11 Mart 2026 08:25
774
İQTİSADİYYAT
A- A+
Azərbaycan dünya neft bazarında qiymətlərin sabit olmasında maraqlıdır

Azərbaycan dünya neft bazarında qiymətlərin sabit olmasında maraqlıdır


İranda baş verən son hadisələr dünya iqtisadiyyatına, xüsusən neft bazarına da təsirsiz ötüşməyib. Dünya neft bazarındakı dalğalanmalar nəticəsində Azərbaycan neftinin qiymətində artım müşahidə olunur. Belə ki, ötən günün məlumatına əsasən, "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 100 dolları ötüb.  

Milli Məclisin deputatı Vüqar Bayramov qəzetimizə açıqlamasında bildirib ki, neftin dünya bazarında son artımları məhz ABŞ-İran müharibəsi, eyni zamanda coğrafiyanın potensial riski ilə bağlıdır. Bir müddət öncə neftin qiyməti hər barel üçün 60-70 dollar arasında dəyişirdi. "Bir tərəfdən, Hörmüz boğazı vasitəsilə enerji məhsullarının daşınmasındakı çətinliklər, digər tərəfdən Körfəz ölkələrində hasilatın azaldılması ilə bağlı qəbul edilən qərarlar neftin dünya bazarındakı qiymətinə birbaşa təsir göstərir. Qiymətlərdə artımlar müşahidə edirik. Bu dinamika və qiymət artımının müddəti birbaşa müharibənin hansı müddəti əhatə etməsi, həmçinin coğrafiyada baş verən hadisələrdən asılı olacaq", - deyə o əlavə edib.

Deputat qeyd edib ki, müharibə nəticəsində, xüsusilə Səudiyyə Ərəbistanı və bir sıra Körfəz ölkələrində neft infrastrukturunun zədələnməsi müşahidə olunur. Bu kontekstdən yanaşsaq, ABŞ-İran müharibəsi başa çatdıqdan bir müddət sonra da neftin qiymətində kəskin azalmaların olacağı gözlənilmir. Bu, müəyyən zaman tələb edəcək. 

V.Bayramov vurğulayıb ki, neftin dünya bazarında qiymətinə iqtisadi faktorlarla yanaşı, siyasi faktorlar da təsir göstərir: "Xüsusən regiondakı hadisələrin müddəti ilə bağlı fərqli proqnozların təqdim olunması investorlarda müəyyən tərəddüdlər formalaşdırır. Neft təklifində azalmalar müşahidə olunur. Bu da, təbii ki, neft bazarındakı tarazlığa birbaşa təsir göstərir". 

Azərbaycanın neft hasil və ixrac edən ölkə olduğunu diqqətə çatdıran deputat bildirib ki, neftin dünya bazarında qiymətinin artması Azərbaycanın dövlət gəlirlərinə də təsir göstərir. Azərbaycanın 2026-cı il üçün dövlət gəlirləri, xüsusən neft satışından əldə edilən valyutanın həcmi proqnozlaşdırılandan daha çox olacaq. Çünki bu, birbaşa neft bazarındakı mövcud qiymət dəyişmələri ilə bağlıdır. Dövlət büdcəsində 2026-cı il üçün bir barel neftin qiyməti 65 dollar nəzərdə tutulmuşdu. "Həm hazırda, həm də bu ilin ilk iki ayında neftin dünya bazarında qiyməti nəzərdə tutulandan daha yüksək olub ki, bu da büdcə daxilolmalarının artmasına, həmçinin Dövlət Neft Fondunun valyuta ehtiyatlarının çoxalmasına imkan yaradacaq. Bununla belə Azərbaycan neft bazarında iqtisadi faktorlara əsaslanır və daha sabit qiymətlərin olmasında maraqlıdır", - deyə deputat deyib. 

V.Bayramov qeyd edib ki, Azərbaycan  regionda sülh və əməkdaşlığı dəstəkləyən ölkədir. Bütövlükdə iqtisadi faktorlara əsaslanan, dayanıqlı və stabil qiymətlərin olması daha arzuolunandır.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya bazarında qızıl və gümüş bahalaşıb

10:33
17 Aprel

ABŞ-də diqqətçəkən təyinat

10:29
17 Aprel

Sosial təminat sistemində innovativ addım: yeni rəqəmsal həll

10:28
17 Aprel

Dünya birjalarında neft ucuzlaşıb

10:27
17 Aprel

“Azərbaycan iqtisadiyyatının investisiya absorbsiyası” kitabının təqdimatı olub

10:04
17 Aprel

Antalyada növbəti diplomatiya forumu işə başlayır  

10:02
17 Aprel

Azərbaycan neftinin qiyməti 115 dolları ötüb

10:00
17 Aprel

ADY: Kürdəmir stansiyası qapılarını sərnişinlərə açır

09:59
17 Aprel

Livan ordusu İsrailin atəşkəsi pozduğunu təsdiqləyib

09:58
17 Aprel

Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstan parlamentinin sədri ilə görüşüb  

09:57
17 Aprel

BMT İsrail və Livan arasında atəşkəsə əməl olunmasına çağırıb  

09:56
17 Aprel

UEFA Avropa və Konfrans Liqasında ilk yarımfinalçılar məlum olub

09:48
17 Aprel

Müdafiə Nazirliyinin rəhbərliyi azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb  

09:45
17 Aprel

ABŞ Prezidenti: Roma Papası ilə razılaşmamaq hüququm var

09:20
17 Aprel

İrsi sınaq

09:15
17 Aprel

Bir ailədən iki şəhid - baba və nəvə

09:10
17 Aprel

Ərdoğan beynəlxalq ictimaiyyəti Cənubi Qafqazdakı sülh proseslərindən nümunə götürməyə çağırıb  

09:09
17 Aprel

Qəddarlığın həddi olmazmış

09:05
17 Aprel

Dərin hikmət və fəlsəfi düşüncə şairi 

09:00
17 Aprel

Dövlət maliyyəsinin idarə olunması vahid platformada birləşdirilir

08:55
17 Aprel

Yeri görünən insan

08:50
17 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!