11 Mart 2026 09:10
722
Mədəniyyət
A- A+
Yel çərşənbəsi - təbiətin görünməz ruhu

Yel çərşənbəsi - təbiətin görünməz ruhu


Novruz   çərşənbələrinin  üçüncüsü olan Yel çərşənbəsi el  arasında "Küləkli çərşənbə", "Külək oyadan çərşənbə", "Yelli çərşənbə", "Badi (külək) çərşənbə", "Nəfəs çərşənbə" və digər  adlarla da tanınır. Bu çərşənbədə oyanan külək Yer üzünü gəzir, artıq oyanmış suyu, odu hərəkətə gətirir. Gün ərzində küləklər bir neçə dəfə dəyişir ki, bu da onun təmizlənməsi kimi qəbul edilir. İsti-soyuq küləklərin əsməsi isə artıq yazın gəlişindən xəbər verir.

Dünya xalqlarının mifik düşüncəsində küləklə  bağlı müxtəlif süjetlər  yaranmışdır ki,  həmin mətnlərdə  küləyin   səciyyəviliyi  və  funksiyaları diqqəti cəlb edir. Yunan miflərində dörd cür külək var: birincisi, qərb küləyi Zefirdir. Onun atası Titan Astreydir ("ulduzlu səma"), anası isə səhər şəfəqi ilahəsi Eosdur. İkincisi, şimal küləyi olan Boreydir. O, qanadlı, uzunsaçlı, saqqallı təsvir edilir. Məskəni zülmət və soyuğun hökm sürdüyü Trakiyadır və o, çox vaxt erkək at şəklində təsəvvür olunur. Üçüncüsü, cənub küləyi Notdur. O da saqqallı və qanadlıdır. Zefir, Borey və Not qardaşdırlar, hamısı Eola tabedir. Dördüncüsü, cənub-şərq küləyi Evrdir. Onun mənşəyi məlum deyil və antropomorfik özəllikləri yoxdur. 

Şumer və Babil miflərində Külək tanrıları və ya ruhları həm yaradıcı, həm də  dağıdıcı qüvvə kimi, bəzən də tanrıların qəzəbinin əlaməti kimi qəbul olunurdu.  Skandinaviya xalqlarının mifik mətnlərində külək müharibə, səyahət və macəra rəmzidir. Şimali Amerikanın yerli  xalqları  küləyi əcdad ruhları ilə bağlayaraq həm qoruyucu, həm də  gələcəkdən xəbər verən qüvvə kimi qəbul edirdilər. Yəhudi mifik düşüncəsində əsas Tanrı olan Yəhva və ya Elohim  küləyə çevrilərək bir anda dünyanı dolaşır. 

Türk xalqlarının mifik  təsəvvürlərinə görə, qara nəhrdə yatmış dörd cür külək əvvəlcə Yer üzünə çıxıb özü təmizlənir, sonra hər biri fərqli libasda özünü göstərir.  Küləyin libasları ilə xarakteri arasında da oxşarlıq vardır. Burada rənglərin mifik mənaları xüsusilə önəmlidir. Məsələn, Ağ yel ağ, Qara yel qara, Xəzri  göy, Gilavar qırmızı libaslarda xarakterizə edilir.

Yel-külək  həm də Tanrı səviyyəsində  təzahür olunmuşdur. Dini mənbələr və səmavi  kitablarda  külək  dünyanı idarə edən Tanrı hesab olunur, yaxud da Allah tərəfindən göndərilən bir antropomorf kimi təsəvvür edilir. Məsələn, Məhəmməd peyğəmbər buyurub: "Külək Allahın qullarına bir nemətidir. Bəzən insanlara rəhmət, bəzən də əzab gətirir. Külək olduğu zaman ona söyməyin, onun xeyrini istəyin, şərindən də Allaha sığının, başqa sözlə külək Allahın əmrindəndir".

Quranın "Əhqaf" ("Qumsal təpələr") surəsinin 24-cü ayəsində küləyin dağıdıcı gücü ilə bağlı bir əhvalata işarə edilir: "Bir zamanlar Allaha şərik qoşan Ad qövmünün yanına Allah Hud peyğəmbəri göndərdi ki, onları düz yola gətirsin, lakin bu alınmayanda Allah Ad qövmünün üzərinə "sarsar" deyilən məhvedici bir rüzgar göndərdi, yeddi gecə və səkkiz gün davam edən bu soyuq qasırğa həmin tayfanı Yer üzündən sildi". 

İslam dinində  dörd  böyük mələkdən biri Mikayıla təbiət hadisələrini - yağışın yağmasını, küləyin əsməsini, yaşıllığın bitməsini idarə etmək Allah tərəfindən buyrulmuşdur.

Külək havanın üfüqi istiqamətdə hərəkətidir. Əgər külək olmasaydı, isti ərazilər həmişə isti, soyuq ərazilər isə hər zaman soyuq olardı, yəni hava hərəkət etməzdi.  Elmdə daimi, mövsümi və hakim küləklər küləyin növləri kimi müəyyən olunub. Cəhətlərin adı ilə adlandırılan küləklərin yerli adları  da mövcuddur:  Ağ yel - qara yel, Xəzri, Gilavar. Rənglərin hər birinin öz semantik mənası vardır. Dilimizdə külək anlayışını ifadə edən sözlər kiçik məna çalarları ilə bir-birindən seçilir. Məsələn, səmum - səhralarda əsən çox şiddətli isti və quru küləkdir, nəsim - yüngül, səba - şimal - şərqdən əsən yüngül və xəfif mehlərdir. Rüzgar, boğanaq və s. kəlmələr də külək anlayışlarını ifadə edir.

Klassik ədəbiyyatımızda "badi-səba" bir obraza çevrilib konkret funksiya daşımış, poeziyada  gənclərin bir-birinə sözünü çatdırmaq vəzifəsini "badi-səba"nın  ("səhər küləyi") üzərinə qoyulmuşdur.

Dini rəvayətə görə, Yel-Hava Allahın insan yaradarkən onun cisminə üfürdüyü nəfəsini - insanın ruhunu təcəssüm etdirir. Əcdadlarimizin təsəvvüründə ruh-can insan bədənini quş cildində tərk edir. Hava - səma can quşlarının "Ata-baba" ruhlarının əbədi məskənidir. Nağıl və dastanlarımızda da ruh-can göyərçin şəklində təsvir edilir. Təsadüfi deyidir ki, el-oba içində göyərçin toxunulmaz və müqəddəs quş sayılır, onu öldürmək böyük günahdır, ətini yemək isə yasaqdır. Yel çərşənbəsində quş saxlayanlar ilk dəfə qısa müddətə də olsa, göyərçinləri havaya buraxardılar. Bazarlarda qəfəslərdə çöldən ovlanmış quşlar satılardı, günahlarını yumaq, savab qazanmaq istəyənlər həmin quşları satın alıb qəfəsdən açıb buraxardılar. Bu zaman deyərdilər ki, "Azad - bezat, məni cənnətdə gözət". Bu çərşənbədə "külək oyatmaq" mərasimi də keçirilərdi. Mərasim zamanı   cavanlar kağızdan böyük çərpələnglər hazırlayar, dam və  hündür təpələrin başından uçurardılar. Onlar xüsusi funksiya daşıyırdı. Bəzən onun  üzərinə Tanrıya şikayət məktubu və yaxud xahişnamələr "göndərənlər" də olurdu. Yel çərşənbəsində həm də külək əsmədikdə onu çağırmaq məqsədilə  çərpələngdən istifadə edilirdi. Meydançanın ortasında yerə basdırılmış dirəyə çərpələng asılar, dörd-beş nəfər yelpiklərlə çərpələngi yavaşca hərəkətə gətirmək üçün  belə  oxuyardılar:


Yel babam, yelli babam,

Elim, obam batdı, gəl

Çərpələngim yatdı, gəl...

 

Yel çərşənbəsində icra olunan mərasimlərdən biri də "Küfdibi"dir". Kufdibi - özünü küləyə vermək, yellənmək deməkdir. Burada  gənclər daha fəal iştirak edər, meyvə ağacından yelləncək asıb onu  gül-çiçəklə  bəzəyərdilər. İştirakçılar bir-bir, iki-iki yelləncəkdə yellənər, deyişmə və bayatılar, nəğmələr söyləyərdilər:


Örpəyi çəhrayı qız,

Adaxlının adın de,

Saçları xurmayı qız,

Adaxlının adın de,

Gözləri sürməli qız,

Adaxlının adın de...


Rəvayətə görə, Yel çərşənbəsində Yer üzünə təşrif gətirmiş Xızır qardaşı Nəbiyə bir qırmızı alma verib tapşırır ki, almanı yeyib uzunömürlü olsun, onun tumlarını əsən küləklərə paylayıb Yer üzünə səpələsin. Alma ağacının dünyanın hər yerinə yayılması bununla izah edilir. 

İnama görə, cənnət meyvəsi sayılan alma dünyaya nə qədər çox yayılarsa, insanlar arasında xoş münasibətlər bir o qədər geniş vüsət alar. Folklorumuzda, nağıl və dastanlarda övlad həsrəti çəkən yaşlı cütlüklər müqəddəs şəxslərin, o cümlədən Xızırın və ya dərvişin verdiyi qırmızı almanı yeməklə arzularına çatır. Çərşənbə axşamları cavanlar qırmızı alma yeyəndən sonra onun 10 ədəd toxumunu yastıqlarının altına qoyurlar ki, gələcək qismətlərini yuxuda   görə bilsinlər. 

Külək  və ya Yel çərşənbəsi ilə bağlı bəzi örnəklərə diqqət yetirək:


Yelli babam, Yel babam

Telli babam, tel baba...


Elim, günüm batdı gəl,

Çərpələngim yatdı gəl,

Təknədə qaldı aşım,

Yatdı dəyirman daşım...

Dağ başında yel əsər,

Düşər üzə, tel əsər

Doğru söz tez kar eylər,

Qılıncdan iti kəsər.

* * *

Qara yel əsdi, keçdi,

Səbrimi kəsdi, keçdi,

Vətəndən gələn durna

Yaman tələsdi, keçdi.


* Yel baba xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürməzlər. Sovrulmamış buğda götürənin oğlu ölər.

* Xırman sovrulandan sonra ilk buğda götürənin oğlu olar.

* Yeli əsdirəni söyməzlər

*  Yel dağına ziyarət edərlər. Adamlar ürəklərində hər hansı bir dilək tutub nəzir-niyaz gətirərlər, qurban kəsərlər. Yel baba kimin nəzirini, qurbanını qəbul etsə, o adam xeyir tapar, arzusuna çatar.


Yel havalanıb keçər.

Yel aparan yelinki,

Yerdə qalan mənimki.

Yel əsməyincə, yarpaq titrəməz,

Yel vurur, çalır,

Yengələr oynayır.

Yel əsəndə yellənər,

Yel görəndə yollanar

Yelnən gələn, selnən gedər.

Selnən gələn, gilnən gedər

Yel əsib qoz tökülüb.

Yelə dedilər: "Əsmə!"

Dedi- "Kələyimi kəsmə".

Yel apardığını qaytarmaz.

Yellə dost olan yellənə-yellənə qalar.

Külək kimi hərdən bir yana əsmə.

  Türk xalqlarının  mifik təfəkküründə külək mistik məna daşıyırdı. "Rüzgar" və ya "Yel" kimi şaman miflərində külək ruhların hərəkətini idarə edən və insanlara qeyb aləmindən  xəbər gətirən bir qüvvə kimi qəbul olunurdu. Xalq inanclarında külək-yel təbiətin sakral ruhu kimi başa düşülür. "Yel baba" obrazı küləyi idarə edən, insanların həyatına təsir göstərən  görünməz və güclü bir  qüvvə kimi  təsəvvür olunur. Bu obraz  folklor  mətnlərində həm qoruyucu, həm də qəhrəmanların ağlını və  cəsarətini   sınağa çəkən bir obraz kimi təbiət qüvvəsini  səciyyələndirir.    


Ülkər NƏBİYEVA,

Bakı Dövlət Universitetinin professoru, filologiya  elmləri doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp: İran nüvə proqramı üzrə güzəştə getməsə, heç bir razılaşma olmayacaq  

22:40
13 Aprel

Macarıstanın əsas qanununa dəyişiklik edilməsi planlaşdırılır

22:39
13 Aprel

BDYPİ yağışlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

21:35
13 Aprel

Tramp: Razılaşma olmasa, bu, İran üçün xoş olmayacaq

21:25
13 Aprel

Beynəlxalq Dənizçilik Təşkilatı Hörmüz boğazının bağlanmasına etiraz edir  

20:23
13 Aprel

Starmer: Britaniya İran müharibəsinə qoşulmayacaq və Hörmüz boğazı blokadasını dəstəkləmir  

20:19
13 Aprel

“WhatsApp”a rəqib gəlir  

20:11
13 Aprel

Kirpi balıqları Aralıq dənizi sahillərinə hücum edir  

20:03
13 Aprel

Yaponiya Ayın ətrafında "Günəş halqası" qurmağı planlaşdırır  

19:51
13 Aprel

İslamabad danışıqlarının uğursuzluğu

19:43
13 Aprel

Evlərin havasında görünməz təhlükə - mikroplastiklər

19:32
13 Aprel

Nigeriyada mülki ərazilərin səhvən hədəfə alınması halları artıb

19:23
13 Aprel

Roma Papasının Afrikaya 11 günlük səfəri başlayıb

19:13
13 Aprel

ABŞ Prezidenti: İrana məxsus gəmilər blokadamıza yaxınlaşsa, dərhal məhv ediləcək  

19:09
13 Aprel

Türkiyə Parlamentlərarası İttifaqın növbəti Assambleyasına ev sahibliyi edəcək

19:06
13 Aprel

Avstraliyada qiymətlərin artması yük daşımalarını çətinləşdirir

19:02
13 Aprel

Hindistanda sosial media ilə bağlı yeni qaydalar təklif olunur

18:54
13 Aprel

Böyük Britaniya Aİ qaydalarını qəbul edə bilər

18:46
13 Aprel

Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabat parlamentin plenar iclasına tövsiyə edilib  

18:45
13 Aprel

Ursula Fon der Lyayen: Aİ-nin ənənəvi yanacaq idxalı üzrə xərcləri 22 milyard avrodan çox artıb  

18:43
13 Aprel

Kənd təsərrüfatı naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb  

18:42
13 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!