27 Dekabr 2025 08:25
677
İQTİSADİYYAT
A- A+
Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq Azərbaycanın iqtisadi gücünün göstəricisidir

Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq Azərbaycanın iqtisadi gücünün göstəricisidir


Prezident İlham Əliyevin müntəzəm olaraq Qarabağa və Şərqi Zəngəzura səfərləri yeni istehsalat sahələrinin, təhsil ocaqlarının, yaşayış məntəqələrinin açılışları və bünövrələrinin qoyulması ilə yadda qalır. Dövlət başçısı bu səfərlər zamanı həm də doğma ocaqlarına dönmüş keçmiş köçkünlərlə görüşüb söhbət edir, quruculuq işlərinin daha da sürətləndirilməsi üçün dəyərli məsləhət və tövsiyələr verir. 

Prezident İlham Əliyevin Qarabağa növbəti səfəri də yeni istehsalat sahələrinin, təhsil ocaqlarının, yaşayış məntəqələrinin açılışları və təməlqoyma tədbirləri ilə tarixə yazıldı. Dövlətimizin başçısı Ağdam Sənaye Parkında "Saloğlu Qarabağ" MMC-nin istehsal müəssisəsinin təməlini qoydu. Prezidentə yeni yaradılacaq müəssisə haqqında məlumat verilərək bildirildi ki, "Saloğlu Qarabağ" MMC Ağdam Sənaye Parkında 1 hektar ərazidə yaradılacaq. Burada mebel, o cümlədən müxtəlif çeşiddə qonaq və yataq otağı dəstləri, yumşaq və metal mebel aksesuarlarının istehsalı üzrə zavodun qurulması nəzərdə tutulur. İstehsal prosesində Türkiyə, Almaniya və Çin texnologiyalarından istifadə olunacaq. O da bildirildi ki, müəssisənin istehsal gücü illik 4 min dəst mebel və 6 min ədəd metal mebel aksesuarı olacaq. Burada 50 nəfərlik daimi iş yerinin yaradılması planlaşdırılır.

Prezident İlham Əliyev Xocalı rayonunun Ballıca kəndində "Accurate Az" MMC-nin ofis mebelləri və mebel aksesuarlarının istehsalı müəssisəsinin açılışında da iştirak etdi. Dövlət başçısına məlumat verildi ki, müəssisə Türkiyə, İsveçrə, Almaniya, İtaliya, Çin və Yaponiyanın qabaqcıl texnologiya və avadanlıqları ilə təchiz olunub. Burada ildə 20 çeşiddə 240 min ədəd ofis mebeli və 4 milyon ədəd mebel aksesuarı istehsal ediləcək. Məhsulların 60 faizi ixraca, 40 faizi daxili bazara yönəldiləcək. O da bildirildi ki, hazırda burada 80 nəfər üçün daimi iş yeri yaradılıb. Növbəti mərhələlərdə isə 450 daimi iş yerinin yaradılması planlaşdırılır.

Prezident İlham Əliyev səfər zamanı Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini də qoydu. Ağdam şəhərində "Hilton Garden Inn Agdam" hotelinin, Xankəndi şəhərində "Azərenerji" ASC-nin "Xankəndi-1" elektrik yarımstansiyasının, Ağdam Sənaye Parkında "Construction" MMC-nin metal elektrik dirəklərinin istehsalı müəssisəsinin, Xankəndi şəhərinin Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbin əsas təmir olunan binasının, Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin yeni inşa olunmuş binasının açılışlarında iştirak etdi.

Qarabağda sürətlə aparılan quruculuq və bərpa işləri bir daha onu göstərir ki, "Böyük Qayıdışa dair I Dövlət Proqramı" uğurla həyata keçirilir. Proqram çərçivəsində bütün layihələr yüksək səviyyədə və vaxtında reallaşdırılır. Yeni yollar çəkilir, su, elektrik, qaz təminatı və digər həyati vacib olan obyektlər tikilir. 

Prezident İlham Əliyev Kərkicahan qəsəbəsində aparılan quruculuq və bərpa işləri ilə tanış olarkən buraya köçən sakinlərlə də görüşdü. Dövlət başçısı keçmiş köçkünlərlə söhbət zamanı dedi: "Doğma torpağa 34 ildən sonra qayıdışınız münasibətilə sizi təbrik edirəm. Şükür Allaha, torpaqlarımız işğalçılardan azad olundu və bütün keçmiş köçkünlər yavaş-yavaş öz dədə-baba torpaqlarına qayıdırlar, o cümlədən bu gün Kərkicahan qəsəbəsinə də keçmiş köçkünlər qayıdıb və bu qayıdış prosesi davam edir. Yəni "Böyük qayıdış" poqramı bu gün dünya miqyasında ən uğurla icra edilən qayıdış proqramıdır. Siz isə uzun illər çətin şəraitdə, həm fiziki, həm mənəvi əzablar içində yaşamısınız. Artıq buna son qoyuldu və 34 ildən sonra doğma Kərkicahana qayıdırsınız. Böyük xoşbəxtlikdir, həm sizin üçün, həm də xalqımız üçün".

Sonra sözünə davam edən Prezident İlham Əliyev onu da bildirdi ki, 1991-ci il dekabrın sonunda Ermənistan dövləti azərbaycanlıları öz dədə-baba torpağından didərgin salmışdı: "Dekabrın sonu idi və indi 2025-ci il dekabrın sonunda ədalət burada da, bu torpaqda da tam bərqərar olur. Əlbəttə, təsəvvür etmək çətin deyil ki, bu illər ərzində necə əzab-əziyyət içində yaşamısınız. Həm ev şəraiti, həm mənəvi əzab, ədalətsizlik hissi. Amma əminəm, siz də bütün xalqımız kimi inanırdınız ki, gün gələcək və biz buraya qayıdacağıq. İki il bundan əvvəl antiterror əməliyyatı nəticəsində Kərkicahan qəsəbəsi Xankəndi şəhəri ilə birlikdə işğalçılardan azad edilmişdir və artıq burada həyat yenidən qurulur. Mən oktyabr ayında bu qəsəbəyə gəlmişdim. O vaxt göstəriş verdim ki, evlər, məktəb təmir olunsun, digər lazımi infrastruktur layihələri icra edilsin. Bu gün qəsəbə ilə tanış olarkən görürəm ki, hər şey yüksək səviyyədə təşkil olunub, qəsəbə göz oxşayır. Əlbəttə ki, bu, qəsəbənin, bərpasının birinci mərhələsidir. Çünki işğal dövründə düşmən buranı da yararsız vəziyyətə salmışdı. Evlərin bir çoxunda heç yaşamaq mümkün deyil. Ona görə təqribən iki ilə yaxın təmir-bərpa işləri aparılıbdır. İndi isə artıq qəsəbənin bəzi küçələri tam abadlaşdırılıb, evlər tam hazır vəziyyətə gətirilib və burada yaşamaq üçün bütün şərait var. Sizi bu hadisə münasibətilə bir daha ürəkdən təbrik etmək istəyirəm. Əminəm ki, burada rahat və firavan yaşayacaqsınız. Əsas odur ki, öz doğma torpağınızdasınız".

Qəsəbə sakini Prezident İlham Əliyevə dərindən minnətdarlıq etdi: "Cənab Ali Baş Komandan, çox minnətdarıq ki, Siz bizi bu gün doğma Kərkicahanımıza qaytardınız, Qarabağımıza qaytardınız. Bu günlərə şükürlər olsun. Ağlaya-ağlaya dekabrda tərk etmişdik, indi gülə-gülə qayıdırıq. Allah Sizi qorusun, ailənizi qorusun".

Məlum olduğu kimi, I Qayıdış Proqramının icrasının başa çatacağı 2026-cı ilədək 140 min keçmiş məcburi köçkünün doğma el-obalarına qayıdışı nəzərdə tutulub. İcra müddəti başa çatan bu proqram azad edilmiş ərazilərdə yeni infrastrukturun yaradılması, məskunlaşmanın təmini, biznes mühitinin formalaşdırılması, iş yerlərinin açılması və sosial-iqtisadi inkişafı əhatə edir. Bu proqram çərçivəsində Prezident İlham Əliyevin rəhbərliyi altında Qarabağda, Şərqi Zəngəzurda sürətlə aparılan quruculuq və bərpa işləri Azərbaycanın artan iqtisadi gücünü, xalqın birliyini, əzmkarlığını dünyaya göstərir. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında

01:38
29 Yanvar

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" və "Mədəniyyət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:36
29 Yanvar

"Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" və "Mədəniyyət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 335-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:35
29 Yanvar

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Gürcüstanın Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

01:33
29 Yanvar

FED faiz dərəcələrini dəyişməz saxlayıb

23:36
28 Yanvar

“Liverpul” – “Qarabağ” matçının start heyətləri bəlli olub  

23:03
28 Yanvar

Gürcüstan və ABŞ rəsmiləri regionda sülh və sabitlik məsələlərini müzakirə ediblər  

22:53
28 Yanvar

İsveç hökuməti cinayət məsuliyyəti yaşını 13-ə endirir  

22:21
28 Yanvar

“Zəfər Akademiyası - İlham Əliyev Məktəbi” layihəsi uğurla yekunlaşıb  

22:15
28 Yanvar

VK: “Vəkil” sözündən və onun tərcüməsindən qanunsuz istifadə məsuliyyətə səbəb olur  

20:27
28 Yanvar

İspaniya miqrantların sadələşdirilmiş nizamnamə proqramını təsdiqləyib  

20:17
28 Yanvar

İsveç məktəblərində mobil telefonlara qadağa tətbiq olunacaq  

19:59
28 Yanvar

Azərbaycan və Türkiyənin Sülh Şurasında iştirakı iki dövlətin qlobal siyasətdəki rolunu daha da artıracaq - AÇIQLAMA  

19:42
28 Yanvar

Dünya Neft Şurası ilə əməkdaşlığın inkişafı müzakirə edilib  

19:37
28 Yanvar

Pərviz Şahbazov Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə baş direktoru ilə görüşüb  

19:27
28 Yanvar

Çexiyada 17 nəfər soyuqdan ölüb  

19:23
28 Yanvar

Azərbaycanlı azarkeşlər Liverpulda

19:21
28 Yanvar

Türk ekspert: Davos İlham Əliyevin diplomatik gücünü bir daha açıq şəkildə ortaya qoydu  

19:15
28 Yanvar

Tədqiqatçı-alim: Tarix boyu Xəzər dənizinin səviyyəsinin qalxma və enmə mərhələləri olub  

18:53
28 Yanvar

Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək SƏRƏNCAM  

18:47
28 Yanvar

Azərbaycanın və Gürcüstanın Daxili İşlər nazirlikləri arasında əməkdaşlığı nəzərdə tutan Saziş təsdiqlənib FƏRMAN  

18:39
28 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!