11 Mart 2026 09:15
748
Mədəniyyət
A- A+
Ədəbiyyatımızda Novruzun tərənnümü

Ədəbiyyatımızda Novruzun tərənnümü


Novruz çox əski çağlardan Şərq dünyasında həm yazın gəlişi, yeni ilin başlanması, əkinçilik və maldarlıq mədəniyyəti ilə bağlı, həm də xalqın mənəvi-əxlaqi dəyərlərini, humanizm və həmrəylik kimi bəşəri duyğuları qabarıq şəkildə göstərən ayin və etiqadlar sistemidir. Başqa sözlə, bu bayram milli ruhumuzun tərcümanıdır. 

Xalqımızın keçib gəldiyi tarixi yol, minilliklərlə formalaşmış bir çox ənənəmiz bu bayramın ruhunda yaşayır. Onun fəlsəfəsi həyatın dörd ünsür üzərində bərqərar olması ilə bağlı qədim inanca əsaslanır. Əcdadlarımız yaradılışın əsasında od, su, hava və torpağın durduğuna əzəldən inanıb, onları müqəddəs sayıblar, bu müqəddəsiliyə tapınıblar. Belə bir inanc zaman keçdikcə daha da cilalanıb, özünün kodlarını formalaşdırıb, sistemli bir təsəvvürə çevrilib.

Xalq mövcudluğunu o zaman qoruya bilir ki, özünü qədim əcdadlarla mənəvi əlaqədə hiss edə bilsin, o ruhu daim duysun, minilliklərin soraqlarını, adət-ənənəsini, bir sözlə, özünəməxsusluğunu mühafizə edib saxlamağı bacarsın. Belədə həmin millət tarixin aşırımlarında, təlatümlü dolanbaclarında sarsılmır, özünü itirmir. 

Novruzda qədimliyimizin bütün çalarları əksini tapıb. Xalqımız bir çox özünəməxsusluğu bu bayramda  axtarıb. Tarixi keçmişimizlə bağlı xeyli suallara bu bayramın adət-ənənələrində, dəyişməz atributlarında cavablar görüb. Ona görə də Azərbaycan xalqı Novruz bayramının hətta qadağan olunduğu vaxtlarda belə, onu keçirib, bu qədim el bayramına sevgisini qoruyaraq daim nümayiş etdirib. O üzdən xalqımızın əsrlər boyu ağır keşməkeşələrə, istilalara, sərt yaşayış şərtlərinə rəğmən, yenə də öz milli kimliyini mühafizə edə bilməsinə görə bu cür dəyərlərimizə borcluyuq. Çünki məhz Novruz kimi mənəvi dəyərlərimizin gücü ilə xalqın milli yaddaşı itməyib, təsirlər qarşısında aşınması mümkün olmayıb. Əksinə, daha da güclənib, möhkəmlənib, nəsillərdən-nəsillərə ötürülüb. Elmi cəhətdən öyrənilib, bu bayrama aid folklor nümunələri sənədləşdirilib, Novruzun bir çox simvolu mədəniyyət və incəsənətimizin qiymətli incilərinə çevrilib. Bizi bütün dünyada tanıdan atributlar sırasında qərarlaşdırıb. 

Novruz yeni gün, yeni həyat deməkdir. Bu bayram yaranandan bəri ədəbiyyat onu addım-addım vəsf edib. Həm poeziyada, həm də nəsrdə Novruzla bağlı minlərlə süjet, əhvalat və mərasimlər yer alıb. Eləsi var ki, yazıçılar ora heç nə artırmayıb, sırf  həyatın özündən qaynaqlanıb. Eləsi də var ki, orada bir neçə detaldan istifadə olunub. Hətta sovet dövrü ədəbiyyatında Novruz bayramı ilə  bağlı xeyli əsərlər yazılıb. Səməd Vurğunun "Komsovol" poeması, İsmayıl Şıxlının "Dəli Kür" romanı, Əzizə Cəfərzadənin "Aləmdə səsim var mənim" və s. əsərlərdə xalqın Novruzu necə keçirməsinə aid epizodlar yer alıb. Ötən əsrin 60-cı illərində Şıxəli Qurbanov, Nəbi Xəzri, Cabir Novruz, Yusif Səmədoğlu və digər şair və yazıçıların yaradıcılığında da Novruz geniş şəkildə öz əksini tapıb. Novruz Azərbaycan ədəbiyyatında həm də milli kimliyin və xalqın qəlbindəki bahar sevincinin poetik ifadəsi hesab olunur.  

Yüksək xəlqilik, şeiriyyət, həyat həqiqətləri ilə şairin romantik arzularının üzvi şəkildə vəhdəti Səməd Vurğunun poetik üslübünun başlıca xüsusiyyətləridir. Onun ədəbi irsi müasir Azərbaycan şeirinin inkişafında mühüm rol oynamışdır. S.Vurğun yaradıçılığnda bahar, Novruz bayramı mühüm yer tutur. Şair "Novruz bayramı"nda şeirində yazın gəlişini vəsf edərək yazır:


Axır çərşənbədir... İl tamam olur...

Bu kənd içində danışıır hamı, -

At üstündə gəlmişdir Novruz bayramı -

Qulunlu at üstə... Bu bir muraddır.

Qocalar deyir ki, bolluq keçəcək,

Torpaq su yerinə şərbət içəcək.

Odur ki, hamının ürəyi şaddır,

Hamının arzusu, ümidi gülür

Üzündən, gözündən nurlar tökülür. 


Aktyor, müğənni, rejissor, pedaqoq, teatr xadimi Hüseynqulu Sarabski ədəbi yaradıcılıq sahəsində də fəaliyyət göstərmişdir. Onun "Cəhalət", "Axtaran tapar", "Nə tökərsən aşına, o çıxar qaşığına" dram əsərləri tamaşaya qoyulmuşdur. H.Sarabskinin etnoqrafik materiallar əsasında yazdığı "Köhnə Bakı" əsərində Bakının həyat və məişət tarixinin bəzi məsələləri öz əksini tapmışdır. O, bu  kitabında Novruz bayramının XIX əsrin sonu, XX əsrin əvvəllərində necə keçirildiyini qələmə almışdır.  

Yazıçı, şair, ictimai xadim Məmməd Səid Ordubadi "Bahar haqqında" məqaləsində Novruz bayramından, onun tarixi köklərindən, bayramla bağlı adət-ənənələrindən bəhs etmişdir. 

Şair Nəbi Xəzri "Yaz günü, Novruz günü" əsərində Novruz bayramının başlanmasını vəsf etmişdir:


Bu gün, yaşıd olur gündüzlə gecə,

Dağa duman çöküb, çən   yeridikcə,

Dərin dərələrdə sel daşan gündür,

Uca zirvələrdə

Qar əridikcə

Damlalar dəryaya qarışan gündür, 

Bu gün yerin, göyün öz sevinci var.

Gözünü açdıqca günəşli bahar,

Sözlər şəfəqlərdən qamaşan gündür.

Uzaq üfüqdəki soyuq ulduzlar

Bu gün isti-isti sayrışan gündür.

Gəlin salamlayaq doğma baharı

Ana yurdumuzun 

Ana qolları

Baharın boynuna sarışan gündür.

Odlar torpağının gur tonqalları

Yerin ürəyi tək alışan gündür.


Milli oyanış xalq hərəkatı, türk xalqlarının birliyinə çağırış, əski adət və inamların, xalqın yaddaşına qayıdış kimi duyğular Əhməd Cavad şeirinin ruhuna hopmuşdur. O, Novruz bayramı ilə bağlı silsilə etnoqrafik şeirlər yazmışdır:


Novruz çıxır taxtına, 

Güllər düşüb baxtına.  

Kosa gəlir qabağa,

Nəzər salır tabağa.

Çörəyi yoxdur Kosanın,

Xörəyi yoxdur Kosanın.

Ay Kosa, Kosa gəlsənə,

Torbanı doldursana!

Kosa döyür gözünü,

İtiribdir özünü. 

Ocaq üstə sac qalıb,

Bütün qışı ac qalıb. 

Torbasını uzadır,

Hamı bilir qaydadır.

Kosaya pay verirlər,

Kosaya hay verirlər.  


Novruz təbiətin oyanışı ilə ürəklərdə saf niyyətlər, xoş arzular oyadır, əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadır, insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllərə əsaslanır. Ruhun oyanışı, yeni bir həyatın başlanğıcı olan bu gözəl el bayramı hər dəfə gəlişi ilə ömrümüzü bəzəyir.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp: İran nüvə proqramı üzrə güzəştə getməsə, heç bir razılaşma olmayacaq  

22:40
13 Aprel

Macarıstanın əsas qanununa dəyişiklik edilməsi planlaşdırılır

22:39
13 Aprel

BDYPİ yağışlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

21:35
13 Aprel

Tramp: Razılaşma olmasa, bu, İran üçün xoş olmayacaq

21:25
13 Aprel

Beynəlxalq Dənizçilik Təşkilatı Hörmüz boğazının bağlanmasına etiraz edir  

20:23
13 Aprel

Starmer: Britaniya İran müharibəsinə qoşulmayacaq və Hörmüz boğazı blokadasını dəstəkləmir  

20:19
13 Aprel

“WhatsApp”a rəqib gəlir  

20:11
13 Aprel

Kirpi balıqları Aralıq dənizi sahillərinə hücum edir  

20:03
13 Aprel

Yaponiya Ayın ətrafında "Günəş halqası" qurmağı planlaşdırır  

19:51
13 Aprel

İslamabad danışıqlarının uğursuzluğu

19:43
13 Aprel

Evlərin havasında görünməz təhlükə - mikroplastiklər

19:32
13 Aprel

Nigeriyada mülki ərazilərin səhvən hədəfə alınması halları artıb

19:23
13 Aprel

Roma Papasının Afrikaya 11 günlük səfəri başlayıb

19:13
13 Aprel

ABŞ Prezidenti: İrana məxsus gəmilər blokadamıza yaxınlaşsa, dərhal məhv ediləcək  

19:09
13 Aprel

Türkiyə Parlamentlərarası İttifaqın növbəti Assambleyasına ev sahibliyi edəcək

19:06
13 Aprel

Avstraliyada qiymətlərin artması yük daşımalarını çətinləşdirir

19:02
13 Aprel

Hindistanda sosial media ilə bağlı yeni qaydalar təklif olunur

18:54
13 Aprel

Böyük Britaniya Aİ qaydalarını qəbul edə bilər

18:46
13 Aprel

Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabat parlamentin plenar iclasına tövsiyə edilib  

18:45
13 Aprel

Ursula Fon der Lyayen: Aİ-nin ənənəvi yanacaq idxalı üzrə xərcləri 22 milyard avrodan çox artıb  

18:43
13 Aprel

Kənd təsərrüfatı naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb  

18:42
13 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!