27 Dekabr 2025 18:11
976
Mədəniyyət
A- A+
Leyla Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün “Cırtdan Meqa Şousu” təşkil olunub  

Leyla Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün “Cırtdan Meqa Şousu” təşkil olunub  


Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Cırtdan Meqa Şousu” bu il də ənənəvi olaraq xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təşkil olunub.

IDEA İctimai Birliyindən AZƏRTAC-a bildirilib ki, “Cırtdan: Zamanda Səyahət” başlığı ilə təqdim edilən şou Bakı Konqres Mərkəzinin səhnəsində nümayiş etdirilib. Şounun ilk seansı uşaq evlərində, internat və xüsusi internat məktəblərində böyüyən balaca qonaqlar üçün təşkil olunub və bu çərçivədə 17 uşaq müəssisəsindən gələn ümumilikdə 948 nəfər şou proqramını izləyib. Həmçinin IDEA İctimai Birliyinin könüllüləri tərəfindən uşaqlara hədiyyələr təqdim edilib. Yeni il ərəfəsində təqdim olunan bu rəngarəng və maraqlı tamaşa balaca izləyicilərə unudulmaz anlar yaşadaraq onlara bayram əhvali-ruhiyyəsi bəxş edib.

Qeyd edək ki, Leyla Əliyevanın təşəbbüsü ilə həm ölkəmizin müxtəlif regionlarında, həm də dünyanın bir sıra ölkələrində humanitar, təhsil, səhiyyə, sosial, ekoloji və digər sahələri əhatə edən genişmiqyaslı layihələr mütəmadi olaraq həyata keçirilir. Xüsusilə bayram günlərində uşaq evlərində, internat müəssisələrində, eləcə də müalicə və qayğıya ehtiyacı olan uşaqlar üçün bayram tədbirlərinin təşkili bu təşəbbüslərin əsas istiqamətlərindən biridir. Himayədən məhrum olmuş, qayğıya daha çox ehtiyac duyan uşaqların sevindirilməsi, onların bayram ab-havasını hiss etmələri məqsədilə bu cür tədbirlər mütəmadi olaraq təşkil olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çinin 18 vətəndaşı İrandan Azərbaycana təxliyə edilib

10:57
02 Mart

Prezident İlham Əliyev Bakıda məişət tullantıları daşıyan texnikalarla tanış olub

10:56
02 Mart

Fərid Qayıbov: Məşqçi-idmançı münasibətləri sağlam şəkildə qurulmalıdır

10:39
02 Mart

Bəzi yerlərdə qar yağır, duman müşahidə olunur – FAKTİKİ HAVA

10:36
02 Mart

Dünya bazarında qızıl və gümüş bahalaşıb

10:26
02 Mart

Dünya birjalarında neft bahalaşıb

10:19
02 Mart

Leyla Əliyeva “Neft bumu hamıya gülümsəyir” tamaşasının nümayişində iştirak edib

09:57
02 Mart

Körfəz ölkələri İranın hücumlarına cavab vermək hüquqlarını bəyan ediblər

09:54
02 Mart

NYT: ABŞ və İsrail İranda 2 mindən çox hədəfə zərbə endirib

09:52
02 Mart

Ötən ilin iyunundan bəri “Brent” markalı neftin qiyməti ilk dəfə 81 dolları keçib

09:51
02 Mart

Azərbaycanın BMT-yə üzv qəbul olunmasından 34 il ötür

09:36
02 Mart

Fransa, Almaniya və Britaniya İranın hərbi imkanlarına qarşı müdafiəyə hazırdır

09:02
02 Mart

Azərbaycan və Omanın XİN rəhbərləri arasında regionda artan gərginliklə bağlı fikir mübadiləsi aparılıb  

23:35
01 Mart

Rusiya vətəndaşlarının Azərbaycan tərəfə keçidi təmin olunub  

23:33
01 Mart

Azərbaycan və İraq XİN rəhbərləri Yaxın Şərqdə gərginliyin azaldılması üçün tərəfləri təmkin nümayiş etdirməyə çağırdılar  

22:45
01 Mart

Misli Premyer Liqası: "Qarabağ" - "Sabah" oyununda qalib müəyyənləşməyib  

21:14
01 Mart

Kanada İrandakı vətəndaşlarının təxliyəsi üçün Azərbaycana təşəkkür edib

20:31
01 Mart

Azərbaycan və İspaniyanın XİN rəhbərləri regionda gərginliyin qarşısının alınması üçün siyasi dialoqun əhəmiyyətini vurğulayıblar  

20:18
01 Mart

ABŞ İrandakı əməliyyatlarda itkilərini açıqlayıb

19:16
01 Mart

Misli Premyer Liqası: "Turan Tovuz" xal itirib

18:51
01 Mart

XİN: Azərbaycan və BƏƏ Yaxın Şərqdəki hərbi eskalasiyadan narahatlığını ifadə edib  

18:39
01 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!