21 May 2025 16:28
594
SİYASƏT
A- A+
Səfir: Çin-Azərbaycan münasibətləri daim inkişaf edir və qarşılıqlı faydalı əməkdaşlığın nümunəsinə çevrilib  

Səfir: Çin-Azərbaycan münasibətləri daim inkişaf edir və qarşılıqlı faydalı əməkdaşlığın nümunəsinə çevrilib  

Çin-Azərbaycan dostluğu dərin və qədim köklərə malikdir. Min ildən artıq bir müddət əvvəl qədim İpək Yolu xalqlarımızı bir-birinə bağlayırdı. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasında 33 il ərzində dövlət başçılarımızın strateji rəhbərliyi və birgə səyləri ilə Çin-Azərbaycan münasibətləri daim inkişaf edir və bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlığın nümunəsinə çevrilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı səfiri Lu Mey mayın 21-də Bakı Dövlət Universitetində XXIV “Çin dili körpüsü” beynəlxalq müsabiqəsinin Azərbaycan final mərhələsində çıxışında deyib.

“Çinin Azərbaycandakı səfiri kimi vəzifəyə başladıqdan sonra ilk tədbirimdə - “Çin dili körpüsü” Çin dili müsabiqəsində iştirak edirəm. İlk növbədə, XXIV “Çin dili körpüsü” beynəlxalq müsabiqəsinin Azərbaycan final mərhələsinin təşkilatçılığında əməyi keçən hər kəsə təşəkkür edirəm.

Həmçinin uzun illərdir ki, Çin dili tədrisini dəstəkləyən, Çin-Azərbaycan dostluğuna töhfə verən hər kəsə dərin hörmətimi bildirirəm.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çinə dövlət səfəri etdi və dövlət başçılarımız Çin-Azərbaycan arasında hərtərəfli strateji əməkdaşlıq münasibətlərinin qurulduğunu birgə bəyan etdilər. Bu, iki ölkə arasında praktik əməkdaşlığın dərinləşməsi və mədəni-humanitar mübadilələrin genişlənməsi üçün yeni imkanlar açır.

Dövlətlərarası münasibətlərin əsasını xalqların dostluğu təşkil edir. Çin-Azərbaycan münasibətlərinin davamlı inkişafı hər iki ölkənin gənclərinin fəal iştirakı və dəstəyi olmadan mümkün deyildi. Bu gün daha çox Azərbaycan gənci Çin dilini öyrənir, Çin mədəniyyətini tanıyır və Çinə dərin maraq göstərir. Bu fürsətdən istifadə edərək azərbaycanlı dostlara arzum budur ki, bu imkanlardan maksimum istifadə edərək Çin dili biliklərini daim təkmilləşdirsinlər və hər birimiz öz sahəmizdə Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlığın möhkəmlənməsinə töhfə verək”, - deyə səfir Lu Mey əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropada insan alveri qurbanlarının sayı artır

09:25
11 Mart

Yaz allergiyası

09:20
11 Mart

Ədəbiyyatımızda Novruzun tərənnümü

09:15
11 Mart

Yel çərşənbəsi - təbiətin görünməz ruhu

09:10
11 Mart

Tovuzlu əkinçilərin çörəyi "ikinci çörək"dən çıxır

09:05
11 Mart

Pambıqçıların işi qurtaran deyil

09:00
11 Mart

Dəniz sahilində, göydələnlər arasında

08:55
11 Mart

FAO dünya üzrə ərzağın son qiymətləri barədə rəqəmləri açıqlayıb

08:50
11 Mart

"Şahdəniz" Azərbaycan qaz sənayesinin şah damarıdır

08:45
11 Mart

"Dünya hərb sənətinin Nadir şah zirvəsi"

08:40
11 Mart

Azərbaycanın xarici siyasətində Sülh Şurası yeni istiqamət kimi

08:35
11 Mart

Azərbaycanın qətiyyətli diplomatiyası 907-ci düzəlişin ləğvinə də nail olacaq

08:30
11 Mart

Azərbaycan dünya neft bazarında qiymətlərin sabit olmasında maraqlıdır

08:25
11 Mart

İlham Əliyevin sülh strategiyası real nəticələr verir

08:20
11 Mart

Azərbaycan sabitlik və əməkdaşlıq mühitinin güclənməsində maraqlıdır

08:15
11 Mart

İran böhranı

08:10
11 Mart

Humanizm və xeyirxahlıq nümunəsi

08:05
11 Mart

Güclü siyasi iradənin və qətiyyətin təzahürü

08:00
11 Mart

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında

01:03
11 Mart

"Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 2 fevral tarixli 340-VIIKQD nömrəli Konstitusiya Qanununun tətbiqi barədə

01:02
11 Mart

"Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

01:01
11 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!