11 Mart 2026 08:05
458
SİYASƏT
A- A+
Humanizm və xeyirxahlıq nümunəsi

Humanizm və xeyirxahlıq nümunəsi


İranda baş verən proseslərdən sonra Azərbaycan bu ölkədə qalan və vətəninə dönməyə çalışan əcnəbi vətəndaşlar üçün ümid yerinə çevrilib. Müxtəlif dövlətlərin vətəndaşlarının təxliyəsi ölkəmizin beynəlxalq humanitar hüquqa olan hörmətini göstərir. Bununla ölkəmiz həm etibarlı tərəfdaş, həm də xilaskar mövqeyini bir daha nümayiş etdirir.

Azərbaycanın bu mövqeyi qlobal miqyasda böyük maraq və rəğbətlə qarşılanır. Başqa cür desək, Azərbaycanın regional sabitliyə verdiyi töhfə beynəlxalq ictimaiyyət tərəfindən də təqdirəlayiq hal kimi dəyərləndirilir. Təsadüfi deyil ki, fevralın 28-dən etibarən bir çox dövlətin xarici işlər nazirləri ölkəmizin bu istiqamətdəki fəaliyyətini alqışlayıblar. Telefon danışıqları zamanı əcnəbi diplomatlar öz vətəndaşlarının İrandan çıxarılması üçün Azərbaycanın yaratdığı təhlükəsiz tranzit imkanlarına görə dərin minnətdarlıqlarını bildirib, göstərilən operativ köməyini yüksək qiymətləndiriblər.

Azərbaycanın yürütdüyü siyasət qətiyyətli təhlükəsizlik tədbirləri ilə yanaşı,  həm də dərin bəşəri dəyərlərə söykənir. Çətin vəziyyətdə qalanlara kömək etmək və onların vətənlərinə sağ-salamat dönməsi üçün keçid imkanı yaratmaq bu ali yanaşmanın bariz nümunəsidir. Bu mənada, İrandan çıxmaq istəyənlər üçün Azərbaycan qurtuluş ünvanına çevrilib. Bu addım həm bəşəri dəyərlərə xidmət edir, həm də Azərbaycanın beynəlxalq arenada mövqelərini möhkəmləndirir. 

Azərbaycanın həyata keçirdiyi humanitar fəaliyyət, sadəcə, tranzit imkanlarının yaradılması ilə məhdudlaşmır. Sərhəd-keçid məntəqələrində təşkil olunan operativ xidmətlər, eləcə də müvəqqəti yerləşdirmə imkanları insanların təhlükəsiz şəkildə növbəti istiqamətlərə yola salınmasına şərait yaradır. Bu səbəbdən də bir çox dövlət öz vətəndaşlarının məhz Azərbaycan üzərindən təxliyəsinə ən optimal variant kimi yanaşır. 

Ümumiyyətlə, Azərbaycan hər zaman beynəlxalq humanitar təşəbbüslərlə çıxış edir. Müxtəlif regionlarda baş verən təbii fəlakətlər və humanitar böhranlar zamanı ölkəmiz dəfələrlə zərərçəkən dövlətlərə və xalqlara dəstək göstərib. Bu baxımdan, İrandakı proseslər fonunda nümayiş etdirilən mövqe Azərbaycanın bu sahədəki ardıcıl siyasətinin davamıdır. 

Bu mövqe həm də dövlətimizin beynəlxalq aləmdə yüksək nüfuzunu təmin edən amillərdən biridir. Çətin geosiyasi şəraitdə humanitar prinsiplərə sadiq qalmaq hər dövlət üçün asan deyil. Lakin Azərbaycan bu istiqamətdə həm qətiyyətli, həm də prinsipial mövqe nümayiş etdirir. Bütün bunlar sübut edir ki, humanizm Azərbaycanın dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir.


Təhminə VERDİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Azərbaycan iqtisadiyyatının investisiya absorbsiyası” kitabının təqdimatı olub

10:04
17 Aprel

Antalyada növbəti diplomatiya forumu işə başlayır  

10:02
17 Aprel

Azərbaycan neftinin qiyməti 115 dolları ötüb

10:00
17 Aprel

ADY: Kürdəmir stansiyası qapılarını sərnişinlərə açır

09:59
17 Aprel

Livan ordusu İsrailin atəşkəsi pozduğunu təsdiqləyib

09:58
17 Aprel

Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstan parlamentinin sədri ilə görüşüb  

09:57
17 Aprel

BMT İsrail və Livan arasında atəşkəsə əməl olunmasına çağırıb  

09:56
17 Aprel

UEFA Avropa və Konfrans Liqasında ilk yarımfinalçılar məlum olub

09:48
17 Aprel

Müdafiə Nazirliyinin rəhbərliyi azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb  

09:45
17 Aprel

ABŞ Prezidenti: Roma Papası ilə razılaşmamaq hüququm var

09:20
17 Aprel

İrsi sınaq

09:15
17 Aprel

Bir ailədən iki şəhid - baba və nəvə

09:10
17 Aprel

Ərdoğan beynəlxalq ictimaiyyəti Cənubi Qafqazdakı sülh proseslərindən nümunə götürməyə çağırıb  

09:09
17 Aprel

Qəddarlığın həddi olmazmış

09:05
17 Aprel

Dərin hikmət və fəlsəfi düşüncə şairi 

09:00
17 Aprel

Dövlət maliyyəsinin idarə olunması vahid platformada birləşdirilir

08:55
17 Aprel

Yeri görünən insan

08:50
17 Aprel

Ömrünü torpağa həsr etmişdi

08:45
17 Aprel

Ölkəmiz üçün müstəsna əhəmiyyəti olan sahə — yerli silah-sursat və hərbi texnika istehsalı

08:43
17 Aprel

Proqnozlara baxmayaraq...

08:35
17 Aprel

Öz gücünə arxalanan dövlət: Azərbaycanın uğur hekayəsi

08:30
17 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!