxşı istintaqçı, prokuror daim savadlı, təcrübəli vəkillərin bilik və bacarıql

13:46
27 Dekabr

İnam Kərimov: Ədalətli məhkəmə araşdırması həm də, peşəkar, prinsipial və məsuliyyətli vəkil fəaliyyəti ilə mümkündür

13:44
27 Dekabr

Vüqar Rəhimzadə: “Dünya İdman Paytaxtı”nı daha möhtəşəm yarışlar gözləyir

12:42
27 Dekabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb

12:12
27 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!