24 Yanvar 2025 09:09
240
İDMAN
A- A+
Rumıniya klubunun baş məşqçisi: “Qarabağ”la oyunda bəxtimiz gətirdi

Rumıniya klubunun baş məşqçisi: “Qarabağ”la oyunda bəxtimiz gətirdi


"Nəticəyə görə futbolçularımla qürur duyuram. Çox gözəl oynadılar və bizə lazım olan 3 xalı qazandırdılar".

AZƏRTAC xəbər verir ki, bu sözləri Rumıniyanın FKSB klubunun baş məşqçisi Elias Xaralambous UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ”a 3:2 hesabı ilə qalib gəldikləri VII tur oyunundan sonra təşkil olunan mətbuat konfransında deyib.

Qırx beş yaşlı mütəxəssis futbolda bəxt amilinin böyük rol oynadığını söyləyib: "Qarşılaşma olduqca çətin keçdi. Rəqibimiz güclü və keyfiyyətli kollektivdir. Baş məşqçi Qurban Qurbanova isə böyük hörmətim var. Bu klub onun rəhbərliyi altında avrokuboklarda yaxşı nəticələrə imza atıb. Komandam bu gün çox əziyyət çəkdi. Amma bu gün bəxtimiz də gətirdi və 3 qol vuraraq istəyimizə nail olduq".

O, komandasının əsas oyunçularının bu gün meydanda olmamasının görüşün nəticəsinə təsir göstərmədiyini bildirib: "Biz özümüzü bütün situasiyalara hazırlamışdıq. İtkilərimizin olmasına baxmayaraq, öz oyun üslubumuzu nümayiş etdirdik və qələbə qazandıq".


Qeyd edək ki, aktivində 3 xalı olan "Qarabağ" pley-offa yüksəlmək şansını itirib. Komandanın yanvarın 31-də səfərdə Yunanıstan təmsilçisi "Olimpiakos"a qarşı keçirəcəyi matç formal xarakter daşıyacaq.

Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!