11 Mart 2026 09:00
625
İQTİSADİYYAT
A- A+
Pambıqçıların işi qurtaran deyil

Pambıqçıların işi qurtaran deyil


Bir yanda xam pambığın emalı davam edir, bir yanda da sahələr əkinə hazırlanır, yaz aratı üçün suvarma kanalları çəkilir 


Pambıq strateji əhəmiyyətli bitkidir. Pambıqçılıq isə əməktutumlu sahədir. Muğan, Mil, Aran Qarabağ bölgələrində minlərlə fermer bu gün də pambıq əkib-becərməklə məşğuldur. 

Prezident İham Əliyevin bir neçə il öncə pambıqçılığın dirçəldilməsi ilə bağlı imzaladığı sərəncamlar kənd təsərrüfatının sözügedən sahəsində böyük dönüş nöqtəsi oldu. Pambığın istehsalı, tədarükü, emalı ilə məşğul olan yeni müəssisələr yaradıldı. Bu gün onlar bağlanmış müqaviləyə əsasən, əkindən tutmuş yığıma kimi fermerləri toxum, mineral gübrələr, texnika və maddi vəsaitlə təmin edirlər. Həmin müəssisələrin ərazilər üzrə fəaliyyət göstərən sahə rəisləri, sahə aqronomları hər zaman fermerlərin yanında olur, onlara lazımi tövsiyə və məsləhətlərini verirlər. 

Pambıq əkib-becərənlərə dövlət tərəfindən verilən subsidiyalar isə bu sahəyə marağı daha da artırıb. O səbəbdən pambıq yetişdirən fermerlərin sayı ilbəil nəzərəçarpan dərəcədə artır. Onu da qeyd edək ki, pambıq həm də digər bitkilər üçün ən yaxşı sələfdir. Belə ki, növbəli əkinin tətbiqi nəticəsində bitkilər xəstəliklərə qarşı davamlı olur, yoluxmur və daha məhsuldar olur. 

Yola saldığımız 2025-ci təsərrüfat ilində salyanlı pambıqçılar 33 min 927,8 ton məhsul istehsal etmişlər. Hər hektardan ortalama 36,1 sentner məhsul yığılmışdır. Bu göstərici ilə Salyan Azərbaycanda ən çox pambıq istehsal edən 5 rayondan biri olmuşdur.  

Məlumdur ki, pambıq həm də ölkəmizə valyuta gətirir. Ondan hazırlanan yüksəkkeyfiyyətli mahlıc xarici ölkələrin şirkətləri tərəfindən razılıqla alınır. Hazırda emal müəssisələrində bu işlə məşğuldurlar. Belə müəssisələrdən biri də "PRİME Cotton" MMC-nin Salyan filialıdır. 

Filial keçən il 393 fermerdən 11 min 709 ton xam pambıq təhvil götürüb.  Bu da hər hektardan 43,8 sentner məhsul deməkdir. İstehsalat şöbəsinin rəisi Əliskəndər Əliyev deyir ki, bu, son illərin ən yüksək göstəticisidir. Onunla birlikdə mahlıc istehsal olunan sexə daxil oluruq. Pambıq tayalarının nəyə görə az gözə dəydiyinin səbəbini soruşuruq. "Artıq məhsulun 80 faizini emal etmişik", - deyə cavab verir. 

İrəlidə fırlanan irihəcmli barabanlardan qalxan toz dumanını külək qovub aparır. Burada iş prinsipi belədir: tayalardakı pambıq hava sovurması ilə talvarlara ötürülür. Talvarlarda çalışan fəhlələr həmin məhsulları yenə də havasovurucu borularla həmin irihəcmli borulara ötürürlər. Burada xam pambıq istilikdə qurudularaq dediyimiz sovurma yolu ulə təmizləmə sexinə göndərilir. Təmizləmə sexində işləyən qurğular sahədən gətirilərək tayalara vurulan pambığı belə demək mümkünsə, zir-zibildən təmizləyir. Növbəti mərhələ isə pambığın çiyiddən ayrılması, didilməsi prosesidir.  Əvvəlki yolla bura gələn pambıq ötürücü yolla presləmə sexinə göndərilir. İşin yekunlaşdığı bu sexi müəssisənin ürəyi də adlandırmaq mümkündür. Mahlıc halına gətirilən məhsul burada xüsusi qurğuda yüksək təzyiq altında kipləşdirilir. Ağ rəngli bez parçasına bələnən və xüsusi məftillə bağlanan kiplər laboratoriya müayinəsindən keçirildikdən, çəkildikdən və nömrələndikdən sonra transportyorlarla hazır məhsulların yığıldığı anbara yığılır.

MMC-nin Salyan filialında indiyədək emal edilən 9 min ton xam pambıqdan 3 min 883 ton yüksəkkeyfiyyətli mahlıc, 73 ton lint, 62 ton ulyuk və 4 min 580 ton çiyid alınıb. Satışa gedən 2 min 178 ton mahlıc əsasən qardaş Türkiyənin şirkətləri və eləcə də Mingəçevir və Sumqayıtdakı müəssisələr tərəfindən alınıb. Çiyid isə həm Şirvan şəhərindəki Yağ-Piy Kombinatına göndərilir, həm də  pərakəndə ticarət şəbəkələrinə verilir. 

İki növbədə çalışan kollektiv emalı aprel ayının ortalarınadək başa çatdırmağı planlaşdırıb. Kollektivdə təcrübəli, qabaqcıl işçilər çoxdur. Baş presləyici Əjdər Əliyev, presləyici köməkçiləri Vidadi Rzayev, Yasər Xankişiyev, laborant Şahinə Qarayeva, növbə rəisi İlkin Bayramov, operatorlar Səxavət Kərimov, Rövşən Qarayev belələrindəndir. 

Filial tərəfindən cari il 2 min 900 hektarda pambıq əkib-becərmək üçün 414 nəfər fermerlə müqavilə bağlanılıb. Hazırda sahələr əkinə hazırlanır, yaz aratı üçün suvarma kanalları çəkilir, digər işlər həyata keçirilir. Ağırtonlu TIR maşınları isə Türkiyədən lifsiz çiyid toxumları, ammafos gübrəsi daşıyıb gətirir.  


Seyran CAVADOV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp: İran nüvə proqramı üzrə güzəştə getməsə, heç bir razılaşma olmayacaq  

22:40
13 Aprel

Macarıstanın əsas qanununa dəyişiklik edilməsi planlaşdırılır

22:39
13 Aprel

BDYPİ yağışlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

21:35
13 Aprel

Tramp: Razılaşma olmasa, bu, İran üçün xoş olmayacaq

21:25
13 Aprel

Beynəlxalq Dənizçilik Təşkilatı Hörmüz boğazının bağlanmasına etiraz edir  

20:23
13 Aprel

Starmer: Britaniya İran müharibəsinə qoşulmayacaq və Hörmüz boğazı blokadasını dəstəkləmir  

20:19
13 Aprel

“WhatsApp”a rəqib gəlir  

20:11
13 Aprel

Kirpi balıqları Aralıq dənizi sahillərinə hücum edir  

20:03
13 Aprel

Yaponiya Ayın ətrafında "Günəş halqası" qurmağı planlaşdırır  

19:51
13 Aprel

İslamabad danışıqlarının uğursuzluğu

19:43
13 Aprel

Evlərin havasında görünməz təhlükə - mikroplastiklər

19:32
13 Aprel

Nigeriyada mülki ərazilərin səhvən hədəfə alınması halları artıb

19:23
13 Aprel

Roma Papasının Afrikaya 11 günlük səfəri başlayıb

19:13
13 Aprel

ABŞ Prezidenti: İrana məxsus gəmilər blokadamıza yaxınlaşsa, dərhal məhv ediləcək  

19:09
13 Aprel

Türkiyə Parlamentlərarası İttifaqın növbəti Assambleyasına ev sahibliyi edəcək

19:06
13 Aprel

Avstraliyada qiymətlərin artması yük daşımalarını çətinləşdirir

19:02
13 Aprel

Hindistanda sosial media ilə bağlı yeni qaydalar təklif olunur

18:54
13 Aprel

Böyük Britaniya Aİ qaydalarını qəbul edə bilər

18:46
13 Aprel

Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabat parlamentin plenar iclasına tövsiyə edilib  

18:45
13 Aprel

Ursula Fon der Lyayen: Aİ-nin ənənəvi yanacaq idxalı üzrə xərcləri 22 milyard avrodan çox artıb  

18:43
13 Aprel

Kənd təsərrüfatı naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb  

18:42
13 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!