11 Mart 2026 08:15
666
SİYASƏT
A- A+
Azərbaycan sabitlik və əməkdaşlıq mühitinin güclənməsində maraqlıdır

Azərbaycan sabitlik və əməkdaşlıq mühitinin güclənməsində maraqlıdır


Müasir beynəlxalq münasibətlər sistemində regional təhlükəsizliyin qorunması artıq təkcə hərbi güc və müdafiə mexanizmləri ilə ölçülmür. Bu gün dövlətlərin sabitliyi təmin etmək bacarığı daha çox diplomatik çeviklik, siyasi uzaqgörənlik və dövlətlərarası dialoq mədəniyyətinin səviyyəsi ilə müəyyən olunur. Xüsusilə geosiyasi baxımdan həssas bölgələrdə qarşılıqlı etimadın qorunması və sülh mühitinin saxlanılması yüksəksəviyyəli siyasi təmasların davamlılığından asılıdır. 

Milli Məclisin deputatı Kamran Bayramov qəzetimizə açıqlamasında bildirib ki, Cənubi Qafqaz regionunun mürəkkəb və dinamik siyasi mənzərəsi fonunda Naxçıvan istiqamətində baş verən son raket hadisəsi və dərhal ardınca Azərbaycan və İran dövlət başçıları arasında baş tutan birbaşa təmaslar məhz bu kontekstdə xüsusi əhəmiyyət daşıyır: "Dövlət rəhbərləri arasında operativ əlaqənin qurulması və məsələ ilə bağlı fikir mübadiləsinin aparılması regionda sülhün və sabitliyin qorunmasına yönəlmiş siyasi məsuliyyətin və qarşılıqlı anlayışın bariz nümunəsi kimi qiymətləndirilə bilər. İran tərəfinin hadisə ilə bağlı verdiyi ilkin açıqlamada hadisənin hərtərəfli və obyektiv şəkildə araşdırılacağına dair rəsmi mövqenin ifadə olunması iki qonşu ölkə arasındakı münasibətlərin qarşılıqlı hörmət, şəffaflıq və sülhə sadiqlik prinsipləri üzərində inkişaf etdiyini göstərir. Bu cür yanaşma regionda yaranmış istənilən anlaşılmazlığın diplomatik müstəvidə həll edilə biləcəyinə dair mühüm mesajdır və regional sülh gündəliyinə töhfə verir".

K.Bayramov qeyd edib ki, regionda baş verən prosesləri daha geniş geosiyasi kontekstdə təhlil etdikdə aydın olur ki, bəzən gözlənilməz texniki insidentlər, kommunikasiya səhvləri və ya üçüncü tərəflərin təsir cəhdləri dövlətlərarası münasibətlərdə müəyyən suallar yarada bilər. Lakin bu kimi hallarda məsələnin təmkinli, soyuqqanlı və obyektiv şəkildə araşdırılması ən düzgün siyasi və diplomatik yanaşma hesab olunur. İran Prezidentinin hadisənin araşdırılacağına dair verdiyi vəd yalnız daxili təhlükəsizlik prosedurlarının həyata keçirilməsi anlamına gəlmir. Bu, eyni zamanda regionda sabitliyin qorunmasına və iki ölkə arasında etimad mühitinin saxlanılmasına yönəlmiş məsuliyyətli siyasi mövqenin ifadəsidir. Belə addımlar potensial gərginliklərin aradan qaldırılmasına, mümkün anlaşılmazlıqların böyüyərək daha geniş siyasi böhrana çevrilməsinin qarşısını almağa xidmət edir. 

Deputatın sözlərinə görə, bu yanaşma beynəlxalq münasibətlərdə "etimad quruculuğu tədbiri" kimi qiymətləndirilə və regionda sülh mühitinin qorunmasına mühüm töhfə verə bilər. Azərbaycanın həyata keçirdiyi çoxvektorlu və balanslı xarici siyasət kursu da məhz bu prinsiplərə əsaslanır. Azərbaycan qonşu dövlətlərlə münasibətlərdə dialoqa üstünlük verən, problemlərin beynəlxalq hüquq normaları və qarşılıqlı hörmət prinsipləri çərçivəsində həllini dəstəkləyən dövlət kimi regionda sabitlik və əməkdaşlıq mühitinin möhkəmlənməsinə töhfə verir.

K.Bayramov vurğulayıb ki, Naxçıvan Muxtar Respublikasının strateji əhəmiyyəti və onun təhlükəsizliyinin təmin edilməsi həm Azərbaycan üçün, həm də regionun ümumi sabitliyi baxımından xüsusi önəm daşıyır: "Coğrafi mövqeyi, iqtisadi və nəqliyyat potensialı baxımından Naxçıvan regionda mühüm logistika və tranzit mərkəzlərindən biri hesab olunur. Bu baxımdan həmin bölgədə sülhün və təhlükəsizliyin qorunması yalnız bir ölkənin deyil, bütövlükdə regionun inkişaf perspektivlərinə birbaşa təsir göstərir. Regionda həyata keçirilməsi planlaşdırılan nəqliyyat, logistika və enerji layihələrinin uğurlu icrası da məhz sabit təhlükəsizlik mühitinin mövcudluğundan asılıdır. Dövlət başçılarının birbaşa rabitə kanalları vasitəsilə vəziyyəti müzakirə etməsi və məsələyə operativ şəkildə reaksiya verməsi bu baxımdan mühüm diplomatik mexanizm kimi çıxış edir. Bu cür təmaslar eyni zamanda dezinformasiya yaymaq və gərginliyi süni şəkildə artırmaq istəyən qüvvələrin cəhdlərinin qarşısını alır. Mövcud vəziyyətin obyektiv və şəffaf şəkildə araşdırılması istiqamətində atılan addımlar iki ölkə arasında əməkdaşlıq və qarşılıqlı anlaşma mühitinin qorunmasına xidmət edir".

K.Bayramov əlavə edib ki, Naxçıvan istiqamətində baş verən hadisə ətrafında formalaşan diplomatik mühit regionun gələcək inkişaf modeli baxımından da mühüm əhəmiyyət daşıyır. Bu proses göstərir ki, mürəkkəb və həssas situasiyalarda belə dövlətlərin təmkinli davranışı, dialoqa sadiqliyi və qarşılıqlı maraqları nəzərə alan siyasəti regional sabitliyin qorunmasının ən effektiv vasitəsidir. İnsidentin araşdırılması prosesi yalnız baş vermiş hadisənin bütün detallarının aydınlaşdırılmasına xidmət etməyəcək. Eyni zamanda bu proses Azərbaycan və İran arasında təhlükəsizliyin və siyasi kommunikasiyanın daha da möhkəmlənməsinə imkan yaradacaq. Belə mexanizmlərin inkişafı gələcəkdə oxşar vəziyyətlərin daha operativ və koordinasiyalı şəkildə həllinə şərait yaradır. "Cənubi Qafqazın sülh, əməkdaşlıq və iqtisadi inkişaf məkanına çevrilməsi istiqamətində atılan bu kimi diplomatik addımlar bölgənin uzunmüddətli sabitliyinə, rifahına və təhlükəsiz gələcəyinə fundamental töhfə verir. Bakıdan Naxçıvana uçuşların bərpa olunması da aparılan yüksək-səviyyəli danışıqların və qarşılıqlı anlaşmanın bariz nəticəsi kimi qiymətləndirilə bilər. Bu addım bir daha göstərir ki, tərəflər yaranmış vəziyyətin qısa müddətdə aradan qaldırılması, regionda sabitliyin və normal nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası istiqamətində konstruktiv mövqe nümayiş etdirir", - deyə o bildirib.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya birjalarında neft ucuzlaşıb

10:27
17 Aprel

“Azərbaycan iqtisadiyyatının investisiya absorbsiyası” kitabının təqdimatı olub

10:04
17 Aprel

Antalyada növbəti diplomatiya forumu işə başlayır  

10:02
17 Aprel

Azərbaycan neftinin qiyməti 115 dolları ötüb

10:00
17 Aprel

ADY: Kürdəmir stansiyası qapılarını sərnişinlərə açır

09:59
17 Aprel

Livan ordusu İsrailin atəşkəsi pozduğunu təsdiqləyib

09:58
17 Aprel

Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstan parlamentinin sədri ilə görüşüb  

09:57
17 Aprel

BMT İsrail və Livan arasında atəşkəsə əməl olunmasına çağırıb  

09:56
17 Aprel

UEFA Avropa və Konfrans Liqasında ilk yarımfinalçılar məlum olub

09:48
17 Aprel

Müdafiə Nazirliyinin rəhbərliyi azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb  

09:45
17 Aprel

ABŞ Prezidenti: Roma Papası ilə razılaşmamaq hüququm var

09:20
17 Aprel

İrsi sınaq

09:15
17 Aprel

Bir ailədən iki şəhid - baba və nəvə

09:10
17 Aprel

Ərdoğan beynəlxalq ictimaiyyəti Cənubi Qafqazdakı sülh proseslərindən nümunə götürməyə çağırıb  

09:09
17 Aprel

Qəddarlığın həddi olmazmış

09:05
17 Aprel

Dərin hikmət və fəlsəfi düşüncə şairi 

09:00
17 Aprel

Dövlət maliyyəsinin idarə olunması vahid platformada birləşdirilir

08:55
17 Aprel

Yeri görünən insan

08:50
17 Aprel

Ömrünü torpağa həsr etmişdi

08:45
17 Aprel

Ölkəmiz üçün müstəsna əhəmiyyəti olan sahə — yerli silah-sursat və hərbi texnika istehsalı

08:43
17 Aprel

Proqnozlara baxmayaraq...

08:35
17 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!