1918-ci ildə daşnak-bolşevik alyansı tərəfindən Azərbaycan xalqına qarşı tarixin ən dəhşətli soyqırımlarından biri həyata keçirilib. Soyqırımının törədilməsində əsas məqsəd xalqımıza Azərbaycanın muxtariyyəti və müstəqilliyi uğrunda apardığı mübarizəyə görə divan tutmaq, bu prosesin qarşısını almaq və tarixi torpaqlarımıza yiyələnməkdən ibarət idi. Həmin məqsəd uğrunda Bakıda fəaliyyət göstərən bütün rus və erməni siyasi partiya və təşkilatları azərbaycanlılara qarşı vahid cəbhədə birləşmişdilər. Məhz rus-erməni əməkdaşlığı ilə 1918-ci ildə azərbaycanlıların soyqırımı həyata keçirilmişdir.
Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı cinayətlərini araşdırmaq üçün Azərbaycan Cümhuriyyəti hökuməti tərəfindən 1918-ci il iyulun 15-də yaradılan Fövqəladə Təhqiqat Komissiyasının sənədlərindən aydın olur ki, Bakıda törədiləcək soyqırımının planı hələ 1917-ci ildə "Daşnaksütyun" partiyası və Erməni Milli Şurası tərəfindən hazırlanıb.
1918-ci ilin 30 mart - 2 aprel tarixlərində 3 gün ərzində təkcə Bakıda 12000 azərbaycanlı öldürülüb, Bakının müsəlman əhalisinə 1918-ci ilin mart qiymətləri ilə 400 milyon rubl, 1918-ci ilin son rübünün qiymətləri ilə isə 1,2 milyard rubl maddi ziyan vurulub.
Fövqəladə Təhqiqat Komissiyasının apardığı təhqiqat və istintaqla tam sübuta yetirilib ki, qadın, qoca, uşaq fərqi qoyulmadan azərbaycanlılar sırf irqi, milli və dini əlamətlərinə görə kütləvi şəkildə qətlə yetirilib və əhalinin əmlakı talan edilib. Eyni zamanda insanlar əzab və işgəncə ilə öldürüldükdən sonra onların meyitləri üzərində iyrənc zorakılıq aktları törədilib, cəsədlərin üzərində olmazın təhqiramiz hərəkətlər edilib. Müsəlman meyitlərinin yandırılmasını və iyrənc formada təhqir edilməsinin erməni ziyalıları və kilsə xadimləri tərəfindən törədildiyini təsdiq edən yüzlərlə sənəd mövcuddur.
Daşnak-bolşevik alyansı azərbaycanlılara qarşı 1918-ci ilin martında Bakıda başladığı soyqırımı cinayətlərini Bakı quberniyasının digər qəzalarında, eyni zamanda Gəncə və İrəvan quberniyaları ərazisində davam etdirib. 1918-ci ildə ermənilərin törətdiyi soyqırımları zamanı ümumilikdə Bakı quberniyası üzrə 41300 nəfər, Gəncə quberniyası üzrə 11768 nəfər, İrəvan quberniyası üzrə isə 75640 nəfər azərbaycanlı məhv edilib.
1918-ci ildə daşnak-bolşevik alyansının törətdiyi soyqırımları zamanı bütövlükdə Azərbaycan üzrə 20-dək şəhər və qəza mərkəzi, 950 kənd, o cümlədən Bakı quberniyasında 367, Gəncə quberniyasında 276, İrəvan quberniyasında 307 kənd talan edilib, dağıdılıb və yandırılıb. Bütövlükdə Azərbaycan üzrə 128708 nəfər azərbaycanlı bu soyqırımlarının qurbanı olub, o cümlədən 126078 nəfər öldürülüb, 2630 nəfər ağır bədən xəsarəti alaraq şikəst edilib. Yüz minlərlə insan qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum edilib. Azərbaycanlı əhalinin əmlakına 1918-ci ilin qiymətləri ilə 6,7 milyard rubl maddi ziyan vurulub.
1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlarının bütün Azərbaycan üzrə xeyli hissəsi təhqiqatlardan kənarda qalıb. Bunu nəzərə alsaq, 1918-ci il soyqırımları zamanı Azərbaycanın məruz qaldığı itki və tələfatların miqyasının daha böyük olduğu şübhə doğurmur.
İstintaq materialları sübut edir ki, 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınlar XX əsrdə ən qatı soyqırımı cinayətidir. Fövqəladə Təhqiqat Komissiyasının sənədlərinin mövcudluğu onu deməyə əsas verir ki, Azərbaycan tərəfinin ermənilərin ötən əsrin əvvəlində törətdiyi soyqırımları haqqında bəyanatları mücərrəd xarakter daşımır, gerçək tarixi faktlara söykənir. Başqa sözlə desək, azərbaycanlıların soyqırımı faktı təhqiqat və istintaq materialları, ekspertiza protokolları və şahid ifadələri ilə tam sübuta yetirilib.
1919-cu və 1920-ci illərin martın 31-i iki dəfə Azərbaycan Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib. 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev "Azərbaycanlıların soyqırımı haqqında" imzaladığı fərmanla xalqımıza qarşı törədilən 1918-ci il soyqırımlarına siyasi qiymət verib və martın 31-ni Azərbaycanlıların Soyqırımı Günü elan edib.
2007-ci ilin aprelində Qubada aşkar olunan kütləvi məzarlıqda tapılan 500-dək insan kəlləsinin 50-dən çoxunun uşaqlara, 100-dən çoxunun qadınlara aid olduğu və onların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı qurbanları olduğu sübuta yetirilib. Quba soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli sərəncamı ilə Quba şəhərində "Soyqırımı memorial kompleksi" yaradılıb. Prezident İlham Əliyev 2013-cü il sentyabrın 18-də Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilmiş memorial kompleksin açılışını edib.
1918-ci ildə azərbaycanlılara qarşı törədilən soyqırımının təhqiqat sənədlərindən aydın olur ki, Qubada aşkar edilən kütləvi məzarlıq kimi məzarlıqlar Azərbaycanın bütün bölgələrində var və onların sayı yüzlərlədir. Bütün bunların araşdırılıb ortaya çıxarılması və dünya ictimaiyyətinə təqdim edilməsi vacibdir. Yəqin ki, bu istiqamətdə araşdırmalar davam etdiriləcək.
Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımları, o cümlədən 1918-ci il soyqırımları beynəlxalq müstəvidə tanıdılmalı və ona hüquqi qiymət verilməsi məsələsi həll edilməlidir. Beynəlxalq hüquq sistemində cəzasızlıq mühitinin yaradılmasına heç bir halda yol verilməməlidir. İndiyə qədər olan cəzasızlıq mühiti yeni presedentlər yaradıb və ermənilərin xalqımıza qarşı diskriminasiya, deportasiya, terror, qətl, qırğın və Xocalı soyqırımı kimi cinayətlərin törədilməsinə stimul verib. Xalqımıza qarşı törədilən bu cür cinayətlərin presedent olmaması üçün bunları törədənlər və onların cavabdeh varisləri mühakimə edilməli və cəzalandırılmalıdırlar. Bu həm də ədalətin təmin edilməsi üçün vacibdir. Dünya ictimaiyyəti indiyə qədər ona "soyqırımına məruz qalan məzlum xalq" kimi sırınan ermənilərin, əslində, soyqırımına məruz qalan deyil, türk-müsəlmanlara, o cümlədən azərbaycanlılara qarşı soyqırımı törədən canilər olduğunu bilməli və onların əsl simasını tanımalıdır.
Vasif QAFAROV,
Milli Məclisin deputatı, tarix elmləri doktoru
Dövlət İmtahan Mərkəzi növbəti imtahanlar keçirib
Fransisk xəstəlikdən sonra Vatikanda ilk dəfə ictimaiyyət qarşısına çıxıb
Milli Məclisin sədri İsrail Knessetinin sədri ilə görüşüb
Aktau şəhərinin meri Qazaxıstan-Azərbaycan münasibətlərinin inkişafından danışıb
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir-PROQNOZ
Bakı Konqres Mərkəzində konsertdən sonra texniki problem yaranıb
“Sabah” qəzeti: “Yaşıl enerji dəhlizi” haqqında memorandum Ankara-Bakı əməkdaşlığının dərinləşdirilməsi yolunda mühüm addımdır
Almaniyanın Reynland-Pfalts əyalətində bir evdə üç nəfərin meyiti aşkarlanıb
Azərbaycan-Gürcüstan-Türkiyə parlament sədrlərinin üçtərəfli əməkdaşlıq formatı yaradılacaq
Ölkə ərazisində bəzi yerlərdə küləkli və yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA
Azərbaycanın xizək alpinistləri Dünya Kubokunda çıxış ediblər
Numan Kurtulmuş: Birqütblü və ya ikiqütblü dünya olmayacaq
Ağdam rayonunda mina hadisəsi baş verib
Trans-Xəzər nəqliyyat dəhlizinə əlavə investisiyaların cəlb edilməsi üzrə forumun keçirilməsi planlaşdırılır
Milli Məclisin sədri Parlamentlərarası İttifaqın 150-ci Assambleyasının açılış mərasimində iştirak edib
ANAMA-nın əməkdaşı minaya düşüb
Yəmən husiləri Qırmızı dənizdə ABŞ-ın təyyarədaşıyan gəmisinə zərbələr endirib
“Yaşıl enerji dəhlizi” haqqında Bakıda imzalanan memorandum Gürcüstan mətbuatının diqqət mərkəzində olub
Almaniyanın ən məşhur gölü quruyur
HƏMAS özlərini israilli girov kimi təqdim edən şəxslərin videosunu yayıb
Parisdə azərbaycanlı fotoqraf və rəssamların əsərləri nümayiş olunur
Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ başlayır04 Aprel 2025
SÜLHSEVƏR DÜNYANIN FİKİR ÜNVANI03 Aprel 2025
Yenidən qurulan Ağdamda Böyük qayıdış təntənəsi02 Aprel 2025
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik28 Mart 2025
Son 5 ilin Novruzu20 Mart 2025
Mediasiyanın effektivliyinin artırılması məqsədilə bir sıra normalar təkmilləşdirilir19 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!