27 Dekabr 2025 19:58
167
CƏMİYYƏT
A- A+
Vəkil Günü münasibətilə Vəkillər Kollegiyasının təntənəli mərasimi keçirilib YENİLƏNİB  

Vəkil Günü münasibətilə Vəkillər Kollegiyasının təntənəli mərasimi keçirilib YENİLƏNİB  

Dekabrın 27-də 28 Dekabr - Vəkil Günü peşə bayramı münasibətilə Vəkillər Kollegiyasının (VK) üzvlüyünə yeni qəbul olunan vəkillərin təntənəli andiçmə və peşə fəaliyyəti dövründə fərqlənən vəkillərin təltif olunması mərasimi keçirilib.

Tədbirdə VK rəhbərliyi ilə yanaşı, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Həsən Bağırov, vəkil qurumlarının rəhbərləri, hüquq müdafiəçiləri, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Mərasimdən əvvəl Kollegiya rəhbərliyi, onun orqanları və qurum rəhbərləri Fəxri xiyabanı ziyarət edib, Ümummilli Lider Heydər Əliyevin məzarı önünə gül qoyulub, dahi şəxsiyyətin əbədiyaşar xatirəsi dərin ehtiramla yad edilib. Eyni zamanda, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Kollegiyanın rəhbərliyi, orqanları və qurum rəhbərləri Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmət və ehtiramla yad edib, məzarları üzərinə tər çiçəklər düzüblər və xatirə şəkli çəkdiriblər.

Daha sonra tədbir Qadın Vəkillər Alyansının üzvlərinin ifasında Dövlət Himninin və Vəkil Marşının səsləndirilməsi ilə başlayıb. Ardınca müasir müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin, həmçinin ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Kollegiyanın il ərzində həyata keçirdiyi fəaliyyətləri əks etdirən illik hesabat xarakterli videoçarx nümayiş olunub.

Kollegiyanın üzvü, VK-nın Ağsaqqallar Şurasının sədri, Əməkdar hüquqşünas İkram Kərimov vəkilliyə yeni qəbul olunmuş namizədləri təbrik edib, onların peşə yolunda uğurlar qazanacaqlarına əminliyini ifadə edib. Vəkillik fəaliyyətinin yüksək peşəkarlıq, etik prinsiplər və böyük məsuliyyət tələb etdiyini vurğulayan Ağsaqqallar Şurasının sədri gənc vəkillərə insan hüquq və azadlıqlarının müdafiəsində prinsipial mövqe nümayiş etdirməyi, bilik və bacarıqlarını daim təkmilləşdirməyi, eləcə də vəkillik institutunun nüfuzunun daha da artırılması istiqamətində səylə çalışmağı tövsiyə edib.

Baş prokuror Kamran Əliyev çıxış edərək xüsusilə vəkil korpusunu peşə bayramı münasibətilə təbrik edib, onlara məsul və şərəfli fəaliyyətlərində yeni uğurlar arzulayıb, prokurorluq və vəkillik institutunun bir-birinə çox yaxın institutlar olduğunu vurğulayıb. O qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra vəkillik institutunun dinamikasında, inkişafında, ədalət mühakimə sistemində rolu tamamilə müsbətə doğru dəyişib, daha aktiv olub.

Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov isə çıxışında qeyd edib ki, vəkillik, sadəcə, bir peşə deyil, hüququn canlı müdafiəsi, insan ləyaqətinin təminatı və məhkəmədə tərəflər arasında bərabərliyin real mexanizmidir. Sədr bildirib ki, ədalətli məhkəmə araşdırması yalnız müstəqil və qərəzsiz məhkəmə ilə deyil, peşəkar, prinsipial və məsuliyyətli vəkil fəaliyyəti ilə mümkündür.

İnam Kərimov nəzərə çatdırıb ki, Məhkəmə-Hüquq Şurasında, Hakimlərin Seçki Komitəsində və Ali Məhkəmə yanında Elmi-məsləhət Şurasında vəkillərin təmsil olunması məhkəmə-vəkil əməkdaşlığının institusional əsaslara malik olduğunu bir daha nümayiş etdirir.

Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Həsən Bağırov çıxış edərək söyləyib ki, vəkil olmaq təkcə ixtisas sahibi olmaq deyil, məsuliyyət daşımaq, vicdan qarşısında cavabdeh olmaq və hər zaman qanunun aliliyinə sadiq qalmaq deməkdir. O vurğulayıb ki, vəkil cəmiyyətlə dövlət arasında və fərdlə ədalət mühakiməsi sistemi arasında etimad körpüsüdür. Bu körpünün möhkəmliyi isə biliklə yanaşı, peşəkarlıq və yüksək mənəvi keyfiyyətlərdən asılıdır.

Sektor müdiri qeyd edib ki, Azərbaycanda vəkillik uzun və zəngin inkişaf yolu keçib, dövlətçiliyimizin bərpasından sonra hüquqi dövlət quruculuğu prosesi vəkillik institutunun formalaşmasını və möhkəmlənməsini zəruri edib.

Daha sonra Kollegiyanın sədri Anar Bağırov çıxış edərək qarşıdan gələn Vəkil Günü peşə bayramı, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə iştirakçıları təbrik edib, onlara uğurlar və xoş arzularını çatdırıb.

Kollegiyanın son 8 il ərzindəki fəaliyyətinə nəzər salan sədr ölkəmizdə vəkillik institutunun keçdiyi tarixi inkişaf yoluna toxunub, son illərdə bu sahədə həyata keçirilən ardıcıl və sistemli islahatlardan bəhs edib. Anar Bağırov vəkillərin sayında əhəmiyyətli artımın baş verdiyini, peşəkar hazırlıq səviyyəsinin yüksəldildiyini, davamlı tədris mexanizmlərinin formalaşdırıldığını və müasir tələblərə uyğun təkmilləşdirildiyini söyləyib.

O vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf xətti bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ardıcıl şəkildə davam etdirilərək ölkənin hüquqi dövlət quruculuğunda yeni mərhələyə yüksəlib.

Sədr çıxışında Baş Prokurorluq və Ali Məhkəmədə son illər həyata keçirilən mühüm islahatlardan da bəhs edib. Bu islahatların ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, hüquqların müdafiəsinin gücləndirilməsinə mühüm töhfə verdiyi diqqətə çatdırılıb.

Çıxışlardan sonra tədbirdə elan edilib ki, Rəyasət Heyətinin qərarına əsasən VK ilə səmərəli əməkdaşlığa görə Ali Məhkəmə 2025-ci ilin “Vəkilliyin dostu” mükafatı ilə, Kaman Əliyev isə Kollegiyanın “Fəxri vəkili” adı ilə təltif olunub. Eyni zamanda, Baş prokurora rəmzi vəkil mantiyası təqdim edilib.

Mərasim çərçivəsində vəkilliyə qəbul üzrə ixtisas imtahanlarını uğurla keçən, icbari təlim mərhələsini tamamlayan və şifahi müsahibədən müsbət nəticə əldə edən namizədlərin təntənəli andiçmə mərasimi keçirilib. Namizədlər Azərbaycanın Dövlət Bayrağı önündə and içərək vəkil peşəsini şərəflə, vicdanla və məsuliyyətlə icra edəcəklərinə dair öhdəlik götürüblər.

Tədbir zamanı yeni qəbul olunan vəkillərə vəkil vəsiqələri təqdim edilib.

Çıxış edən vəkillər bu şərəfli peşəyə qəbul olunmağın onlar üçün böyük qürur mənbəyi olduğunu bildirərək, qəbul prosesinin şəffaf, ardıcıl və sistemli şəkildə təşkilinə görə VK-nın Rəyasət Heyətinə təşəkkürlərini ifadə ediblər.

Mərasimdə, həmçinin 2025-ci il ərzində fəaliyyətində fərqlənən vəkillər və vəkil qurumları mükafatlandırılıb. Kollegiyanın ictimai fəaliyyətinə verdiyi töhfəyə görə "Pro Bono" Vəkil Bürosu “İlin vəkil qurumu”, il ərzində sosial aksiyaların keçirilməsində fəallığına görə Qadın Vəkillər Alyansı “İlin vəkil komitəsi”, VK-nın ictimai fəaliyyətinə verdiyi töhfəyə görə Deontologiya Komitəsi “İlin vəkil komitəsi”, il ərzində ən çox bəraət əldə edən Lənkəran şəhər Vəkil Bürosunun vəkili Həsənov İbarət Əhəd oğlu ilə Sumqayıt Regional Vəkil Bürosunun vəkili İsayev Elşad Nəsrəddin oğlu “İlin vəkili” və il ərzində keçirilən təlimlərdə fəal iştirakına görə “Universal” Vəkil Bürosunun vəkili Piriyev Vəfadar Namiq oğlu isə “İlin təlimçi vəkili” elan olunub.

Sonda fəaliyyətində fərqlənmiş və yubiley yaşını qeyd edən Kollegiyanın bir qrup üzvü də təltif olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

TÜRKPA nümayəndə heyəti Qazaxıstan Prezident Mərkəzini ziyarət edib  

23:56
27 Dekabr

Leyla Əliyeva və Alena Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət ediblər  

23:51
27 Dekabr

Prezident Ərdoğan: Türkiyənin inkişafının qarşısını almaq cəhdləri iflasa məhkumdur  

21:06
27 Dekabr

Rumıniyalı politoloq 907-ci düzəlişin aradan qaldırılmasını Cənubi Qafqazda sülhə dəstək kimi qiymətləndirib

20:53
27 Dekabr

Medianın İnkişafı Agentliyi Səməd Seyidovun adından yayılan “deep fake” videoya münasibət bildirib  

20:40
27 Dekabr

Vəkil Günü münasibətilə Vəkillər Kollegiyasının təntənəli mərasimi keçirilib YENİLƏNİB  

19:58
27 Dekabr

Xankəndidə “Qış nağılı” bayram yarmarkası fəaliyyətə başlayıb  

19:11
27 Dekabr

ABŞ Konqresinin saytında Azərbaycana yardımla bağlı məhdudiyyətin ləğvi barədə qanun layihəsinin mətni yerləşdirilib  

18:29
27 Dekabr

Leyla Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün “Cırtdan Meqa Şousu” təşkil olunub  

18:11
27 Dekabr

Bu il 1218 nəfər sosial adaptasiya məqsədilə məşğulluq tədbirlərinə cəlb edilib  

17:36
27 Dekabr

Volodimir Zelenski: Rusiyanın növbəti zərbəsi əsas hədəfin Kiyev olduğunu göstərir  

15:08
27 Dekabr

Suriyada məsciddə partlayış nəticəsində ölənlərin sayı artıb

14:57
27 Dekabr

Ağdərənin Vəngli kəndinə növbəti köç yola salınıb

14:55
27 Dekabr

Macarıstanlı ekspert: “907-ci düzəliş” tamamilə ləğv edilməlidir

14:53
27 Dekabr

Ankarada Liviya təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlarla vida mərasimi keçirilib

14:52
27 Dekabr

Sabahın hava proqnozu – yağış və qar yağacaq

13:48
27 Dekabr

Anar Bağırov: 60 yeni vəkilin and içməsindən sonra Azərbaycanda vəkillərin ümumi sayı 2

13:47
27 Dekabr

Baş prokuror: Yaxşı istintaqçı, prokuror daim savadlı, təcrübəli vəkillərin bilik və bacarıql

13:46
27 Dekabr

İnam Kərimov: Ədalətli məhkəmə araşdırması həm də, peşəkar, prinsipial və məsuliyyətli vəkil fəaliyyəti ilə mümkündür

13:44
27 Dekabr

Vüqar Rəhimzadə: “Dünya İdman Paytaxtı”nı daha möhtəşəm yarışlar gözləyir

12:42
27 Dekabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb

12:12
27 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!